Ad: Ölkə: Müctəhid: Sual: |
1) Akif Azerbaycan Ayətullah Xameneyi Salamu eleykum. vetr namazi tam olaraq nece qlinir.sag olun |
Cavab: |
Vətr namazı bir rəkətdir. Həmdi oxuduqdan sonra üç dəfə “Tövhid“, bir dəfə “Fələq“ və bir dəfə “Nas“ surəsi oxunur, sonra qünut tutulur, hacət və diləklər Allahdan istənilir, qırx nəfər mömin (ölü ya diri) dua edilir, Allahdan bağışlanmaq istənilir. Yetmiş dəfə “استغفر الله ربی و اتوب الیه“ “Əstəğfirullahə Rəbbi və ətubu iləyh“, sonra yeddi dəfə “هذا مقام العائذ بک من النار“ “Haza məqamu əl-aizu bikə minən-nar“, sonra üç yüz dəfə “العفو“ “əl-əfv“ deyilir və sonra bu cümlə oxunur: “ربّ اغفرلی و ارحمنی و تب علیّ انک انت التواب الغفور الرحیم“ “Rəbbiğfirli vərhəmni və tub ələyyə innəkə əntət-təvvabur-rəhim“.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
2) valeh azerbaycan Ayətullah Fazil essalamu eleykum.qadin heyz halinda mescide daxil ola bilermi?kisi nece cenabetli halda mescide daxil ola bilermi?cox sag olun. |
Cavab: |
Heyz olan qadına və cənabətli şəxsə məscid barədə haram olan işlər bunlardır:
|
Ad: Ölkə: Müctəhid: Sual: |
3) nazm azerb Ayətullah Sistani salam aleykum. 1. dua yazdirmaq uchun dua yazana muracirat etmak olarmi? 2. eger biri ile dushman olsam onu sehr ya cadu etdirmeye icazem varmi siz bu barede ne deyirsiniuz? |
Cavab: |
1. Dua yazana müraciət etməyin eybi yoxdur.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
4) aydin rosiya Ayətullah Sistani salamun aleykum! baqilayin muveqqeti izdivacda siqe elediyiim xanimin bacisin da siqelemek istesem bunun muddetinin basa chatmasini gozleyim? saq olun. |
Cavab: |
Fərz olunmuş sualda ya siğə müddətinin qurtarmasını gözləməli, ya da bu müddəti ona bağışlamalısınız. Əlbəttə, müddət tamam olduqdan sonra vacib ehtiyata görə, iddəsinin tamam olmasını da gözləməlisiniz.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
5) aygun azerbaycan Ayətullah Sistani salam aleykum.men bilmek isteyiremki sige yalniz subay oqlanlar ucundu ve ya evli kiwilerede olar? 2-ci sual Suleyman peygember(e)qebri harda yerlewir?qabaqcadan tewekkurler. |
Cavab: |
1. Subay və arvadı olan kişi, habelə, subay qadın üçün müvəqqəti izdivac etmək icazəlidir.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
6) Elshan Azərbaycan Ayətullah Məkarim Qızla oğlan nişanlanırlar və bundan sonra məhrəm olmaq üçün müvəqqəti kəbin kəsdirmək istəyirlər. Amma qızın atası bunun mahiyyətini anlamadığı üçün razılıq vermir. Nəzərə alsaq ki, ata qızının həmin oğlana ərə getməsinə razılıq verib, amma yalnız nişanlı dövrdə kəbin kəsdirmələrinə razı deyilsə, bu şəraitdə atanın razılığı zəruridirmi? |
Cavab: |
Atanın icazəsi olmadan əqd oxumaq icazəli deyil.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
7) kerem azerbaycan Ayətullah Sistani Veliyyi emirin qerarlari butun muselmanlara vacibdir,yoxsa tekce onun muqellidlerine? |
Cavab: |
Həm ümumi həm də dövlət məsələləri şəri vilayəti olan (vəliyyi-əmr) şəxslədir və onun hökmü hamı üçün hətta başqa müctəhidlər ünün belə keçərlidir. Yalnız onun elminin xəta etdiyi, ya Quran və sünnə ilə müxalif olduğu sabit olarsa, hökmü keçərli olmaz.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
8) kerem azerbaycan Ayətullah Sistani Risalelerde niye veliyyi emir haqqinda yazilmayib? |
Cavab: |
“İzahlı şəriət məsələləri“ kitablarında adətən, ümumui camaatın gündəlik hayatlarında qarşılaşdıqları məsələlərə yer verilir. Bu barədə məlumat əldə etmək üçün daha geniş yazılmış fiqh kitablarına müraciət edin.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
9) kerem azerbaycan Ayətullah Sistani Destemazda oldugu kimi eli isladib necis olan yere ceksek o yer pak olar? |
Cavab: |
Xeyir.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
10) kerem azerbaycan Ayətullah Sistani Assalamu aleykum.Qerara almisam ki,basima tuk ekdirem.Eger tuk ekilmesi basimin bezi yerlerinin derisine su catmamasina sebeb olsa,bu halda quslun hokmu nedir? |
Cavab: |
Qeyd olunmuş şəraitdə vəzifə təyəmmüm etməkdir.
|