Ad: Ölkə: Müctəhid: Sual: |
11) Aynur Azerbaycan Ayətullah Xameneyi Salam, bizim evden bankdan pul goturubler, hemin pulla ev temir edibler. Hemin evde namaz gilmag olarmi? Xumusu verilmeyen evde namaz gilmag olarmi? |
Cavab: |
Bank əməliyyatlarını İslam şəriətinə uyğun şəkildə aparan banklardan götürülən pul ilə olmuşsa, o evdə namaz qılmağın eybi yoxdur. Amma bank əməliyyatları qeyri-islami olan banklardan yalnız borc ünvanı ilə (sələmli olmasına baxmayaraq) pul götürdükdə, o pulun sahibi olur və o pul ilə tikilən evdə namaz qılmaq icazəlidir. Amma qeyri-islami bankdan şəriətdə icazə verilməyən müamilə ilə pul götürüb ev tiksə, o pula və evə sahib olmur və o evdə namaz qılmaq icazəli deyil.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
12) Akif Azərbaycan Ayətullah Sistani 1. Üzü elektrik üzqırxanla qırxmağa şəriət icacə verir? 2.Saqqal saxlamış adam saqqalının kənarlarını formaya salmaq məqsədi ilə qirxmağı şəriətən düz hesab edilir? |
Cavab: |
Üzün tükünü tamamilə götürəcək bir surətdə (təraş etmək) qırxmaq haramdır.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
13) kamil Rusiya Ayətullah Xameneyi salam. 1.Rusiyada kvas satirlar, hazirlanma metodu melum deyil, amma ustunde yazilib ki terkibinde 1 faiz spirt var. bu kvasdan istifade etmek caizmi? 2.haddi buluqa chatib xatna olunmamish insan namaz qila bilermi? |
Cavab: |
Qeyd etdiyiniz surətdə əgər müsəlman ölkəsində hazırlanmayıbsa, belə içkini içmək icazəli deyil.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
14) Ferid Azerbaycan Ayətullah Sistani Salam Aleykum.Uzr isteyirem qabaqcadan ve sualim beledi: Yuxuda meni ifraz olubsa ve yatdigim yorgan ve doshek de bulanibsa onlari da yuyub temizlemek lazimdir?Meni yorganda qurusa orda yatmagin eybi varmi? Meni necis sayilir? |
Cavab: |
1. Vacib işlər üçün (məsələn, namazınızı o yerdə qıldığınız surətdə) və ya onun başqalarına sirayət edəcəyi təqdirdə yumaq vacibdir.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
15) Mohsin Azerbaijan Ayətullah Xameneyi Salamun aleykum. 1) Avropa sayagi bankalarda, hansi ki seleme de pul verilir Kassa isinde islemek olarmi? Yani orada halal isler var ki kassirler gorur. Hemcinin kredite pul goturen insanlara da hemen pullari sened esasinda tehvil verirler. ve odenis zamani da hemen pullari onlardan odenis kimi tehvil alib banka kocururler. 2) Muveqqeti kebinde qadin mehriyye teyin ederken "men senden hec bir shey istemirem" demis olarsa kebin sehihdirmi? Yani mende bele hal olmusdur ki, xanim istememisdir onceden ve kebin oxunmusdur. Eger olmazsa yazin ve vezifemi de qeyd edin. Allah sizlerden razi olsun. |
Cavab: |
1. Əgər bankda işləmək sələmli müamilələrlə əlaqəli olarsa və şəxsin onun gеrçəkləşməsində müəyyən qədər rolu olsa, orada işləmək icazəli dеyil.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
16) imimqulu Ayətullah Məkarim salamun aleykum. Əgər insanın yaxın qohumlarından biri məsələn bacısı qızı kimi açıq-saçıq gəzirsə, onun bu işinə görə döyə bilərəmmi. Əlbəttə bir neçə dəfə xəbərdarlıq etmişəm və nəsihət etmişəm. Amma heç bir faydası yoxdur. deyirəm bəlkə döysəm düzələr. təşəkkür edirəm. |
Cavab: |
Şəriət hakiminin izni olmadan əmr-be məruf və nəhy-əz münkər məqsədi ilə vurmaq icazəli deyil.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
17) kerem azerbaycan Ayətullah Sistani Uzerinde Allah kelmesi olan kagizi necis olmayan yere tullamaq olarmi? |
Cavab: |
Hörmətsilik olmadığı təqdirdə eybi yoxdur.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
18) kerem azerbaycan Ayətullah Sistani Bir muselmanin xristianligi qebul etmesi onun tebii haqlaridirmi?Yoxsa bu icazeli deyil? |
Cavab: |
İcazəli deyil və İslamdan çıxdığı təqdirdə mürtəd hesab olunur.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
19) kerem azerbaycan Ayətullah Sistani Qeyri muselmanin Islam Peygemberini tehqir etdikde vezifemiz nedir? |
Cavab: |
Sizin vəzifəniz onları səlahiyyətli məhkəməyə verib, cinayətlərini isbatlamaqdır. Bunu edə bilmədikdə onları xoş dillə başa salmağa çalışın.
|
Ad: Ölkə: Müctəhid: Sual: |
20) fariz azerbaycan Ayətullah Xameneyi SALAM MAN darulxanada iwdayiram xumus gunum galib catib butun pullarimi hesablayib pulumun 5 dan birin ayirmiwam amma mana 50 nafar adam 2500 manat pul borcludular xumus gunum galib catib bu adamlar halaki manim pulumu vermirlar bu 2500 manatin xumusu neca olacaq man bunu taza ila kocurtmaliyam ya gozlayim verdiyca tamizlayim xaiw ediram bunun asan yolun deyasiz |
Cavab: |
Əgər sizə borclu olanların öz borclarını sizə qaytarıb verəcəklərinə xatircəmliyiniz varsa, həmin pulların xümsünü də bu ilki xüms ili ilə hesablayıb verin. Amma xatircəmliyiniz olmadığı təqdirdə borcunuzu aldıqca xümsünü çıxara bilərsiniz.
|