Azəri
Wednesday 1st of May 2024
1
نفر 0

Peyğəmbəri (s) qocaldan surə hansıdır

Sual 64: Peyğəmbəri (s) qocaldan surə hansıdır?

Cavab: «Nurus-səqəleyn»də həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: «Hud» surəsi məni qocaltdı»   .

Bu surənin ayələrindən alınan ümumi nəticə budur ki, müsəlmanlar heç vaxt düşmənin çoxluğu və hücumlarının şiddətinə görə meydandan qaçmamalıdırlar.

İbn Abbas nəql edir: «Həzrət Peyğəmbər (s) üçün heç bir ayə «Sənə əmr edildiyi kimi istiqamətlən»  ayəsi qədər çətin gəlməmişdi».

Yaxınları həzrət Peyğəmbərdən (s) saçının tez ağarmasının səbəbini soruşanda, Həzrət (s) «Hud» surəsini səbəb göstərdi  .

Başqa bir rəvayətdə isə nəql olunur ki, «Hud» surəsinin 112-ci ayəsi nazil olanda, Həzrət (s) buyurdu: «Ətəyinizi kəmərinizə keçirin». Bu hadisədən sonra Həzrəti (s) bir daha gülən görən olmadı .

Haqqında bəhs etdiyimiz ayədə dörd göstəriş vardır: «Sənə əmr edildiyi kimi istiqamətlən. Səninlə birlikdə iman gətirənlər də düz olsunlar. Tüğyan etməyin ki, Allah sizin nə etdiklərinizi görür» . Birincisi, Həzrətin (s) istiqamətlənməsi, ikincisi, bu istiqamətin ilahi rəngdə olması, üçüncüsü, Həzrətin (s) öz ətrafındakı müsəlmanları istiqamətləndirməsi və nəhayət dördüncü göstəriş, bu mübarizədə ədalətə riayət olunmasıdır. Başqa sözlə, istiqamət, ixlas, möminlərə rəhbərlik və həddi aşmamaq.

Sual 65: Dünya xoşbəxtliyində dinin rolu varmı?

Cavab: Bəziləri elə düşünür ki, din yalnız axirət xoşbəxtliyi üçündür və insanın dindar olub-olmamasının, dünya xoşbəxtliyinə heç bir dəxli yoxdur.

Hansı ki, din, axirət evindən əvvəl dünya evini qorumaq üçündür. Peyğəmbər (ə) öz qövmünə xitabən deyir: «Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır. O, sizə göydən bol yağış göndərər. O, sizə mal-dövlət, oğul-uşaq əta edər. O, sizin üçün bağlar-bağçalar əmələ gətirər, çaylar axıdar»  .

Yalanın, saxtakarlığın, oğurluğun, rüşvətxorluğun cəmiyyəti məhv etməsini kim inkar edə bilər?! Zülm və sitəmin bəşəriyyəti qara günə qoyduğunu kim inkar edə bilər?! Allaha etiqadlı, peyğəmbər göstərişlərinə əməl edən, insanpərvər bir cəmiyyətin xoşbəxtliyinə kimdə şübhə var?!

«Hud» surəsinin 3-cü ayəsindəki «Ona tövbə edin ki, müəyyən bir müddət yaxşı gün-güzəran versin» buyuruğu bir daha təsdiq edir ki, din insanın əvvəlcə dünya, daha sonra isə axirət həyatının tənzimlənməsini nəzərdə tutur.

Sual 66: Təyin olunmuş ruziyə zəhmət çəkmədən nail olmaq mümkündürmü?

Cavab: Quran ayələrindən məlum olur ki, ruzi təkcə maddim nemətlərdən ibarət deyildir. Bu sözün lüğəti mənası «davamlı hədiyyə» deməkdir. Ruzi anlamı qida maddələri ilə yanaşı məskən, geyim, elm, düşüncə, iman kimi nemətləri də əhatə edir. «Ali-imran» surəsinin 169-cu ayəsində buyurulur: «Allah yolunda öldürülənləri ölü zənn etmə. Onlar öz Rəbbinin yanında ruzi içindədirlər». Ayədən göründüyü kimi ruzi təkcə maddi yox, həm də mənəvi nemətləri ifadə edir. Bərzəx dünyasında maddi nemətlərin olmaması, buna bir sübutdur.

