Azəri
Wednesday 8th of January 2025
0
نفر 0

“Qurana sahib çıxaq” kampaniyası başladı

Beynəlxalq şöbə:“Qurana sahib çıxaq” kampaniyası başladı

İQNA Quran Xəbər Agentliyi “İslam-Azeri”yə istinadən verdiyi məlumata görə, “Mənəvi Saflığa Dəvət” İctimai Birliyi vətəndaşlarımızı kapmaniyaya qoşulmağa çağırır “Mənəvi Saflığa Dəvət” İctimai Birliyi ziyalılar, tələbə və gənclər, həmçinin QHT nümayəndələrinin iştirakıyla Dəyirmi Masa keçirərək, ABŞ-da Qurani-Kərimin yandırılmasını kəskin şəkildə məhkum etdi və buna qarşı “Qurana sahib çıxaq” kampaniyasına start verildiyini bəyan etdi.

Tədbirdə Birliyin sədri, fəlsəfə doktoru Elşən Mustafaoğlu çıxış edərək, bu hadisəni “insanlığa və mənəviyyata qəsd” kimi dəyərləndirdi: “Qurani-Kərimin təhqir edilməsi ilahi dəyərlərə qarşı terror aktıdır və bu terroru törədənlər əslində özlərinin məhvinə imza atmışlar. Belə ki, ilahi dəyərləri məhv etmək mümkün deyil. İlahi Kitabı cırmaqla, yandırmaqla bu mənəviyyat terrorçuları öz insanlıqlarını, dünya və axirətlərini cırıb-yandırmışlar.”

Natiq qeyd etdi ki, dinindən, inancından asılı olmayaraq hər bir vicdanlı insan bu çirkin və nalayiq hərəkətə qarşı öz etirazını bildirməli və dünyada insanların dini hisslərinin, ilahi dəyərlərin təhqir edilməsinin qarşısını almaq üçün birləşməlidirlər.

E.Mustafaoğlu Quranın təhqir edilməsində ilk növbədə müsəlmanların məsuliyyət daşıdığını vurğuladı: “Biz müsəlmanlar Quranımıza sahib çıxa bilmirik. Nə qədər ki, insanlar Quranı həyatlarıyla yaşatmır, bu İlahi Kitab həyatımıza hopmayıb, nə qədər ki ona sadəcə vərəqlər toplusu kimi baxırıq, o vaxtadək bu kağız toplusunu cırmağa, yandırmağa cəsarət edənlər tapılacaq”.

Birliyin sədri bunları əlavə etdi: “Quran nazil olub ki, insanlar ona sarılıb dünya və axirət səadətinə nail olsunlar. Bunun üçün Quranı dərindən öyrənmək, onu masaüstü kitabımıza çevirmək, gündəlik həyatımızda yaşatmaq lazımdır. Yalnız bəzək kimi boynumuzdan seplə asmaq, bir yerə getdikdə altından keçmək, and içdikdə xatırlamaq, yaxud qəbristanlıqlarda oxutmaqla əslində biz Quranı həqiqi təyinatından uzaqlaşdırır, onu həyatımızdan təcrid edirik. Biz Quranımıza sahib çıxmırıq deyə, biriləri bizi aciz görüb, onu aşağılamağa cəsarət tapır. Bu tendensiyanın qarşısını almaq üçün “Mənəvi Saflığa Dəvət” İctimai Birliyi “Qurana sahib çıxaq” kampaniyasına start verir və bütün ziyalılarımızı, AMEA və ali təhsil mərkəzlərinin əməkdaşlarını, hörmətli müəllimlərimizi, QMİ-ni və din mütəxəssislərimizi, Quranla sıx təmasda olan bütün vətəndaşlarımızı, həmçinin bütün KİV-lərimizi bu kampaniyaya qoşulmağa və Quranı cəmiyyətimizdə təbliğ etməyə, onun ülvi buyruqlarını insanlara çatdırmağa, seminarlar keçirməyə, məqalələr, kitablar yazmağa, verilişlər hazırlamağa, biz sözlə, Quranımıza sahib çıxmağa çağırır.

E.Mustafaoğlu bildirdi ki, bu kampaniya Quranı yandıranların hərəkətlərinə ən adetvat cavabdır və o, vətəndaşlarımızı “Qurana sahib çıxaq” kampaniyasına qoşulmağa çağırdı.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ərbəin ziyarəti astanasında İmam Əlinin hərəmində Camaat Namazı
Sionizim cinayətləri: Suriya və Fələstini müdafiə edən ingiltərəli deputat ...
Bakıda missionerliyi yayan kitablar satılır, quran yığışdırılır
Dini qadağa ilə bağlı daha bir bəyanat
“Cəməran” eskadra mina gəmisi İİR-in Hərbi Dəniz Donanmasının balansına ...
“Qurana sahib çıxaq” kampaniyası başladı
MDB ölkələrinin Tatarıstanda Quran müsabiqələri keçiriləcək
Azərbaycan hakimiyyəti qarşısında tələblər qoyuldu
Tehranda İlham Əliyevin səfirliyi qarşısında etiraz aksiyası
“Çeşmey-e Rizvan” adlı Quran diski işıq üzü görüb

 
user comment