Azəri
Tuesday 25th of June 2024
0
نفر 0

Əqli yetginlik və ya nübuvvətin sona çatmaq əlaməti.

Əqli yetginlik və ya nübuvvətin sona çatmaq əlaməti.

 

Quran nazil olduqdan sonra birinci görülmüş işlərdən biri bu idi ki, dedilər: Gərək ərəb dilinin qramatik qaydalarına aid bir elm yaradaq, çünki bizim bu ilahi kitabımız ərəb dilindədir və bu kitabı oxumaq istəyən camaat, gərək ərəb dilinin qaydalarını bilsinlər. İslamın həmin birinci  əsrində ərəb dilinin qaydalarına aid elm yaradıldı, lüğət elminin əsası qoyuldu və lüğət barəsində çox nəfis kitablar yazıldı, məani, bəyan və bədii elmi icad və ixtira oldu. Bunların hamısı ona görə idi ki, bəşər öz ilahi kitabını qoynuna almaq və qorumaq istəyirdi. Xüsusən bu maraqlı idi ki, Quranın dilini diriltmək yolunda çalışan və fədakarlıq göstərənlərin əksəriyyəti ərəb millətinə  mənsub olmayan insanlar idi. Bəli, bunlardır İslamın şəriətləri xətm etdiyi dövrlərdə bəşəriyyətin yetginlik və inkişafının nümunəsi, peyğəmbərliyin sona çatmasının nişanəsi, heç bir şəriət və heç bir ilahi kitab üçün bəşər tərəfindən belə addımlar atılmamışdır. Elə həmin birinci əsrdən başlayaraq təfsir elmi meydana çıxdı, elə həmin birinci əsrdən başlayaraq hədis elmi meydana çıxdı. Peyğəmbər camaatı həvəsləndirirdi:

, نصرالله عبداً سمع مقالتى فوعاها

 Allah şad etsin o adamı ki, məndən eşitdiklərini yığıb saxlayır”,

وبلغها من لم يسمعها ,

 və onu eşidməyənlərə çatdırar.” (Əziz peyğəmbərimiz göstəriş verirdi:أُكتبوا عنى ,məndən eşitdiyiniz hər bir şeyi yazın.”)

رب حامل فقهٍ غير فقيهٍ و رب حامل فقهٍ الي من هو افقهُ منه  1

Buyururdu: Məndən eşitdiklərinizi qeyd edin və sonrakı nəsilə ötürün, nə çox ola bilər ki, mənim sözlərimi eşidən şəxs sözün mənasını lazımınca dərk etmir, sonra başqa şəxslərə təhvil verir və onlar mənim sözümün mənasını dərk edirlər. Nə çox ola bilər ki, bir şəxs mənim sözümün  mənasını anlasın, amma sonrakı nəsillərə nəql etdikdən sonra, onlar daha inkişaf etmiş, daha mükəmməl və daha elmli olduqlarından, nəql edən şəxsdən daha yaxşı dərk etsinlər. Həmin işi də gördülər və bu özü bəşəriyyətin inkişafının bir nümunəsidir.

Hətta, əgər dünyəvi elimləri də nəzərdə tutsanız bu cürdür, yəni bəşəriyyət şəriətlərin xətmi dövründə təkcə dini baxımdan öz inkişaf və yetginliyini isbat etmədi, elm və fəlsəfi cəhətdən də isbat etdi. İndiyə kimi dünyada qalmış elm və fəlsəfə islam zamanından qalmışdır. Bu gün bir bölüm aparırlar və deyirlər tarixdən qabaqkı dövr və tarixdən sonrakı dövr. Tarixdən qabaqkı dövr o dövrlərdir ki, o dövrlərdə insanlardan heç bir yadigar qalmamışdır, nə bir xətt, nə bir daş yazısı və nə bir şey. Amma, əgər tarixdən sonrakı dövr dedikdə bizim məqsədimiz insanların öz tarixini sistematiq olaraq qoruduqları dövr olarsa, onda bu dövr ancaq və ancaq islam zamanından başlayır. Hətta yunanlardan və hindlilərdən qalmış əsərləri də – o dövrə kimi nə qədər qalmışdısa – müsəlmanlar hifz edib saxladılar. İranlıların o dövrə kimi qalmış əsərlərini də – nə qədər qalmışdısa – müsəlmanlar qorudular. Islamdan qabağkı dövrlərdə dünyanın fatehləri keçmiş irslələri dağıdıb məhv edirdilər, amma müsəlmanalar qorudular. Xiristian keşişləri şayə yaymışdılar ki, İsgəndərliyə  kitabxanasını müsəlmanlar yandırıblar, hətta müsəlmanların özləri ölçüb-biçmədən bu sözü öz kitablarında yazırdılar. Xoşbəxtlikdən, təhqiqatçılar bu günlərdə sübut etdilər ki, bu məsələ kökündən yalandır və xiristianların özləri qabaqcadan kitabxanaya od vurmuşlar.

