Azəri
Sunday 5th of May 2024
0
نفر 0

QUR᾽ANIN QƏDİMLİYİNƏ VƏ NƏFSİ [MƏ᾽NƏVİ] KƏLAMA ƏSASLANAN ƏQİDƏNİN YARANMASI

QUR᾽ANIN QƏDİMLİYİNƏ VƏ NƏFSİ [MƏ᾽NƏVİ] KƏLAMA ƏSASLANAN ƏQİDƏNİN YARANMASI

Qur᾽anın Allah tərəfindən həzrət Məhəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək və bəşəriyyətin hidayəti üçün nazil olması heç bir müsəlmanda şəkk-şübhə doğurmur. Allahın danışması və bunun Onun sübutiyyə sifətlərindən olması da heç kimdə şübhə yaratmır.

Qur᾽ani-Kərimdə bu haqda deyilir:

وَكَلَّمَ اللّهُ مُوسَى تَكْلِيمًا

«Allah Musa ilə sözlə [arada heç bir vasitə olmadan] danışdı». (4/164).

Bəli, yunan fəlsəfəsi müsəlmanlar arasında yayılmayanadək, hər iki məsələ (yə᾽ni həm Qur᾽anın haqq olaraq Allah tərəfindən nazil olduğu və həm də Allahın danışması) hər bir müsəlman tərəfindən qəbul olunur və heç bir ixtilafa səbəb olmurdı. Yunan fəlsəfəsi İslam dünyasına nüfuz etdikdən sonra müsəlmanlar arasında müxtəlif məzhəb və firqələr yaranmağa başladı. Belə ki, biri digərini küfr və dindən çıxmaqda ittiham edir və bir çox hallarda yaranmış ixtilaflar daha da ciddiləşir, qarşıdurma hətta böyüklü-kiçikli müharibələrlə nəticələnirdi. Ən acınacaqlısı isə bu idi ki, öldürən də, ölən də Allahın birliyinə, həzrət Məhəmmədin (s) peyğəmbərliyinə, axirət gününə iman gətirmiş müsəlmanlardan idi. Onlar amansızcasına bir-birinin qanını tökür, namusuna toxunur, elini-obasını qarət edir və nəyin bahasına olursa-olsun öz əqidələrini yaymağa çalışırdılar.

Məgər onların haqq olaraq Peyğəmbər hesab etdikləri həzrət Məhəmməd (s) və ondan sonra müsəlmanlara rəhbərlik edən şəxslər yuxarıda qeyd olunanlara iman gətirənləri müsəlman ümmətindən hesab etmirdilərmi? Belə əqidəli şəxslərin canı, malı, namusu amanda deyildimi?! Elə bir tarixçi və ya mühəddis (hədis nəql edən şəxs) varmı ki, öz kitabında Peyğəmbərin (s) və onun canişinlərinin müsəlmanlarla gələcəkdə ixtilafa səbəb olacaq Qur᾽anın qədim və yeniliyini (və bu kimi məsələlər haqda) bir söz dediklərini qeyd etmiş olsun? Məgər onlar Qur᾽anın qədim və ya yeni olduğunu qəbul edib-etməyənlər arasında fərq qoyur, qəbul etmədikləri təqdirdə həqiqətən onları dindən çıxmış hesab edirdilər? Bu ixtilaflara səbəb olan şəxslər qiyamət günü Allah dərgahında sorğu-sual olunarkən bütün bunların qarşısında nə cavab verəcəklər?

Bəli, Qur᾽anın qədim və hadis olması haqda aparılan müzakirələr – müsəlmanlar iki böyük firqəyə – «Əş᾽əri» və «Qeyri-Əş᾽əri»yə bölündükdən sonra meydana gəldi.

Əş᾽ərilər Qur᾽anın qədim olduğunu hesab edir və kəlamı iki hissəyə «ləfzi; nəfsi» [mə᾽nəvi] bölür və bunu Allahın zati sifət və xüsusiyyətlərindən hesab edirdilər. Qur᾽an da ilahi kəlam olduğu üçün onun zati sifəti kimi qədim olmalıdır.

Əşə᾽rilərdən fərqli olaraq «Mö᾽təzilə» və «Ədliyyə» isə belə bir əqidəyə əsaslanırdı ki, Qur᾽an hadis və yeni, kəlam isə ləfzidir. Allahın danışmasını isə Onun zati sifətlərindən deyil, fe᾽li sifətlərindən hesab edirdilər.