«Hud» surəsinin 6-cı ayəsində oxuyuruq: «Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin».

Keçmiş zamanlarda insanlar okean dərinliklərində canlıların olmasına inanmırdılar. Çünki 700 metr dərinlikdə canlı orqanizmləri qidalandıracaq bitkilər yaşaya bilməzdi. Əsli yaşıl təbiətdən götürülən əksər qidalar, okean dərinliklərinə hansı yolla çata bilərdi?! Günəş işığı olmadan həmin dərinlikdə otların cücərməsinin qeyr-mümkün olduğu şübhə doğurmur. Zaman ötdükcə okeanın dərinliyi tədqiq edildi və məlum oldu ki, uyğun dərinlikdə canlılar yaşayırmış. Sübuta yetirildi ki, günəş işığı okean səthində mikrobitkilər cücərdir. İlkin təkamül mərhələsini su səthində keçirən bu qidalar, sanki okean dibindəki süfrəyə ələnir. Demək, hansı şərait olmasından asılı olmayaraq, bütün canlılar təyin olunmuş ruzisinə çatır.

Bəs insan necə? İnsan çalışmadan, heç bir zəhmət çəkmədən təyin olunmuş ruzisini əldə edə bilərmi? Həzrət Əli (ə) buyurur: «Ruzi iki növdür. Birini sən axtarmalısan, o biri isə sənin axtarışındadır»  .

Ayə və hədislərdən məlum olur ki, Allahın insan üçün ayırdığı ruziyə çatmaq üçün çalışmaq zəruridir. Bu işdə özünü həlak edib, haram yola əl atmağa ehtiyac yoxdur. Hər bir insan qüvvəsi qədərində çalışarsa, təyin olunmuş ruzisini əldə edə bilər. Bəs həzrət Əlinin (ə) buyurduğu ikinci növ ruzi hansıdır? Bəzən insan oturduğu yerdə ruzi əta olunmasını inkar edə bilmərik. Belə hallar olur. Amma insan oturub, təsadüflərin intizarında olmamalıdır.

Sual 67: Allah-təala Nuhun (ə) hansı duasını qəbul etmədi?

Cavab: İlk ülul-əzm peyğəmbər olan Nuhun (ə), öz tayfasından çəkdiyi əzab-əziyyət Qurani-kərimdə geniş şərh olunmuşdur. «Biz səni ancaq özümüz kimi bir insan sayırıq» deyən bu tayfa o qədər azğınlaşımışdı ki, hətta «qorxutduğun əzabı gətir görək»-deyə meydan oxuyurdu. Nəhayət, Allahın əzabı nazil olur və Allah-təala «zülm edənlər barədə mənə müraciət etmə, çünki onlar suda boğulacaqlar»,-deyə Nuha (ə) qarşıdakı əzab barədə məlumat verir.

Nuhun gəmi düzəltdiyini görən tayfa onu məsxərəyə qoyur, hətta doğma oğlu bu işi istehza ilə qarşılayır. Allahın əmri ilə hər heyvandan bir cüt və ailə üzvlərini gəmiyə götürən Nuh (ə) oğlunu dəvət etdikdə, belə cavab alır: «Mən bir dağa sığınaram, o da məni qoruyar»  .

Su yer üzünü bürüyüb, gəmini öz ağuşuna aldıqca, əzaba düçar olan tayfa dalğalar altında görünməz olur. Oğlunu əzaba düçar olanlar içində görən Nuhun qəlbində atalıq hissi baş qaldırır. Allah dərgahına üz tutub deyir: «Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sən mənim ailəmi bu tufandan xilas edəcəyini vəd vermişdin». İstəyinə müsbət cavab alacağını ümid edən Nuh peyğəmbərə buyurulur: «O sənin ailəndən deyildir. O qeyri-saleh bir əməldir. Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm» .

Bir an atalıq hissinə qapılmış Nuh, dərhal peşman oldu və Allahdan bağışlanmaq dilədi. Əslində, Allahdan istənilən bir şəxsin bağışlanmasını istəmək günah deyildir. Nuh da bir insanın bağışlanmasını dua etmişdi. Onun duasının qəbul olunmaması, Allah-təalanın bütün işlərdə ədalətə istinad etməsindəndir. Günah uçurumuna yuvarlanmış, hətta qeyri-saleh əməl adlandırılmış bir şəxs, olduqca həssas bir məqamda bağışlana bilməzdi.