İslam özündən əvvəlki dövrü cahiliyyət dövrü adlandırır. Quran baxımından  islamdan əvvəlki cahiliyyət təkcə ərəblərə aid deyildir. Ərəb olmayan millətlərin də cahiliyyəti cahiliyyətdir. Cahiliyyətin əks- müqabilində elm dayanır. Quran vəhy olunmağa başlayanda bu şəkildə başlayır:

اقْرَاْ بِاسْمِ رَبِّكَ الَّذِى  خَلَقَ خَلَقَ الإِنسَانَ مِنْ عَلَقٍ  اقْرَاْ وَرَبُّكَ الاَكْرَمُ  الَّذِى عَلَّمَ بِالْقَلَمِ  عَلَّمَ الإِنسَانَ مَا لَمْ يَعْلَمْ1

 Yəni islam vəhyi və xətmedici vəhy qiraət (mətn oxumaq mənasınadır, hər oxumağa qiraət demirlər, fəqət mətini üzündən oxumağa qiraət deyirlər), elm, yazmaq və qələm ilə başlayır. Yəni artıq nübuvvət dövrəsi – o dövrə ki, bəşər keçmiş şəriətlərin təbliğini bir qrup vəhy və ilham olmuş insanların vəsitəsilə həyata keçirirdi və  gərək onlara ilham olaydı ki, din nədir, onlar da gələydilər və təbliğ edəydilər – keçdi, alimlər peyğəmbərlərin canişinləri olurlar, elm təbliğedici nübüvvətin canişini olur. Açıq- aşkar bildirirəm: elm təbliğedici nübüvvətin canişini olur, yəni misiyaları, ancaq başqa şəriətləri təbliğ etmək və başqa şəriətlərə dəvət etmək olan peyğəmbərlər dəstəsinin işini bu gün bilik yerinə yetirir, elm və alimlər yerinə yetirir. O dövrlər cahalət və zülmət  dövləri olduğundan, bu növ  nübüvvətlərə ehtiyac var idi. Yazmaq, oxumaq, elm, şagirdlik, müəllimlik, ustadlıq və elimlərin  yarandığı dövrdə artığ bu növ təbliğedici və dəvət etmək rolunu oynayan peyğəmbərliklərə ehtiyac yoxdur.

İlham  qapısı bağlanmamışdır.

 Ola bilər ki, burda başqa bir sual soruşasınız və o da budur ki, həzrət Rəsuldan sonra, ümumiyyətlə, ilham qapısı bağlandı ya təkcə nübuvvət qapısı bağlandı? Cavab budur ki, nübuvvət qapısı, yəni peyğəmbərlik qapısı bağlandı, amma dini təcrübə, dini müşahidə və ilham qapısı bağlanmadı. Ola bilər  bir insan batini paklıq, kamillik və mənəviyyat baxımından elə bir məqama çatsın ki, ariflərin dili ilə desək, bir sıra mükaşifələr (irfani müşahidələr-tərcüməçidən.) onun üçün baş versin və bir sıra həqiqətlər ilhami elm yolu ilə onaun qəlbinə qoyulsun, amma camaatı dəvət etmək vəzifəsini daşımasın. Həzrət Əmir “Nəhcül-bəlağə”də buyurur:

