Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ

İbadətin düzgünlük və qəbul olma şərtlərindən əlavə kamillik şərtləri də var. Bu şərtlər ibadətin daha dəyərli və daha tə’sirli olmasına səbəb olur:

1. Çətinliyi olsun

Asan ibadətlər hamının əlindən gəlir. Lakin daha çox iradə, əziyyət tələb edən çətin ibadətlər daha dəyərlidir və kamilliyə daha yaxındır. Qur’an çətin vaxtlarda Allahın peyğəmbərinə kömək edən şəxsləri mədh edir. İmam Həsən Müctəba (ə) minik olmasına baxmayaraq, daha çox mükafat əldə etmək üçün həccə piyada gedirdi. Qur’an yumşaq və isti yataqdan ayrılıb yalvarış və namaza başlayanları tə’rif edir.

Həzrət Əli (ə) buyurur: “Ən üstün iş özünü vadar etdiyin işdir.”

Qur’an çox çalışan və böyük mücahidlərin məqam və mükafatının daha üstün olduğunu bildirir: “Allah mücahidlərə evlərində oturanlardan daha böyük mükafatla imtiyaz vermişdir.”

2. Əhəmiyyətli olsun

Əhəmiyyətli işlər görmək ağıl, uzaq görənlik və xeyir tanıma nişanıdır. İslam daha faydalı və daha mühüm olan işlərə çağırır. İstər elm öyrənməkdə, istər ibadətdə, istərsə infaqda! İslam peyğəmbəri (s) buyurur: “Ehtiyaclı yaxınlar olan halda özgələrə kömək dəyərsizdir.” Həzrət Əli (ə) buyurur: “Müstəhəb namazlar vacib namazlara ziyan yetirərsə, Allaha yaxınlığa səbəb olmaz.”

3. Daimi tə’sirə malik olsun

İnsan əməlinin faydası onun bərəkətindədir. Daimi tə’sirli ibadətlər kamil ibadətlərdir. Bə’zi kiçik işlər bə’zi böyük işlərdən daha çox inkişafa səbəb olur. Bə’zi müqəddimələr bir çox əsərlərdən daha çox tə’sirli və bərəkətlidir. Demək, bərəkət ibadətin kamillik şərtlərindəndir.

4. Peyğəmbər (s) xəttində olsun

Xalqın istəyinə və mühitin tələbinə uyğun, ata-babalardan irs qalmış şəkildə ibadətlər yox, din övliyaları və Peyğəmbər (s) sünnəsi xəttində olan ibadətlər kamildir. İbadət hər nə qədər mə’sumların üsuluna yaxın olarsa, bir o qədər dəyərlidir.

5. Öncüllük

İbadət və yaxşı işlərdə öncüllük dəyərdir. Bu qəbil işlərdə önə keçmək kamillik me’yarıdır. Qur’an təkrar-təkrar “sariu” və “sabiqu” göstərişi verir. Qur’an buyurur: “Sizlərdən fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) infaq edənlər və vuruşanlar (başqaları ilə eyni deyillər). Onlar (mallarını Allah yolunda) fəthdən sonra infaq edib döyüşənlərdən dərəcə e’tibarı ilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına ən gözəl mükafat və’d buyurmuşdur.” Demək, yaxşı işlərdə (infaq və cihad) öncüllük kamillik me’yarıdır. Həzrət Əli (ə) buyurur: “Xeyir iş üç halda daha dəyərli olur: sür’ətlə görüldükdə, görülmüş işi kiçik hesab etdikdə (qürrələnmədikdə) və gizli şəkildə olanda.” Buna görə də ən yaxşı namaz vaxtında qılınan namazdır. Namazın vaxtından ötdükcə onun fəziləti azalır. Bizim rəsmi şüarımız sayılan azanda deyirik: “Namaza, qurtuluşa və yaxşı işlərə doğru tələs!”

6. Çətin şəraitdə ibadət

Zülmkar hakimiyyət altında edilən ibadətlər daha çox fədakarlıq istədiyi üçün yüksək tə’sirə və dəyərə malikdir. İbadət və bəndəliyə mane olan xarici mühit və daxili istəklər əl-ələ verərkən onlara qalib gəlmək və Allaha pərəstiş etmək dəyər və kamillikdir. Qur’an həqiqi mö’minləri belə mədh edir: “Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən qorxmazlar.” “Onlar Allahın hökmlərini çatdırar, Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar.”