ALLAHIN ZATİ VƏ FE᾽Lİ SİFƏTLƏRİ

ZATİ VƏ FE᾽Lİ SİFƏTLƏR ARASINDAKI FƏRQ

«Zati sifətlər» – O sifətlərə deyilir ki, Allahın müqəddəs zatı daim onlarla vəsf edilmiş olsun. Bu sifətlər Allahın müqəddəs zatından bir an olsun belə, əksilməmiş və onların əksinə olaraq vəsf olunmamışdır. Allahın elmini, qüdrətini, hər zaman mövcud olmasını buna misal çəkmək olar. Çünki Allah daim mütləq elmə, qüdrətə malik olmuş, hal-hazırda malikdir və gələcəkdə də malik olacaqdır. Bütün bunların əksinə olaraq, yə᾽ni, Allahı cəhl, acizlik və bu kimi sifət və xüsusiyyətlərlə vəsf etmək isə mahal və qeyri-mümkündür.

«Fe᾽li sifətlər» – O sifətlərə deyilir ki, Allah-taala bə᾽zən bu sifətlərə malik, bə᾽zən də tam əksinə malik olmuşdur. Yaratmaq və ruzi verməyi buna misal çəkmək olar. Deyə bilərik ki, Allah-taala filan varlığı yaratmış, filan varlığı isə yox, kiməsə övlad nəsib etmiş, kiməsə də var-dövlət.

Buradan belə mə᾽lum olur ki, danışmaq da Allahın zatı yox, fe᾽li sifətlərindən olmuşdur. Çünki Allah-taala Musa peyğəmbərlə danışmış, Fir᾽onla isə yox və ya Allah Musa peyğəmbərlə Tur dağında danışmış, Nil çayında isə yox.

NƏFSİ [MƏ᾽NƏVİ] KƏLAM NƏDİR?

Əş᾽ərilər bu fikirdədirlər ki, adi ləfzi kəlamdan fərqli olaraq «nəfsi kəlam» adlanan başqa bir kəlam da vardır. Sonra onların arasında belə bir fikir ayrılığı yaranmışdır ki, görəsən «nəfsi kəlam» deyildikdə həmən «ləfzi kəlam» nəzərdə tutulur, ya qeyrisi və onların arasında bağlılıq varmı? İkinci nəzəriyyənin tərəfdarları deyirlər: «Ləfzi kəlam» «nəfsi kəlama» dəlalət etdiyi kimi deyil, bizim ixtiyari hərəkətlərimizdən elmə, həyata olan dəlalətdir. Buna da ləfzin birbaşa mə᾽naya etdiyi dəlalət deyil, əqli dəlalət deyilir.

Qur᾽anı «nəfsi kəlam», Allahın danışmasında Onun zati sifətlərindən hesab edən Əşairə (icbari) olaraq Allahın zati sifətləri Özü kimi qədim olduğu üçün Qur᾽anın da qədim olduğunu hesab edirlər. Onların fikrincə Qur᾽anın qədim olması yalnız orada istifadə olunan kəlmə və ifadələrə aiddir. Lakin Fazil Quşçi hətta Qur᾽anın üst qabığını da qədim hesab edir.[1]

Digər firqələrə aid olan müsəlmanlar Qur᾽anı «ləfzi kəlam», Allahın danışmasını isə «Fe᾽li sifət» hesab edirlər. Bu səbəbdən də Qur᾽anın hadis və yeniliyinə əsaslanaraq deyirlər: Qur᾽an Allahın ləfzi kəlamıdır. Aləmdə mövcud olan varlıqlar Allahın əlamətləri olduğu kimi, Qur᾽andakı kəlmə və cümlələr də Onun nişanələrindən hesab olunur. Bu səbəbdən də Qur᾽andakı hər bir cümlə ayə adlanır.

Bu barədə söhbəti nə qədər genişləndirsək də elə bir faydalı mətləb əldə edə bilməyəcəyik. Çünki nə üsulidinə (dinin əsasları), nə də füruidinə (dinin şaxələri), nə Allahı tanımağa və nə də dini tə᾽limlərə aiddir. Lakin necə olursa-olsun söhbətimizi davam edirik. Bəlkə də müsəlmanların əksəriyyətini təşkil edən Əşairə məzhəbinin davamçılarına bəlli olsun ki, onların dinin mühüm məsələlərindən hesab etdikləri belə bir təfəkkür tərzi heç bir əqli əsası olmayan, şəriət və məzhəb ilə heç bir əlaqəsi olmayan xəyal və cəfəngiyyatdan savayı bir şey deyildir.

NƏFSİ KƏLAMDA APARILAN ARAŞDIRMALAR

Bir qədər əvvəl «nəfsi kəlamın» mə᾽nası, yaranması və Qur᾽anın qədimliyi ilə bağlı söhbət açdıq.

Bu fəsildə də söhbətimizi davam etdiririk.