 “ Həqiqətən pak və uca Allah özünün zikr və yada salınmağını qəlbin səfa və nuraniyyəti qərar verdi ki, karlıqdan sonra eşitsin, korluqdan sonra görsün, müxalifət və inad etdikdən sonra haqq və həqiqəti qəbul etsin.”2

Sonra buyurur:

وَ مَا بَرِحَ لِلَّهِ عَزَّتْ آلَاؤُهُ فِي الْبُرْهَةِ بَعْدَ الْبُرْهَةِ وَ فِي أَزْمَانِ الْفَتَرَاتِ عِبَادٌ نَاجَاهُمْ فِي فِكْرِهِمْ وَ كَلَّمَهُمْ فِي ذَاتِ عُقُولِهِمْ 1

Yəni,  ”həmişə dünyada bir sıra şəxslər olurlar ki, Allah içlərinin dərinliklərində onlar ilə danışar”. Həzrət Fatimə bu cür idi, amma baxmayaraq ki, peyğəmbər də deyildi. Quranın açıq-aşkar ifadələrinə əsasən həzrət Məryəm bu cür idi, amma peyğəmbər deyildi. Həzrət Əmir imamları vəsf edərkən buyurur:

”Elm və bilik həqiqəti görmək nurunu onlara saçdırmışdır və onlar yəqinin ruhunu dərk ediblər və nazla böyüyənlərə çətin olanlar onlar üçün asandır.Cahillərin qaçdıqları şeylərə onlar ünsiyyət tapmışlar.”2  

 Sözün qısası, bir var istəyirik deyək ki, həzrət Rəsuldan sonra heç bir insan mənəvi yüksəliş və yükşəliş qovsü, terminalogiya ilə desək, ”həqqə tərəf seyr”  baxımından elə bir məqama çata bilməz ki, bir növ ona ilhamlar olsun; yox, belə deyil, niyə olmasın?  Bir da var demək istəyirik ki, həzrət Rəsuldan sonra kimsə peyğəmbər olaraq meydana çıxacaqdırmı, yəni belə ki, vəhy yolu ilə ona bir şəriət gətirmək və ya başqa bir şəriətin mübəlliği olmaq vəzifəsi verilsin? Yox, belə bir şəxs gəlməyəcəkdir. Birinci növ insanlara (ilham olunanlara-tərcüməçidən.) əxbar və hədis terminalogiyasında, bəzən, “muhəddəs “deyilir. “Muhəddəs” o kəsə deyərlər ki,elə bir nuraniyyət və mənəviyyata malik olsun ki, daxildən ona bir sıra təlqinlər olsun. İmam Sadiq buyururdu:

انا لا نعد الفقيه منكم فقيهاً حتَى يكون محدثا 

“Biz siz fəqihlərdən (öz əshabına buyururdu) heç bir fəqihi muhəddəs olmayınca fəqih hesab etmirik.” Ravi təəccüb edir ki, mümkündürmü ki, kimsə muhəddəs olsun? Həzrət buyurur: bəli, يكون مفهماً و المفهم محدثٌ, Allah həqiqətləri ona anladar və elə ki, anladı muhəddəsdir.” İman demir ki, Cəbrail  üzə çıxır və onunla söhbət edir. Buyurur ki, Allah ona köks açıqlığı verər ki, məsələləri daha artıq uzaq görənliklə anlasın və belə bir şəxs muhəddəsdir.

Beləliklə, məsələlərdən biri burda bu idi ki, nəyə görə sonuncu şəriətdən sonra,ümumiyyətlə, nübuvvət sona çatdı? Cavabı elə həmin ərz etdiyim idi: Bu məsələ elm və  biliyin ərsəyə yetişməsi və müasir dillə desək, sivilizasiyanın elə bir mərhələyə çatmağına bağlıdır ki, o mərhələdə bəşər öz ilahi irsini qorumağı bacarsın, onun barəsində təhqiqat və araşdırmalar aparsın, təfsir yazsın. On dördə əsrdir ki, Qurani-Kərim meydana çıxmışdır və bu on dörd əsrdə həmişə işi bu müqəddəs kitabın üzərində elmi təhqiqat aparan təbəqələr olmuşdur. Heç kəs saya bilməz ki, Qurana aid nə qədər təfsirlər yazılmışdır. Allah bilir elə öz zamanımızda və indiki əsrdə nə qədər təfsir əsərləri vardır ki, təhqiqatçılar onları yazmağa məşğuldurlar.  Bunlar keçmiş peyğəmbərlərin başqa şəriətləri təbliğ etmək yolunda gördükləri  həmin işləri yerinə yetirirlər.

