Azəri
Sunday 28th of April 2024
0
نفر 0

VƏHHABİLİK (8)

ƏMƏLLƏRİ

 

 

1. Vəhhabilər necə inkişaf etdilər?

2. İslam aləmində vəhhabilərin rolu siri necə olmuşdur?

 

 

Keçən dərslərdə vəhhabilərin öz nəzərləri, eləcə onların sair müsəlmanların əməl əqidələri ilə əlaqədar olan fikirləri araşdırılıb tənqid edildi. Vəhhabilər müsəlmanların bir çox əməl rəftarlarını şirk hesab etdiklərinə görə yarandığı ilk vaxtlardan etibarən (ni, Məhəmməd ibni Əbdül Vəhhabın dövründə) İslami bina əsərləri məhv edib aradan aparmaq fikrinə düşdülər; bu məqsədlə müxtəlif şəhərlərə hücum etdilər, müsəlmanlardan çoxunu müşriklikdə təqsirləndirib qılıncdan keçirdilər. Bu dərsdə vəhhabilərin törətdikləri cinayətlər qısa şəkildə şərh olunacaq.

On doqquzuncu dərsdə qeyd olundu ki, Məhəmməd ibni Əbdül Vəhhab Nəcd vilayətinin Diriyyə şəhərinə daxil olduqda, kiçik Ğuneyzə qəbiləsinin əmiri olan Məhəmməd ibni Səuda bütün Nəcd əyalətinə rəhbər olmaq dəsi verərək, onu özü ilə həmfikir edə bildi daha sonra (h.q.1159-) qonşu qəsəbə şəhərlərə hücum etdi; uzun-uzadı çarpışmalardan, camaatın kütləvi şəkildə qətlə yetirilməsindən sonra o, Nəcd vilayətinə tam nada hakim kəsildi.

Məhəmməd ibni Səud 1179-cu hicri ilində Nəcd əyalətində 30 il hökmranlıq etdikdən sonra öldü onun oğlu Əbdül Əziz atasının yerinə keçdi. Məhəmmədin ən böyük oğlu olan Əbdül Əziz təqribən 30 il müxtəlif qəbilələrlə vuruşdu 1208-ci hicri ilində Ehsa Qüteyd məntəqələrini ələ keçirib Fars körfəzi sahillərinə çatdı. Həmin vaxtlarda ni, 1206 ya 1207-ci hicri ilində Məhəmməd ibni Əbdül Vəhhab dünyadan getdi böyük oğlu şeyx Əbdüllah onun yerinə keçdi.

1207-1214- hicri illərində vəhhabi ordusu Məkkəni ələ keçirmək uğrunda Məkkə əmiri Şərif Ğaliblə müharibəyə başladı nəticədə bu müharibə qarşılıqlı sülhlə sona çatdı.

Əbdül Əziz 1215-ci ildə oğlu Səud Nəcd əyalətinin köçəri yerli əhalisi ilə birlikdə Həccə doğru hərəkət etdi, amma yolda özündə ağırlıq hiss edərək Nəcdə qayıtdı həcc səfərini Səud yerinə yetirdi. O, bu səfərində Əsir, Təhamə, Bəni hərb qəbilələrini özünə müttəfiq edə bildi.

İRAQA HƏMLƏ

Vəhhabilər 1214- ildə Nəcəfi-Əşrəfə hücum etdilər, lakin Xəzail ərəblərinin şiddətli müqaviməti ilə qarşılaşdılar 300 nəfər təlafatla geri çəkilməyə məcbur oldular. 1216- ildə Səud ibni Əbdül Əziz atasının göstərişi ilə Kərbəlaya həmlə etdi camaatı kütləvi şəkildə qırdı. Vəhhabi yazıçılarından olan Səlahəddin Muxtar yazır: «1216- ildə əmir Səud böyük qoşunla Nəcd camaatından Vəhbub, Hicaz Təhamənin köçərilərindən bir çoxu ilə İraqa doğru hərəkət etdi; Zilqə᾿ ayında Kərbəlaya çatdı oranı mühasirəyə aldı. Həmin qoşun şəhərin qala divarlarını dağıdaraq, zorla içəri daxil oldular. Camaatın çoxunu küçədə, bazarda öz evlərində qətlə yetirdilər günortaya yaxın şəhərin çoxlu miqdarda qənimət var-dövlətini ələ keçirərək xaric oldular. Sonra Əbyəz adlı bir yerdə toplaşaraq qənimətləri öz aralarında böldülərVəhhabi tarixçilərindən olan Şeyx Osman ibni Bişr yazır: «Qəbrin (Hüseyn ibni Əlinin məqbərəsinin) günbəzini viran etdilər. Zümrüd, yaqut sair cəvahiratla bəzədilmiş qəbrin üzərindəki sandığı oğurladılar şəhərdə mövcud olan mal-dövlət, silah, libas, xalça-palaz, qızıl-gümüş, nəfis Quranlar sair şeyləri qarət edərək günorta zamanı şəhərdən çıxdılar. Bu zaman Kərbəla əhalisindən 2000 nəfərə yaxın öldürmüşdülər».

