Azəri
Thursday 2nd of May 2024
0
نفر 0

Quran riyakar insana necə təsir göstərir?

Sual 58: Quran riyakar insana necə təsir göstərir?

Cavab: Allah-təala buyurur: «...(hər bir surə) möminlərin imanını artırar, onlar sevinərlər. Qəlblərində mərəz olanların isə, çirkinliyi artar və onlar kafir olaraq ölərlər»[40].

Kafirlər «bu sizin hansınızın imanını artırır»,-deyə Qurana olan etinasızlıqlarını büruzə verirdilər. Yuxarıdakı iki ayədən aydın olur ki, bir fərdin və ya bir cəmiyyətin islahı üçün təkcə göstərişlər və proqramlar kifayət deyildir. Əsas şərtlərdən biri, həmin göstərişlərin təsirli olması üçün hazırlıqdır.

Quran ayələri həyatverici yağış kimidir. Bu yağış, münbit torpağı yaşıl örtüyə bürüyür, şoranlığa təsirsiz qalır. Həqiqət aşiqləri ayələrə eşqlə dolu gözlə baxdığı halda, qəlbi çirkaba batanlar bu ayələri qara eynəklə süzür və öz küfrlərini, inadlarını daha da artırırlar.

Ayələrdə zikr edilən xəstə qəlb, xəstə ruh və ağıl mənasındadır. İnsanın əxlaqındakı nöqsanlar, bu xəstəliyin əsasını təşkil edir. Sağlam psixoloji durumda olan insanın çirkin əxlaqa malik olması, qeyri-mümkündür. Ruhun xəstəliyi, cismin xəstəliyi kimi insan təbiətinə ziddir. Ona görə də, əxlaqın pozulması, əsl təbii yoldan büdrəmənin sübutudur. İndi aydın olur ki, nə üçün Quran ayələri bəzi insanlara müsbət təsir göstərmir. Belələri üçün bütöv bir Quran oxunsa belə, zərrəcə faydası yoxdur. Özündə Quran ayələrinə etinasızlıq görən insan Allaha sığınmalı, Ondan yardım diləməlidir.

Sual 59: «Ziya» «nur» arasında fərq varmı?

Cavab: Qurani-kərimdə rastlaşdığımız «günəşi ziyalı, ayı nurlu ... edən məhz Odur»[41] ayəsi «ziya» «nur» kəlmələri arasında fərq qoyulduğuna bir işarədir. Amma bu barədə rəylər müxtəlifdir. Bu iki kəlmə arasında fərq olduğunu qəbul etməyənlər olsa da, bir qrup alim bu fikirdədir ki, ziya nurun mənbəsidir. Məsələn, günəşin ziyasından nurlanan ay, yalnız işığı əks etdirir.

Uyğun ayənin davamında «ay üçün mənzillər təyin edən Odur» buyuruğu, əslində həmin dövr üçün elmi bir yenilik idi. O dövrdə elmə məlum deyildi ki, ay hərəkətdə, günəş isə nisbi sükunətdədir. Ay üçün mənzillər təyin olunması artıq aşkar bir şəkildə ayın hərəkətdə olduğunu bildirir.

Sual 60: Quran nə üçün möcüzə hesab olunur?

Cavab: Həzrət Məhəmmədin (s) Şəqqül-qəmər kimi möcüzələri olduğu halda, nə üçün o məhz Quranı özünə möcüzə hesab etmişdir? Quranın möcüzə olması barədə ayə və hədislərdə kifayət qədər məlumat verilir. Maraqlıdır, Quranı başqa kitablardan fərqləndirən onun hansı xüsusiyyətidir?

Musa peyğəmbərin (ə) dövründə sehrbazlıq, İsa peyğəmbərin (ə) dövründə təbabət olduqca güclü idi. Bu səbəbdən də, Allah-təala Musaya (ə) əjdahaya dönən əsa, İsaya (ə) ölülərin dirildilməsi kimi möcüzələr vermişdi. Həzrət Məhəmmədin (s) dövrü isə şerin, söz sənətinin intibah dövrü idi. Belə bir dövrdə həzrət Peyğəmbərin (s) ərəb ədəbi mühitini öz ecazı ilə heyrətə gətirən Quranla silahlandırılması tam məntiqə uyğundur. Quran bu günədək dəyişikliyə məruz qalmamış yeganə ilahi kitabdır. Quran öz ecazı və məntiqi ilə bütün həqiqətsevər düşüncələri səcdəyə gətirir.

İslamın on dörd əsrlik tarixi boyu mütəmadi olaraq Quranın ilahi kitab olduğunu təsdiqləyən faktlar aşkarlanmışdır. Son dövrdə dini araşdırmalar mərkəzlərindən birində belə bir açıqlama verilmişdir ki, Quranı təşkil edən 6666 ayənin hər birinin nazil olduğu vaxta uyğun ölçüsü vardır. Başqa sözlə, hər bir ayə özündən əvvəl nazil olmuş ayədən uzun, özündən sonra nazil olmuş ayədən qısadır. Bu qanunauyğunluq mülahizələri ilə üst-üstə düşür. Məsələn, ən gec nazil olmuş böyük surə «Maidə» surəsinin ilk ayələri, əslində ilk illərdə nazil olmuşdur. Rəvayətə görə, həzrət Peyğəmbərin (s) göstərişi ilə bu ayələr «Maidə» surəsində yerləşdirilmişdir. Ayələrin ölçüləri uyğun fikiri tam təsdiq edir. Qurani-kərimdə ayələrinin belə bir ölçü ilə nazil olması, insan düşüncəsinin imkanlarından xaricdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual-cavab (2)
Sual: 11. Həqiqi dinin (yəni, Allah yanında lövhi məhfuzda olan dinin) şəraitinin ...
MÜSTƏTI OLMAQ
Sual: 21. Xalq dini hakimiyyət istəmirsə, dini hakim nə etməlidir?
Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Sual 47: Nisa surəsinin3-cü ayəsində buyurulur:
Sual 73: Ilahi pəhriz düzgündürmü? İlahi pəhriz ilə şeytani pəhriz arasında ...
Sual 71: Ağız ,burun və qulaq suyu insan orqanizmində yarandığı kimi göz ...
وَ یُطْعِمُونَ الطَّعامَ عَلى‏ حُبِّهِ ...

 
user comment