Elə burada, bidət əhlindən bəzilərinin etdikləri etirazlardan birinin cavabı aydın olur. Danışdıqları boş sözlərdən biri budur ki, deyirlər: Quran “xatəmən-nəbiyyin” buyurub və deməyib ki, peyğəmbər “xatəmər-rəsul”dur, peyğəmbərlərin xatəmidir, nə rəsulların xatəmi, ondan sonra nəbi peyğəmbər gəlməyəcək, amma rəsul necə? Rəsulun gəlməyi üçün elə bir mane yoxdur.

Bunu deməmişdən qabaq, sizin üçün bir hekayət nəql edirəm. Deyirlər ki, bir zamanlar bir qadın ortaya çıxdı və peyğəmbərlik iddiası etdi. Onu zamanın xəlifəsinin yanına gətirdilər və dedilər ki, əgər sən belə bir iddia etsən mürtəd və kafirsən. Dedi: Mən nə demişəm ki? Dedilər ki, sən peyğəmbərlik iddiası edirsən? Dedi: Bəli. Dedilər: Bəyəm bilmirsən ki, peyğəmbər buyurub: لا نبى بعدى1Dedi: Bəli qəbul edirəm ki, peyğəmbər buyurub: لا نبى بعدى , amma o, daha buyurmayıb ki, لا نبية بعدى2 nəbi kişidir və peyğəmbər buyurnuşdur ki, məndən sonra kişi peyğəmbər gəlməyəcəkdir. Əziz peyğəmbər qadın peyğəmbərə aid bir şey buyurmayıbdır. Mən nəbiyyəyəm, nəbi deyiləm. Bu da bir qadın peyğəmbərin iddiasıdır. Ancaq çox təəssüflər olsun ki, hamı bilir ki, bu boş bir sözdür, çünki “nəbi” kəlməsi burada qramatik cəhətdən ismi-cins3 rolunu oynayır və kişi ya qadına aid olmaq xüsusiyyəti onda yoxdur. Ümumiyyətlə hədisin çatdırdığı budur ki, Allah tərəfindən xəbər gətirmək xüsusiyyətinə malik olan bir nəbi gəlməyəcəkdir.

Rəsul nəbi.

Rəsul və nəbi məsələsi isə belədir: Dediyimiz kimi nəbi, yəni peyğəmbər, yəni o kəs ki, Allah tərəfindən peyğam gətirsin. Rəsul nə deməkdir? Rəsul, yəni Allahın göndərdiyi, o kəs ki, Allah onu ezamiyyətə göndərmişdir, istəyir onun ezamiyyəti və risaləti Allah tərəfindən insanlar üçün bir şey gətirmək növündən olsun ya başqa növdən. Fəqət birinci surətdə o rəsul nəbi və peyğəmbərdir. Elə buna görə də  rəsul kəlməsi Quranda həm peyğəmbərlərin barəsində işlənmişdir, həm qeyri-peyğəmbərlərin barəsində. Məsələn Cəbrailin barəsindəAllah tərəfindən  göndərildiyi və xüsusi vəzifəyə malik olduğuna görəişlədilmişdir. Samirinin dastanında gəlmişdir: ” Rəsulun gətirdiklərindən bir ovuc götürdüm.”4 Ya Quran barəsində buyurur: ”Həqiqətən o dəyərli rəsulun sözüdür.”5 Ona rəsul deyilmişdir. Allah Lutun qövmünə əzab vermək üçün göndərdiyi  mələkələri də rəsullar adlandırır:

وَلَقَدْ جَاءتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُـشْرَي 6

“Bizim rəsullarımız İbrahim üçün bəşarət gətirdilər.” İndi ki, Allah onları göndərir, niyə görə göndərir? Qanun və şəriəti insanlara təlqin etmək üçünmi? Əlbəttə ki, yox, habelə, can almağ vəzifəsini  icra edən mələklər də  rəsullar adlanmışlar:

حَتَّيَ إِذَا جَاء اَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا7.