Vəhhabilər 1221-ci ildə Nəcəfi-Əşrəfə həmlə etdilər, amma şəhərin bürcləri, keşikçi postları olduğuna ətrafa xəndək çəkildiyinə görə, digər tərəfdən camaat dini tələbələri şeyx fər Kaşiful-ğitanın rəhbərliyi ilə şəhəri müdafiə etdiyinə görə vəhhabilər şəhərə daxil ola bilmədilər, 700 nəfər təlafatla geri çəkilməyə məcbur oldular. Oradan Hilləyə həmlə etdilər. Yenə camaatın tam hazırlığı kəskin müqaviməti ilə rastlaşdılar. Bir daha Kərbəlaya hücum etdilər. Bu dəfə Kərbəla camaatı müqavimətə hazırlıqlı idilər. Buna görə müharibə şəhərdən kənarda baş  verdi Səud öz qoşunu ilə şəhərə daxil olmadan geri qayıtdı. Vəhhabilər bir daha 1225-ci ildə Nəcəf Kərbəlaya hücum etdilər, bir müddət bu iki şəhəri mühasirədə saxladılar oraya gələn ziyarətçilərin çoxunun mal-dövlətini qarət edib özlərini qətlə yetirdilər.

TAİF MƏKKƏYƏ HÜCUM

Vəhhabi ordusu 1217-ci ildə Əbdül Əzizin göstərişi Osman Məzayiqinin komandanlığı ilə Taif şəhərinə (Məkkənin 12 fərsəxliyində yerləşir) həmlə etdilər camaatı kütləvi şəkildə qırdılar. Cəmil Sidqi Zəhavi Taifin fəth olunması barədə belə yazır: «Vəhhabilərin ən çirkin işlərindən biri camaatı kütləvi şəkildə qırmaları idi. Onlar böyüyə kiçiyə rəhm etmədilər, südəmər uşaqların başlarını analarının qucağındaca kəsdilər. Quran öyrənməyə məşğul bir qrupu öldürdülər, evlərdə bir kəs qalmadığından mağazalara, məscidlərə gedib qarşılarına çıxan hər bir şəxsi, hətta səcdə halında olan namaz qılanları belə öldürdülər. Aralarında çoxlu Quran, «Səhihi Buxari», «Səhihi Müslüm» s. fiqh hədis olan külli miqdarda kitabları küçə-bazara dağıdıb məhv etdilər. Bu hadisə 1217-ci hicri ilində baş vermişdi

Bundan sonra vəhhabilər Məkkəyə üz tutdular. Bu dəfə vəhhabi ordusu Səudun rəhbərliyi ilə 1218-ci ilin Məhərrəm ayında Məkkəyə daxil olub oranı işğal etdi. Məkkə əhalisi vəhhabilərin törətdikləri ağır cinayətləri, vəhşicəsinə əməlləri faciələri eşitdiklərindən həmin faciələrin təkrar olunmaması naminə onun hakimiyyətini qəbul etdilər. Bu zaman Səud onlardan tələb etdi ki, qəbirlərin üzərində düzəldilən qübbələri öz əlləri ilə dağıtsınlar. Buna görə vəhhabilər camaatın bir çoxu ilə bel külüng götürüb «Cənnətül-Müəlla» qəbristanlığına getdilər orada çoxlu günbəzləri o cümlədən Əbu Talibin, Əbdülmüttəlibin, Xədicənin, Peyğəmbərin (s) övladlarının günbəzlərini, həmçinin Peyğəmbərin (s), Əbu Bəkrin, Əli (ə) Xədicənin doğulduğu yerdəki günbəzləri dağıtdılar.

Məkkənin işğal olunmasından iyirmi gün sonra Səud Cəddəni işğal etmək Şərif Ğalibi tutmaq üçün (o dövrdə Cəddədə əmir idi) Cəddəyə doğru hərəkət etdi. Səkkiz gün bu şəhəri mühasirədə saxladı, şəhəri müdafiə edən topxananın təzyiqləri altında Cəddəni işğal etmək fikrindən döndü iranlıların Fətəli şah Qacarın göstərişi ilə Nəcdə hücum etməsi xəbərini eşitdikdə Nəcdə qayıtdı. Səudun Nəcdə qayıtması ilə eyni zamanda Şərif Ğalib ona hədiyyə olunan topxana ilə Məkkəni azad etmək üçün hərəkət etdi vəhhabilərlə ağır çarpışmadan sonra Məkkəni öz ixtiyarına keçirdi. Amma 1219-cu ildə Məkkə yenidən Səudun vasitəsi ilə mühasirəyə alındı Məkkə əhalisinin həyat şəraiti o qədər ağırlaşdı ki, hətta az qaldı aclıq xəstəlikdən kütləvi şəkildə məhv olub aradan getsinlər. Nəhayət Şərif Ğalib 1220-ci ildə vəhhabilərin əqidəsini qəbul edərək Səuda təslim oldu.