Bəli, zalım hökumət və günahkar mühitdə özlərini və dinlərini qoruyanlar (məsələn, Fir’onun arvadı) yüksək məqam sahibləridir.

7. Həvəslə və davamlı olmalı

Həvəssiz ibadət münafiqlik nişanəsidir. Qur’an münafiqləri təsvir edərkən onların namaz zamanı həvəssiz olduqlarını bildirir: “Onlar namaza durduqları zaman tənbəlliklə (könülsüz) qalxar...” Lakin bəndəliyə həvəs dəyərdir. Davamlı ibadət kamillik səbəbidir. Hədislərdə daimi az əməllərin könülsüz və müvəqqəti çox əməllərdən üstün olduğu göstərilir. Qur’an İslam dinində möhkəm olanlara elm, düşüncə və sair sahələrdə faydalar və mükafatlar və’d edir: “Əgər doğru yolda sabit qalsaydılar, biz onlara bol yağış verərdik...”

8. İbadəti böyük saymamaq

Qürurlu insanlar ibadətlərini böyük və əhəmiyyətli sayırlar. Bu isə əməllərin puç olmasına səbəb olur. Abidin öz ibadətini böyük zənn edib, qürrələnməməsi ibadətin kamillik şərtlərindəndir. İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir: “İlahi, mənə ibadət tövfiqi ver və ibadətlərimi təkəbbürlə puç etmə.”

Bir çox hədislər göstərir ki, insan yaxşı işlərini və ibadətlərini böyük hesab etməməlidir. Allah-təala Qur’anda mələklərin çox təsbihini, ibadətini və daimi zikrlərini yad edir ki, insanlar bir neçə rəkət namaz və kiçik ibadətləri ilə qürrələnməsinlər.

9. Bəsirətli olmalı

Dində düşüncə, bəsirət və agahlıq əməllərin və ibadətlərin dəyər nişanəsidir. Agahlıq və bəsirət olmadan əməllər lazımi qədər dəyərli ola bilməz. Həzrət Əli (ə) buyurur: “Düşüncə və bəsirətsiz ibadət dəyərsizdir.” Başqa bir hədisdə “yəqin” tə’biri bəyan olunur: “Yəqin” əsasında az, lakin həmişəlik əməl Allah yanında bəsirətsiz və yəqinsiz çox əməldən üstündür.”

Əməl və ibadətin kamillik şərtləri barəsində deyilənlərlə kifayətlənirik.

İBADƏTİN FƏLSƏFƏSİ

Bütün İslam proqramlarının və hökmlərinin hikmət və fəlsəfəsi vardır:

1. Yüzlərlə ayə və hədis xalqı düşüncə və təfəkkürə çağırır. İslam qədər heç bir məktəb insanları düşüncəyə də’vət etməmişdir.

2. Qur’anın müşriklərə və bütpərəstlərə şiddətli e’tirazlarından biri ata-babalardan dəlilsiz və kor-koranə təqliddir.

3. Qur’an özü hökmləri bəyan edərkən onların dəlillərini göstərir. Mə’sum imamlar da rəvayətlərdə hökmlərin hikmətini bəyan etmişlər. İslam alimləri bə’zən bu mövzuda kitablar yazmışlar. (Məsələn: Şeyx Səduqun “İləluş-şəraye” kitabı, namaz, həcc və sair hökmlərin sirləri barəsində onlarla kitablar.)

Bunlardan əlavə, elmin inkişafıyla ilahi hökmlər və dini göstərişlərin sirlərindən pərdələr götürülür. İslamın yaşı ötdükcə onun əzəməti artır.

Yuxarıdakı nöqtələrə diqqət yetirdikdə bə’zi məsələlər xatırladılır:

1. Bütün zamanlarda, bütün insanların dini hökmlərin dəlilini bilməsi zəruri deyil. Bə’zi hökmlərin səbəbi hal-hazırda aydın deyil. Lakin zaman keçdikcə onların sirri üzərindən pərdə götürülür.

2. Hökmlərin fəlsəfəsində onların yalnız maddi tə’sirləri və faydaları, iqtisadi və sağlamlıq yönümləri yox, ruhi, mə’nəvi və axirət tə’sirləri də düşünülməlidir.

