ZƏKATIN HÖKÜMLƏRİ
137- Sual: Fitrə zəkatının ödəmə vaxtı hansı vaxtdır? Fitrəni məxsus bir fəqirə vermək üçün təxirə salmaq olarmı?
Cavab: Fitrə zəkatını vermək fitr bayramı günüdür və fitrənin məxsus bir fəqirə vermək üçün təxirə salmaq olar. Ancaq o fitrəni ödəmək üçün səhlənkarlıq etmək olmaz. Hazırkı zamanda edə bilərsiz poçt və ya bank yolu ilə göndərəsiniz.
138- Sual: Fitrə zəkatının pulu ilə fəqir şəxsə bir şey almaq olarmı?
Cavab: Xeyir. O pul ilə bir mal alıb fəqir şəxsə vermək olmaz. Ayırdığınız kimi fəqirə verilməlidir.
139- Sual: Öz məhsullarını kişmiş etməmiş onu qora və üzüm kimi satanlar, zəkat vermələri vacibdir? Yəni öz məhsullarını kişmişə çevirmədən, onu qora və üzüm halında satanlara xüms vermələri vacibdirmi?
Cavab: Onun kişmişi nisab həddinə çatarsa, zəkat vacib olur. Baxmayaraq ki, onun üzüm halında olarkən istifadə olub və kişmişə çevirilməyib.
140- Sual: Nə üçün şiə alimləri zəkatın yalnız doqquz şeyə vacib olmasına fətva verirlər? əlverişli olmaz ki dəvənin əvəzinə motorsikletlərdən və fabriklərdən zəkat alınsın?
Cavab: Şiə alimlərinin nəzərində, zəkat, vacib bir maldır və onun alınma və xərclənmə yerlərini əhli beytin (ə) rəvayətləri təyin edibdir. Amma maşın və fabriklər və s ... .şeylərə gəldikdə, hər vaxt İslam hökümətinin ehtiyacı olarsa və məsləhət görərlərsə, lazım olan miqdar onlardan vergi ala bilərlər. Onun istifadə yerlərini də özləri təyin edərlər. Buna əsasən zəkatın genişlənmsinə ehtiyac yoxdur.
XUMSUN HÖKÜMLƏRİ
141- Sual: Hazırkı şəraitdə həcc və ümrə pulları banklarda bir ildən çox qalır. O pulların da xumsunu vermək vacibdir ya xeyr?
Cavab: Xumsu yoxdur. Amma ehtiyata görə ödəmək yaxşıdır.
142- Sual: Xumsumuzu fəqir ata və anamıza verə bilərikmi?
Cavab: Fəqir ata və ananın nəfəqəsi övlada vacibdir yəni ata- ana fəqir olarsa, onları yemək- içmək mənzil və geyim baxımından təmin etmək övladın boynundadır. Övladın imkanı olduğu halda ilk növbədə gərək onların xərclərini təmin etsin. Amma əgər seyyid olsalar vacibi nəfəqə üçün eliyə bilməz seyyidin səhmini onlara versin. Lakin imamın səhminin verilməsi müctehidn izninə bağlıdır.
143- Sual: Öz xumsumu hüseyniyyə və başqa xeyriyyə işlərə sərf edə bilərəmmi?
Cavab: Seyyidin səhmi gərək fəqir seyyidə verilsin, imam səhmi isə təqlid etdiyi müctehidin və ya onun nümayəndəsinin icazəsi ilə olsa, işkalı yoxdur.
144- Sual: Öldükdən sonra vəfat edənin ailəsinə verilən təqaüdə xums şamil olurmu?
Cavab: İllik xərcdən artıq qalsa, xumsu var.
145- Sual: Vəfat etmiş müctehidin təqlidində qalan bir şəxs, öz xumsunu hansı müctehidə verməlidir?
Cavab: Diri müctehidə verməyi lazımdır. Vəfat etmiş müctehidə və ya vəkilinə xumsu ödəmək kifayət etmir.
146- Sual: Bir sıra kitablar almışam; lakin onları mütaliə etməyə kifayət qədər fürsətim olmuyub, qeyd edilən kitablaraın xumsu var?
Cavab: Əgər ehtiyac üzündən alınıbsa, və adətən onun üçün istifadə ediləsi kitablardırsa, xumsu yoxudur.