 Əzab vermək üçün bu dünyada gələn mələk Allah tərəfindən göndəriləndir, insanları dəvət etmək üçün gələn bir peyğəmbər də Allahın göndərdiyidir. Hətta, “Məbus”1 kəlməsi də təkcə peyğəmbərlərə aid deyildir. Bəni İsrail və Bəxtan-nəsara dastanı haqqında söhbət edən Quran ayələrinin birində “Məbus olmaq” termini Allahın yəhudilərə qalib etdiyi bir qövm barəsində işlədilmişdir:

وَقَضَيْنَا إِلَي بَنِى إِسْرَائِيلَ فِى الْكِتَابِ لَتُفْسِدُنَّ فِى الاَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوّاً كَبِيرا فَإِذَا جَاء وَعْدُ اُولاهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَاداً لَّنَا اُوْلِى بَاْسٍ شَدِيد 2

Ad qövmü barəsində buyurur:

إِذْ اَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ الْعَقِيمَ.3

O, həlak edici küləyi göndərdik.” “Göndərdik” kəlməsini işlədir. O həlakedici külək də ilahinin rəsul və göndərdiyi idi.

Peyğəmbərlərin bəzilərini nəbi və bəzilərini də rəsula bölmək düzgün deyildir, hər bir peyğəmbər nəbidir. Ancaq nəbilər Allah tərəfindən göndərildiklərindən onlara rəsul da deyilmişdir, necə ki, onlardan başqalarına da rəsul deyilmişdir. Deməli, “xatəmən-nəbiyyin” kəlməsi xatəmər-rəsul, yəni insanları dəvət etmək üçün gəlmiş rəsulların sonuncusu mənasinı da ifadə edir. Bəli, əgər rəsul kəlməsindən məqsədiniz insanları həlak etmək üçün gələn bir rəsuldursa, onda yox, belə bir rəsulun sonuncusu deyil. İlahi əzab da Allahın rəsulu və göndərdiyidir. Allahın bir qövm üçün göndərdiyi vəba da Allahın rəsuludur, yəni onun göndərdiyidir. Beləliklə, bu şəxslər ki, gəliblər və camaat üçün  belə bir bölüm ediblər ki, peyğəmbərlərin bəziləri nəbi və bəziləri rəsuldurlar və Xatəm əl-Ənbiya nəbilərin xətm edicisi idi nə rəsulların, boş sözdür. Bütün nəbilər həm də rəsuldurlar. Nəbilərin sonuncusu rəsul olaraq xalqa tərəf və xalqı dəvət etmək üçün göndərilmiş insanların da sonuncusudur. Qurani-Kərim bu baxımdan rəsul və nəbinin arasında heç bir fərq qoymamışdır.

Bəzən şübhəni belə ortaya atırlar ki, Quranda “nəbi” qanun və şəriət sahibi olmayan bir peyğəmbərə deyilir, amma “rəsul” qanun və şəriət sahibi olan bir peyğəmbərdir. Bu yalan iddiadan başqa bir şey deyildir. Quran “nəbi” kəlməsini bir çox yerlərdə şəriət sahibi olan peyğəmbərlər barəsində işlədmişdir və bir çox yerlərdə şəriət sahibi olmayan peyğəmbərlər  barəsində “rəsul” kəlməsini işlədmişdir. Yəni nəbi və rəsul həm şəriət sahibi olan peyğəmbərlərə deyilir və həm də şəriət sahibi olmayan peyğəmbərlərə, bu kəlmələrin ikisi də o iki mənada işlənir.  