3. Allahı həkim, Onun göstərişlərinin hikmət əsasında olduğunu bilən şəxs bu gün hansısa hökmün səbəbini bilmədiyindən bu əməli tərk etməməlidir. Xəstə əgər “dərmanın tərkibini bilməyincə ondan istifadə etməyəcəyəm” deyərsə ağrıdan ölər. Əlbəttə, dərmanı istifadə etməklə yanaşı onu tanımağa çalışmalıyıq.

4. Hansısa bir hökmün fəlsəfəsi haqqında Qur’an və hədislərdən möhkəm bir dəlil yoxsa, yaxşı olar ki, sakit olaq və zənn-gümanlara qapılıb dəlil axtarmayaq.

5. Əgər varlıq aləminin bə’zi sirlərini biliriksə qürrələnməyək və hər bir şeyin dəlilini biləcəyimizi gözləməyək.

6. Adi gedişatdan çıxıb vəsvəsələrə qapılmayaq. Necə ki, həkimə müraciət edən şəxs özünü onun ixtiyarına verir. Yaxud avtomobili tə’mir edən mexaniklər sual-cavab edilmir. (Çünki həkim və mexanikin biliyinə inanırıq.) Dini məsələlərdə də Allahın qanunlarına boyun əyməklə əməl edilməlidir. Çünki Allah daha mehriban, daha bilikli və daha həkimdir. O həm gələcəyi, həm zahiri və həm batini tə’sirləri, həm gizlini, həm də aşkarı bilir.

7. İlahi hökmlərdən bə’zi sirlər öyrənmişiksə bütün hökmlərin sirlərini öyrənəcəyimizi xəyal etməməliyik. Əlini dənizə salıb çıxaran şəxsin haqqı yoxdur ki, xalqa əlini göstərib “dənizin suyu budur” desin. O deyə bilər ki, dəniz suyundan bu qədər mənim əlimə dəyib. Hansısa hökmün fəlsəfəsini bilən öyrəndiklərindən savay heç bir sirr olmadığını düşünməməlidir. Məgər məhdud insan ağlı ilə Allahın sonsuz elmindən qaynaqlanan hökmlərin dərinliyindən xəbər tutmaq olarmı?!

8. Bizi hökmlərin fəlsəfəsini anlamağa də’vət edən ağıl deyir: Nəyisə bilmədikdə təqvalı, agah insanlardan soruş. Bu həmin din övliyaları qarşısında bəndəlikdir.

İndi isə hədis və Qur’andan hökmlərin fəlsəfəsini göstərən nümunələrə nəzər salaq.

Qur’an:

Namaz barəsində deyilir: “Namaz insanı çirkin və pis işlərdən çəkindirir.”

“Məni düşünmək üçün namaz qılın.”

“Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram olar!”

Oruc barəsində deyilir: “Təqvalılardan olmağınız üçün oruc sizə vacib oldu.” Çünki günahların çoxu qəzəb və şəhvət meylindən qaynaqlanır. Oruc bu meylin tüğyanının qarşısını alır və təqva yaradır. Buna görə də ramazan ayında cinayətlərin və günahların sayı azalır.

Həcc barəsində deyilir: “Daha çox mənfəət əldə etmək üçün həcc ziyarətinə getsinlər.” Həccin siyasi və ictimai cəhətdən tə’sirli və faydalı olmasına heç bir şəkk-şübhə yoxdur.

Zəkat barəsində deyilir: “Xalqın mallarından zəkat al. Bununla onları (dünyapərəstlik və paxıllıqdan) pak etmiş olarsan.”

Qumar və şərab barəsində deyilir: “Şeytan onların vasitəsilə sizin aranızda düşmənçilik, kin yaradır və sizi Allahı düşünməkdən uzaqlaşdırır.”

Qur’an qisası cəmiyyətin həyat mayası hesab edir.

Çünki cinayətkar cəzalandırılmasa ölü, cinayətkar və zülmkar cəmiyyət yaranar, əmin-amanlığa son qoyular.

Bütün bunlar ilahi hökmlərin hikmət və tə’sirlərini bəyan edən Qur’an ayələrindən nümunələr idi.

