Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Bakıda missionerliyi yayan kitablar satılır, quran yığışdırılır

Bakıda missionerliyi yayan kitablar satılır, quran yığışdırılır

Ölkədə dini ədəbiyyata senzura gücləndirilir, amma paytaxt mağazalarında satışı qadağan olunan kitablar da var.


Bakıda missionerliyi yayan kitablar satılır, quran yığışdırılır

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: Milli Məclis Cinayət Məcəlləsinə dəyişiklikləri müzakirə edib. Təklif olunan dəyişikliklər əsasən dini fəaliyyət, eləcə də dini kitab və əşyaların qanunsuz satışı, idxalına qoyulan cərimələri daha də ağırlaşdırır, eyni zamanda həbs cəzası nəzərdə tutulur. Dəyişikliklərə görə, dini ədəbiyyat və əşyaların qanunsuz yayılmasına sərt cəzalar müəyyən olunur. Təklif olunan əlavələr dindarlar tərəfindən birmənalı qarşılanmayıb. Bir çoxları bunu ölkədə dini fəaliyyəti daha çox nəzarət altına almaq cəhdi sayır. Qeyd edək ki, Azərbaycan qanunvericiliyində hökumətin razılaşdırmadığı dini ədəbiyyatı yaymaq, satmaq və ya ölkəyə gətirmək qadağandır.

Dünən paytaxtın dini kitab satılan mağazalarına baş çəkib maraqlı məlumatlar əldə etdik. Metro və keçidlərdə dini kitab satışı ilə məşğul olanlar qanunvericiliyə ediləcək dəyişikliyi etirazla qarşıladılar. Dini kitab satışı ilə məşğul olan Elxan Oruclu deyir ki, dini kitabların satışdan çıxarılması düzgün deyil: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir neçə ildir ki, metrolarda dini kitabların satışını qadağan edib. Hətta indi Quran, şəriət kitabları, hədislər və Məhəmməd Peyğəmbərin (s.ə.s.) həyatına dair kitabları tapmaq müşkülə çevrilib. Biz nə edə bilərik ki? İmkan vermirlər satmağa. Bakı Metropoliten İdarəsindən tapşırıq verilib ki, dini sektalara aid kitabları və bir çox kitabları satanlar buradan qovulacaq. İndi bu kitabları ancaq internetdən tapıb oxumaq olar”.

Digər müsahibimiz Mövlud bəyin sözlərinə görə, dünyanın heç yerində belə bir qanun yoxdur: “Mən Asiyanı da, Avropanı da gəzmişəm. Ancaq heç bir yerdə nə İncilə, nə Qurana qadağa yoxdur. Müsəlman ölkəsində bu cür qadağa qoymaq düzgün deyil. Lisenziya məsələsi isə camaatdan pul qoparmaq üçündür. Hətta Ramazan ayında da dini kitab satmağa icazə vermirlər”.

“İslam” dini mallar mağazasında satıcı işləyən xanım deyir ki, hazırda daha çox satılan kitablar arasında İmam Əlinin hədisləri və İranın dini alimlərinin təfsirlərini sadalamaq olar: “Amma İrandan gətirilən kitabların satışına icazə verilmir. Deyilənə görə həmin kitablar qadağan edilib”.

Vəhhabilik, nurçuluq, bəhailik, krişnaçılıq, yəhova və digər məzhəblərin və missionerliyin təbliğinə xidmət edən ədəbiyyata isə əksər dini kitab mağazasında rast gəlmək mümkündür. Bu kitabların satışı ilə məşğul olan, adının çəkilməməsini istəyən şəxs deyir ki, satışı qadağan olunan kitablar arasında Məhəmməd Ticaninin kitabları var. Bu kitablar İranda geniş şəkildə yayılır, amma Azərbaycanda ona qadağalar var: “Hətta Türkiyədə də sərbəst satışda olan, Diyanət İşləri Başqanlığının icazə verdiyi bəzi kitablar Azərbaycana buraxılmır, onlar da qadağan olunmuş kitablar siyahısındadır. Düşünürəm ki, ədəbiyyat ziyanlı, zərərli fikir təbliğ edirsə, məhkəməyə müraciət etməklə həmin kitabın yayılmasının qadağan edilməsinə nail olmaq olar. Ancaq dini kitabların hər birinin satışını qadağan etmək qanunaziddir”.