Mə᾽lum olduğu kimi hər kəlmə əlifba (heca) hərflərindən yaranır və yaranmış kəlmə yeni mə᾽na və məfhumdan başqa bir şey deyildir. Allahın belə bir yeni məfhumla əzəli və zati olaraq vəsf olunması isə qeyri-mümkündür. Lakin ixtilafa səbəb olan və haqqında söhbət açdığımız kəlam [adi] ləfzdən ibarət olmayan mə᾽nəvi vücuddan ibarətdir. Belə ki, onun tərkib hissəsi ani olaraq aləmdə vücuda gəlir.

Əşairə belə bir kəlamın mövcud olduğunu sübuta yetirir və onu «nəfsi kəlam» adlandırırlar. Onların fikrincə belə bir kəlam Allahın zati sifətlərindəndir və başqaları da belə bir kəlamla vəsf olunmuşlar. Lakin digər firqələrin də varlıqları Əşairənin əksinə olaraq belə bir kəlamın mövcud olduğunu rədd edir və kəlamın yalnız «ləfzi kəlamdan» ibarət olduğuna əsaslanırlar. Onların irəli sürdükləri nəzəriyyədə deyilir: Hər bir iş failindən asılı olduğu kimi, kəlamın da yaranması onu ifadə edən şəxsdən asılıdır. Kəlam isə tədrici ifadələrdən və danışıqdan yaranır.

Bizim fikrimizcə bu barədə irəli sürülən ən doğru və düzgün nəzəriyyə ikinci – yə᾽ni, «ləfzi kəlamdan» savayı «nəfsi kəlam» adında başqa bir kəlam yoxdur – nəzəriyyəsidir.

Dəlil:

Gündəlik danışıqlarımızda istifadə etdiyimiz cümlələr iki hissədən ibarətdir:

1. Xəbər cümləsi;

2. İnşa cümləsi.

bər cümləsi: Əgər xəbər cümlələrini ətraflı araşdırsaq görəcəyik ki, hər bir xəbər cümləsi doqquz hissədən ibarətdir.

1. Kəlmələr, kəlmə və cümlələrin tərkib hissəsi;

2. Hər birinin mə᾽na və dəlalət etdiyi mətləb;

3. Cümlənin ümumi tərkibi;

4. Cümlənin ümumi tərkibinin dəlalət etdiyi mətləb;

5. İfadəçinin cümlədən əldə etdiyi zehni təsəvvür;

6. İfadəçinin cümlənin mə᾽na və məfhumundan əldə etdiyi zehni təsəvvür;

7. Məfhumun həqiqətlə mütabiq olub-olmaması;

8. İfadəçinin belə bir mütabiqətdən əldə etdiyi mə᾽lumat və ya şəkk və tərəddüdlə yanaşması;

9. İfadəçinin danışmağa və ya nəyi isə ifadə etməyə istək və iradəsi.

Xəbər cümləsinin yaranmasına lazım olan şərait bunlardan ibarətdir və Əşairənin özlərinin e᾽tiraf etdiklərinə görə onların heç biri «nəfsi kəlam» deyildir. Bu səbəbdən də xəbər cümləsində «nəfsi kəlam» üçün heç bir misdaq və məfhum görmək mümkün deyildir.

Xəbər cümləsinin mə᾽na və məfhumu da «nəfsi kəlam» ola bilməz. Çünki alimlərin bir çoxunun fikrincə xəbər cümləsinin mə᾽na və məfhumu «xəbər verilən şeyin baş verib-verməməsindən» ibarətdir. Bizim fikrimizcə isə xəbər cümləsinin mə᾽na və məfhumu xəbər verilən şeyin baş verib-verməməsindən deyil, baş verəcək və ya verməyəcək şey haqda xəbər verilməsini istəməsindən ibarətdir.

Çünki bir qədər əvvəl qeyd etdik ki, xəbər cümləsinin istifadə olunduğu yer baxımından özünəməxsus əlamətlərdən biri də bundan ibarətdir ki, şəxs bir şeyin baş verib-verməməsi haqda xəbər verməyi istəmiş olsun. Bu səbəbdən xəbər cümləsi də digər cümlələr kimi, nəyəsə dəlalət etmək və əlamət məqsədi ilə qurulur. Bunu da qeyd etdik ki, şəxs xüsusi ifadələrdən (kəlmələrdən) istifadə etməklə nəzərdə tutuduğu hər hansı bir mətləbi dinləyiciyə yetirir və beləliklə öz fikrini çatdırmış olur.

Nəticə:

Xəbər cümləsinin mə᾽na və məfhumu bir qədər əvvəl qeyd olunanlardan fərqli deyildir. Biz onu «nəfsi kəlam» da adlandıra bilmərik. Çünki «nəfsi kəlam» tərəfdarları bunu kəlamın bir hissəsini təşkil edən, lakin xəbər cümləsinin mövzusunun həyata keçib-keçməməsindən fərqli olan nəfsani [mə᾽nəvi] və zati həqiqət hesab edirlər.