Sual 68: Səadət nədir?

Cavab: Səadət və xoşbəxtlik dedikdə, yalnız dünya həyatını nəzərdə tutan insanların dini etiqadları, heç şübhəsiz ki, nöqsanlıdır. Əgər bir insana «ya əzablı həyat və xoşbəxt axirət, ya da xoşbəxt həyat və əzablı axirət» seçimi verildikdə ikincini seçirsə, onun axirət inancı həqiqi deyildir. Əbədi axirətə inanan insan, əbədi əzabı necə qəbul edə bilər?!

Bu barədə Qurani-kərimdə buyurulur: «Bədbəxt olanlar od içərisində qalacaq... Xoşbəxt olanlar isə, cənnətdə əbədi sakin olacaqlar»  .

Səhərdən axşama mənən və cismən axtarışda olan insanın itgisi səadətdir. Amma insan çox vaxt anlamır ki, əlində doğru ünvan olmayan yolçu çarıqlarını yırtsa belə, mənzilə çatası deyildir. Səadət bir mənzildir ki, onun ünvanını hər yoldan ötəndən soruşan kəs, bədbəxtliyə düçar olar. Bu mənzilin həqiqi ünvanı yalnız və yalnız Allah elçilərində tapılmasıdır. Peyğəmbərlərsə, səadəti təkcə dünyada yox, dünya və axirətdə görmüşlər.

İmam Sadiq (ə) cəddi həzrət Əlidən (ə) belə nəql edir: «Həqiqi səadət, insan həyatının ən son mərhələsindəki səadətdir. Həqiqi bədbəxtlik isə, ömrün günah içində başa çatmasıdır»   .

Sual 69: Qurani-kərimdə nə üçün dastanlara yer verilib?

Cavab: Quran-Kərimin əhəmiyyətli bir hissəsi keçmişdə baş vermiş əhvalatları bəyan edir. Bu ilahi kitabla yaxından tanış olmayanlar, onu vərəqləyərkən tez-tez rastlaşdıqları dastanlardan təəccüblənir, bəziləri isə irad tutmağa da cəsarət edirlər. Amma məsələyə diqqətlə yanaşdıqda, hər şeyin məntiqəuyğun olmasına şübhə qalmır.

Tarix, insan həyatındakı müxtəlif problemlərin bir növ laboratoriyasıdır. Həyat həqiqətlərinin dərk olunmasında tarixin müstəsna əhəmiyyəti vardır. Tarixdə müxtəlif qövmlərin başına gəlmiş hadisələr, bu hadisələri doğuran səbəblər, əyani dərs vəsaitinə bərabərdir. Həzrət Əli (ə) buyurur: «Tarixin təcrübəsindən öyrənməklə, sanki o qövmlərin birinci və sonuncusu ilə birgə yaşamışam»  .

Tarix və dastan xüsusi bir cazibəyə malikdir. İnsan körpəlikdən qocalanadək, bu cazibənin təsiri altında olur. Tarix və dastan hamı tərəfindən dərk olunur, hansı ki, bir məsələnin sübutu üçün gətirilən dəlilləri hamı eyni səviyyədə dərk etmir.

Yuxarıda deyilənlər bir daha sübut edir ki, Quran tarix və dastana geniş yer ayırmaqla, ən üstün təlim-tərbiyə yolunu seçmişdir.

 

1
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual: 21. Xalq dini hakimiyyət istəmirsə, dini hakim nə etməlidir?
Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Sual 47: Nisa surəsinin3-cü ayəsində buyurulur:
Sual 73: Ilahi pəhriz düzgündürmü? İlahi pəhriz ilə şeytani pəhriz arasında ...
Sual 71: Ağız ,burun və qulaq suyu insan orqanizmində yarandığı kimi göz ...
وَ یُطْعِمُونَ الطَّعامَ عَلى‏ حُبِّهِ ...
SUAL - CAVAB
Sual 23: Möcüzə, sehr və şöbədəbazlıq arasındaki fərqin nədən ibarət ...
Azan və iqamədə İmam Əliyə şəhadək verməyin hökmü

 
user comment

Mattie
Now we know who the sniebsle one is here. Great post!
پاسخ
0     0
2011-08-05 14:34:34