Kitab mağazasında bizimlə həmsöhbət olan şəxs isə maraqlı açıqlama verdi. Deyir ki, kitabların yığışdırılması kampaniyası hüquq-mühafizə orqanlarının son günlər radikal dini təriqət nümayəndələrinə, xüsusilə də radikal vəhhabilərə qarşı başladığı əməliyyatlarla bağlıdır: “Bu səbəbdən də hüquq-mühafizə orqanları əsasən radikal dini təriqətlərə aid olan dini ədəbiyyatların satışdan çıxarılması istiqamətində işə başlayıb. Amma bu kampaniya çərçivəsində digər dini ədəbiyyatlar da yığışdırılır. Həm də kitabları heç kim müsadirə etmir, sadəcə kitabların satışdan yığışdırılmasına dair xəbərdarlıq edilir”.

“Müslüm-şop”, “Zəhra”, “Əl-Huda”, “Kitab evi” və digər dini ədəbiyyatlar satılan mağazalarda apardığımız reydlərdən aydın oldu ki, rəflərdə satışı qadağan olunan kitablar hələ də var. Ancaq satıcılar həmin kitabların şəkillərini çəkməyə icazə vermədilər. Mağazanın  satıcısı deyir ki, burada daha çox İrandan gətirilən kitablar satışa çıxarılır: “Daha çox ”Məhərrəmlik" və “Təkamül” tərcümə mərkəzində çap edilən Seyid Əli Əkbər Ocaqnejadın müəllifi olduğu “Məhərrəmlik haqda sual-cavab” kitabları satılır. Həmçinin “Kərbəla şəhidlərinə ağlamaq” (Musa Günəş, Cəfər Bəndidərya) və “Vəhhabiliyin ayinləri” (ayətullah Cəfər Sübhani) kitabları satılır. Ancaq bunları gizli şəkildə və sifariş əsasında satırıq. Hər kəs bilir ki, bu kitabların satışı qadağan edilib".

Müsahibimizin sözlərinə görə, bu kitabların əksəriyyətini şiə alimləri yazıblar.

Şəhərdə yerləşən və vəhhabilərə məxsus olduğu deyilən “Müslim-şop” dini mağazasından dəfələrlə satışı qadağan olunan dini ədəbiyyatlar, disk və 2 audiokaset müsadirə olunub. Buranın müştəriləri deyir ki, buna baxmayaraq hələ də bu mağazada belə kitablar gizli yolla satılır.

Müşahidələrimizə əsasən, bu mağazalarda satıcı qismində bir qayda olaraq dindar insanlar çalışır və onların geyimi də spesifik olur. Vəhhabilərin sahib olduğu mağazaların satıcıları isə belə deyir: “Qadağan edirlər, etsinlər. İndi internet vasitəsilə istənilən dini ədəbiyyatı əldə etmək olur”.

Kitabların qiymətinə gəlincə isə onlar 2-30 manat arasındadır. “Yəhova şahidləri”nin, krişnaçıların, nurçuların ədəbiyyatı isə vətəndaşlar arasında pulsuz paylanır.

Dini kitab satan mağazanın sahibi Hacı Ərəstun Allahverdiyev deyir ki, indi zərərli dini ədəbiyyat adı ilə zərərsiz ədəbiyyatı da qara siyahıya salırlar: “Mən dini, irqi ayrı-seçkiliyi təbliğ edən kitabların satışının əleyhinəyəm. Çox güman ki, belə kitabların ölkəyə gətirilməsində əsas maraq bizneslə bağlıdır. Sadə vətəndaşlar dini kitabları ölkəyə gətirməklə biznes maraqlarını güdürlər”.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək

 
user comment