Bir sözlə «nəfsi kəlamı» xəbər cümləsinin mə᾽na və məfhumu ilə heç cür tətbiq edə bilmərik.

İnşa cümləsi: Xəbər cümləsi kimi, inşa cümləsi də «nəfsi kəlamın» misdaqına çevrilə bilməz. Çünki mə᾽na və məfhumdan başqa xəbər və inşa cümlələri arasında heç bir fərq yoxdur. Belə ki, xəbər cümlələri bə᾽zən baş verən cərəyanlarla mütabiq olur, bə᾽zən də yox. İnşa cümləsi isə belə bir xüsusiyyətlərə malik deyildir. Çünki inşa cümləsində baş verən cərəyanlarla mütabiq olub-olmayacaq xarici həqiqət mövcud olmur.

Demək, yeddi və səkkizinci hissələr istisna olmaqla inşa və xəbər cümlələrinin tərkib hissləri tamamilə eynidir. Soruşa bilərsiniz ki, inşa cümlələrinin mə᾽na və məfhumu nədən ibarətdir? Və ya onların mə᾽na və məfhumu «nəfsi kəlamın» misdaqına çevrilə bilməzmi?

Cavabında deyirik: Alimlərin bir çoxlarının fikrincə, inşa cümləsindən mə᾽nanı dinləyiciyə çatdırmaq üçün istifadə olunur. Demək, özünə gəldikdə müstəqil vücud, mə᾽na və məfhum e᾽tibarı ilə isə məcazi hal daşıyır. Məhz belə bir bağlılığın nəticəsində gözəllik və çirkinlik kimi ifadələr kəlmənin özünə də tə᾽sir qoyur. Bu səbəbdən də deyilir ki, mə᾽na kəlmənin vasitəsilə vücuda gəlir. Lakin belə bir mövcudluq həqiqi deyil, ləfzi və zahiridir. Çünki həqiqi vücud kəlməyə aid deyildir. Lakin diqqət yetirmək lazımdır ki, mə᾽nanın kəlmədən bu yolla yaranması inşa cümlələrinə aid deyildir. Bunu xəbər cümlələrində və ayrı-ayrı ifadələrdə də görmək olar.

Lakin kəlmə mövcud olmadan mə᾽nanın mövcud olması yalnız iki halda ola bilər. Və bu iki haldan heç birində kəlmə mə᾽nanın yaranmasında heç bir tə᾽sir qoymur.

1. Həqiqi vücud:

Bu kimi varlıqlar aləmdə varlığın həqiqi mahiyyətini təşkil edən cövhər və ərəz halında zahir olur. Belə bir varlığın meydana gəlməsi onun təbii amillərinin formalaşmasından asılıdır. Təbii ki, belə bir mə᾽na daşıyan kəlmələr onun təbii amillərindən hesab olunmur və onun formalaşmasında əsla dəxalət etmir.

2. E᾽tibari vücud:

Bu da varlığın bir növünü təşkil edir. Lakin xaricdə deyil, təsəvvür və fərz aləmində mövcud olur. Belə bir varlığın vücuda gəlməsi fərziyyəçinin etdiyi fərziyyədən asılıdır.

Bir sözlə, nə həqiqi, nə də e᾽tibari vücud ona dəlalət edən kəlmə üçün əsas şərt deyildir. Lakin qanunverici [Peyğəmbər (s) və nəzər sahibləri] bağlanılan əhd-peymanlarda (inşa cümləsində) e᾽tibari vücudun olmasını əsas şərtlərdən biri hesab edir. Lakin belə bir şərt və bağlılıq bundan irəli gəlir ki, kəlmə özünün həqiqi mə᾽nasında işlənmiş və onun vücuduna dəlalət etmiş olsun.

Çünki mə᾽nanın zahiri və ləfzi vücudu tək inşa cümləsinə deyil, istər xəbər, istərsə də inşa cümlələlərinin mə᾽nalarına da şamil olur.

Bu barədə irəli sürülmüş ən doğru və ən düzgün nəzəriyyə bundan ibarətdir ki, inşa cümlələrinin quruluşu hər hansı bir nəfsani mətləbin çatdırılması üçündür. Və bu da həmən fərz olunan mətləbdir. Əmr və qadağa, əhd-peymanlar və bə᾽zən də sifət və xüsusi hallar ümid və arzu xarakterli cümlələr kimi dəlalət edir.

Demək, cümlə quruluşlarının hər biri nəfsani işlərin nişan və əlamətlərini təşkil edir. Bu da xəbər cümlələrindəki «bir şeyin baş verib-verməməsini bəyan etmək» və inşa cümlələrindəki «işin e᾽tibarı fərz və ya özünəməxsus sifət və hallardan ibarətdir» deməkdir.



[1] Şәrhi-Tәcrid, 354-cü sәh.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri
Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı
Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq
Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü

 
user comment