MƏDİNƏYƏ HƏMLƏ

Səud 1220-ci ildə Mədinəyə həmlə etdi, oranı bir il yarım mühasirədə saxladıqdan sonra işğal etdi. Osmanlı dövləti tərəfindən şəhərə yin olunmuş qazini şəhərdən qovdu Peyğəmbərin (s) pak qəbrini, eləcə «Bəqi» dəfn olunmuş böyük şəxsiyyətlərin qəbrlərini ziyarət etməyi qadağan etdi. Sonra vəhhabilərə göstəriş verdi ki, «Bəqi» qəbristanlığının qəbir hasarlarını dağıtsınlar. Buna görə onlarla birlikdə qəbristanlığa həmlə etdi, orada mövcud olan abidələri qəbirləri dağıdıb, yerlə-yeksan etdi, gördükləri hər bir qiymətli əşyaları qarət etdi.

SURİYAYA MƏSQƏTƏ HƏMLƏ

Vəhhabilər 1225-ci ildə Əbdüllah ibni Səudun sərkərdəliyi ilə Suriyada yerləşən Xoran məntəqəsinə həmlə etdi camaatın var-yoxunu taladı, əkin sahələrini yandırdı, qadınları əsir etdi, uşaqları qılıncdan keçirib evləri dağıtdı böyük bir qrupu didərgin saldı.

Sonrakı il (1226-) Məsqəti işğal etmək məqsədi ilə oraya həmlə etdi. Lakin, bu şəhərin əmiri İrandan kömək istədi oradan kömək üçün Məsqətə tərəf bir ordu yola düşdü vəhhabilərlə qarşılaşdı. Vəhhabilər çoxlu insan təlafatı verdilər, onların sərkərdələri Seyf ibni Malik Məhəmməd Seyf yaralı halda qaçdılar.

TƏNƏZZÜL YENİDƏN DİRÇƏLİŞ

1225-ci ildə Məhəmməd Əli Paşa (Misirin sultanı) Osmanlı sultanının göstərişi oğlu Əhməd Tulunun sərkərdəliyi ilə Yənbu limanına doğru bir qoşun göndərdi. O, vəhhabi Əbdüllah ibni Səudun başçılığı altında onun qoşunu ilə apardığı bir neçə döyüşdən sonra 1227-ci ildə onunla sülh bağladı, nəticədə Məkkə, Mədinə Taif şəhərlərini azad etdi. Taifin fatehi Osman Muzayifi Mədyənin əmiri Mübarək ibni Mizyanı tutub Misirə apardı orada qətlə yetirdi. Həmin halda Məhəmməd Əli Paşa bir ordu ilə dəniz yolundan Hicaza hərəkət edib Cəddə limanına yan aldı, sonra Cəddədən Məkkəyə getdi oranı öz qərargahı seçdi. Daha sonra Nəcd əyalətindəki Qunfuzə məntəqəsini işğal etmək üçün həmlə etdi şiddətli döyüşdən sonra oranı ələ keçirdi. Məhəmməd Əli Paşa təqribən 1230-cu ildə İbrahim paşanın sərkərdəliyi ilə başqa bir qoşunu Nəcdə göndərdi. İbrahim 1332-ci ildə Nəcddə Riclə əyalətini öz əlinə keçirdi daha sonra vəhhabi hökumətinin mərkəzi olan Dir᾿iyyəyə hücum etdi, ağır döyüşdən sonra 1234- ildə şəhəri aldı. Həmin ilin Şə᾿ban ayında İbrahim Paşa Məhəmməd Əli Paşanın göstərişi ilə böyük təmtəraqlı şəhər olan Dir᾿iyyəni, əhalisini boşaltdıqdan sonra tamamilə dağıdıb yerlə yeksan etdi sonra Misirə qayıtdı.

1234- ilin axırlarında şəhərdən qaçan vəhhabilərin çoxu xaraba qalmış Dir᾿iyyəyə qayıtdılar oranı mir etməyə başladılar. Vəhhabi başçılarından Məhəmməd ibni Muşari (Səud ibni Əbdül Əzizin bacısı oğlu) Türki ibni Əbdüllah şəhərdən qaçıb gizlənmişdilər bu zaman onlar da şəhərə qayıtdılar. Qüvvələrini nizama saldıqdan sonra çoxlu həmləyə tədarük görüb əvvəlcədən işğal etdiyi məntəqələrin hamısına yürüş etdilər. O yerləri yenidən işğal etdikdən sonra ilk hücumda törətdikləri əməlləri, o cümlədən İslami tikililərin məhv edilməsi, böyük şəxsiyyətlərin qəbirlərinin dağıdılması s. kimi işləri təkrar etdilər 1344- ilə qədər təqribən Hicazın hər bir yerinə hakim oldular.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Əhzab" surəsi
Qiyamətin şahidlik evi
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Haramdan doğulan uşağın əlamətləri
VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq

 
user comment