Hədis:

Bu mövzuda nəql olunmuş hədislər arasında yalnız “Nəhcül-bəlağə”də Əmirəl-mö’mininin (ə) sözlərindən bir cümləyə işarə edirik: “Allah-təala şirki təmizləmək üçün imanı, təkəbbürü təmizləmək üçün namazı və ruzi səbəbi olması üçün zəkatı vacib etdi...” Allaha iman insanı şirk düşüncələr, puç eşqlər və zəif arxalardan azad edir.

Bütün kamilliklərin qaynağını düşünmək, əzəmət və qüdrət mərkəzindən kömək istəyi hesab olunan namaz insanı təkəbbürdən uzaqlaşdırır.

Zəkat cəmiyyətin işdən düşmüş mexanizmlərini işə salır. Zəkat məhrumlara və iflasa uğramışlara qüvvə verir, qəlblərdə xalqa qarşı məhəbbət yaradır və zəkat verən şəxsin qəlbindən dünya məhəbbəti xaric olur. Bundan əlavə insan zəkat verməklə var-dövlətindən azalmış miqdarın bərpası üçün iqtisadi fəaliyyət göstərir. Təbii ki, çox xərci olan daha çox işləyir. Demək, zəkat ruzi səbəbidir.

Bu hədisdə oruc, əmr be mə’ruf, nəhy əz-münkər, cihad barədə, eləcə də zina və şərabın haramlığı, hədlərin icra olması, imama itaət və bu kimi iyirmi ilahi hökmün hikmət və fəlsəfəsi bəyan olunmuşdur.

Fitrət:

İnsan fitrəti bə’zi hökmlərin fəlsəfəsi ilə tanışdır. Hər bir insan istənilən şəraitdə və zamanda yalanın, xəyanətin, töhmətin, qətlin, oğurluğun, zülmün, əskik satmağın və bu kimi başqa işlərin pis olmasını qəbul edir. Eyni zamanda ədalətin, paklığın, insanlara yaxşılığın və başqa xeyir işlərin yaxşı olmasını anlayır. Bütün bunlar insanın fitrətindədir. Fitrət bə’zi pislikləri və yaxşılıqları dərk edir. Fitrət ilahi ilhamdır: “Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrətdi.”

Elm:

Müxtəlif sahələrdə elmin inkişafı ilə hökmlərin fəlsəfəsi bəyan olunur və bir çox pərdələr aradan götürülür.

Məsələn, donuz ətindəki trixin qurdlarının və ya spirtli içkilərin insan orqanizminə zərəri kimsəyə sirr deyil. Bunlar donuz əti və şərabın haram olmasının dəlillərindən bir qismi idi.

İslam ayaq üstə sidik ifraz etməyi qadağan edir və elm göstərir ki, ayaq üstə sidik ifraz etmək bütün sidiyin xaric olmasına mane olur. Qüslün də səbəbi var. Cənabət halında simpatik sinir sistemi və qan təzyiqi pozulur. Allaha diqqət isə qəflət halını aradan qaldırır. İslam nar çubuğu ilə diş təmizləməyə icazə vermir. Çünki diş əti nar çubuğuna qarşı həssasdır... Bəli, vaciblər, haramlar, müstəhəb işlər, məkruhlar, rəftar, geyim, yemək, yaşayış məsələləri və vasitələri barəsində İslam göstərişləri dəqiq və dərin mə’na daşıyır. Bütün bunlar barəsində İslam alimləri xeyli kitab yazmışlar. (Məsələn, şəhid doktor Paknejadın “Birinci məktəb və sonuncu peyğəmbər” kitabı) Bizim isə bu mövzu haqda söhbət açmağa imkanımız yoxdur. Lakin ümumi bir nəticə mühüm bir nöqtəni sübut edir:

Bütün İslam hökmləri hikmət və fəlsəfə əsasındadır. İstər elm vasitəsi ilə onları tanıyaq, istərsə onların gizli sirlərindən xəbərsiz qalaq! Bütün hallarda bəndəlik ruhiyyəsi ilahi hökmlərin qəbulunu, onlara əməl etməyi tələb edir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ
HƏZRƏTİ ӘLI (Ә)IN ŞӘXSIYYӘTI
VƏHHABİLİK (8)
İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ
Bu surəni oxuyanın nə özü və nə də ailəsi heç bir pislik görməz

 
user comment