Burda başqa bir məsələdə vardır ki, başlığını xidmətinizə çatdırır və onun haqqında söhbəti gələn həftəyə qoyuruq və o, bizim əsas mövzumuzdur: Nəyə görə şəriətlər sona yetişdi və Allah tərəfindən insanları hidayət etmək üçün gələn qanunlar  müəyyən bir mərhələyə yetişdikdən sonra birdən dayandılar? Əvvəllər mövcud və ilahi qanunların bir-birini əvəzləməyinə bais olan səbəb və tələblər sonralar ortaya çıxmadımı? Axı, necə ola bilər ki, o səbəblər daha ortaya çıxmasın? Bəyəm, o səbəb və tələblər iqtisadi, siyasi, mədəni və ictimai şəraitin dəyişməyindən başqa bir şeydir? Onlar həmişə dəyişkənlik və dinamizimdədirlər, bəs nəyə görə müəyyən bir şəriət bütün şəriətlərin  axrıncısı olsun? İnşallah, gələn həftə bu məsələ ətrafında söhbət açacaq və xidmətinizə ərz edəcəyəm ki, insan cəmiyyətində dəyişən şeylər nədir və insan cəmiyyətində sabit qalan əsas prinsiplər nədir, keçmiş şəriətlərin dəyişməsinin səbəbləri nə idi və axrıncı şəriətin dəyişməyəcəyinin səbəbi nədir?



1 –Usuli- kafi, cild 7, səh.403.

1-“Oxu, Rəbbinin adi ilə ki,(hər şeyi) yaratdı. İnsanı asilmış (qan bükülüsündən) yaratdı.Oxu,bir halda ki, sənin Rəbbin daha əzizdir. O kəsdir ki, qələm ilə öyrətdi. İnsana bilmədiklərini öyrətdi.”(Ələq surəsi, ayə 1-5.)

2 - إِنَّ اللَّهَ سُبْحَانَهُ وَ تَعَالَى جَعَلَ الذِّكْرَ جِلاءً لِلْقُلُوبِ تَسْمَعُ بِهِ بَعْدَ الْوَقْرَةِ وَ تُبْصِرُ بِهِ بَعْدَ الْعَشْوَةِ وَ تَنْقَادُ بِهِ بَعْدَ الْمُعَانَدَةِ

 

1-“Nəhcül-bəlağə”, xütbə 222.

       2- هَجَمَ بِهِمُ الْعِلْمُ عَلَى حَقِيقَةِ الْبَصِيرَةِ وَ بَاشَرُوا رُوحَ الْيَقِينِ وَ اسْتَلَانُوا مَا اسْتَوْعَرَهُ الْمُتْرَفُونَ وَ أَنِسُوا بِمَا اسْتَوْحَشَ مِنْهُ الْجَاهِلُونَ (“Nəhcül-bəlağə”, hikmət 147                                                                                                                                              (

1 –“Məndən sonra nəbi gəlməyəcəkdir.”

2-Məndən sonra nəbiyyə (qadın peyğəmbər) gəlməyəcəkdir.

3 –Ərəb qramatikasında ismin növlərindən biridir.

4-Taha surəsi, ayə 96.

5 –Təkvir surəsi, ayə 19.

6-Hud surəsi, ayə 69.

7-“Elə ki, sizlərdən birinə ölüm yetişdi rəsullarımız onun canını tamam alarlar”(Ənam surəsi, ayə 61).

1 –Müəyyən bnir işi görmək üçün təyin olunmuş şəxs.

2 –“Kitabda (Tövrat) bəni İsarailə elan etdik: İki dəfə yer üzərində fəsad törədəcəksiniz və böyük bir itaətsizliklə ağalıq edəcəksiniz. Elə ki. (o) iki vədənin birincisi yetişdi çox qüvvətli bəndələrimizi sizin üzərinizə qaldırarıq...”( İsra surəsi, ayə 4-5.)

3 -Zariyat surəsi, ayə 41.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ ...
Kəlamın möcüzəsi
Bu fəsildə ağamız və başçımız Əmirəl-möminin Əli əleyhis-salamın ...
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
İmam Səccad (ə) –ın həyatına bir baxış
Əli (ə) Hira mağarasında
QURANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA
İSLAMDA ZIYARƏTIN YERI
Günahın tə`sirləri
İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər ...

 
user comment