Azəri
Thursday 18th of July 2024
0
نفر 0

ETİKAFIN HÖKÜMLƏRİ

ETİKAFIN HÖKÜMLƏRİ

129- Sual: Əgər etikaf halında bədənin bir yeri nəcis olarsa, aya onu tez pak etmək lazımdır?

Cavab: Xeyr, onu tez paklamaq vacib deyil.

130- Sual: Etikaf halında bütün günü dəstəmazlı olmaq lazımdırmı?

Cavab: Etikaf halında bütün günü dəstəmazlı olmaq vacib deyil. Amma hər halda dəstəmazlı olmaq müstəhəbdir.

131- Sual: Əgər bir insan məsciddə etikaf günlərində cənabtli olarsa, vəzifəsi nədir?

Cavab: Əgər cənabətli olarsa, məsciddən tez çıxıb, cənabət qüslu verməlidir. Amma etikafı düzgündür. Amma əgər bilərəkdən istimna və onun kimi işlər əsərində olarsa, etikafı batildir.

132- Sual: Ən az və ən çəx etikaf müddəti nə qədərdir?

Cavab: Etikafın ən azı üç gündür və ən çoxu təyin edilməyib. Hər vaxt etikafa iki gün artırarsa, üçüncü gün vacib olur, etikafın ən fəzilətli günləri ramazan ayının axırıncı on günüdür.

133- Sual: Ata və ananın icazəsi olmadan etikaf saxlamaq olarmı?

Cavab: Əziyyət olmadığı təqdirdə valideynin izni şərt deyil. Ancaq övlad bilsə ki, ata və anası etikaf saxlamaqda övlada mehribançılıq və məhəbbət cəhətindən narahat olacaqlar, onda gərək onların razılığını cəlb etsin. Amma valideynin inkarı və nəhyi ilə etikaf batildir.

134- Sual: Müstəhəbi etikaf saxlamaq üçün məscidə getmişık, onu poza bilərikmi?

Cavab: Müstəhəbi etlikafı iki gün tamam olmamışdan qabaq pozmaq olar. Amma iki gün keçsə, üçüncü günün etikafı vacib olur.

135- Sual: Şəhərin butun məscidlərində etikaf saxlamaq düzgündür?

Cavab: Etikaf, şəhərin came məscidində olmalıdır və başqa məscidlərdə və ya unverstetlərin namazxanalarında, etikaf saxlamaq düzgün deyil.

Came məscidi o məscidə deyilir ki, bazar, qəbilə və məhəllə məscidləri kimi məxsus bir qurup üçün tikilməmişdir. Mümkündür cami məscidi çoxlu və bir- birinə yaxın olsun.

136- Sual: Hansı hallarda insana etikaf vacib olur?

Cavab: Bir şəxs nəzir ya əhd etsə ya and içsə ki, etikaf saxlasın, bu halda etikaf vacib olur və həmçinin iki gün qalan insana üçüncü günün etikafı vacib olur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment