Azan bütün müsəlmanlar tərəfindən qəbul edilən ən böyük İslami şüarlardan biridir. Təəssüflər olsun, İslam peyğəmbəri (s) zamanında hər gün dəfələrlə elan olunan bu əzəmətli şuar o Həzrətin (s) vəfatından sonra baş vermiş məlum hadisələrə əsasən ixtilaf və təhriflərə məruz qaldı. Peyğəmbərdən (s) nəql edilən hədislərin nəşr və yazılmasının qadağan edilməsi, Bəni-üməyyənin Əhli-beyt (ə) ilə müxalifət edib dini şuarları zəifləşdirməsi hesabına “Həyyə əla xəyril əməl” zikrini ləğv edib, əvəzinə “Əssəlatu xəyrun minən nəvm” zikrini əlavə etməsi və s. məsələlər İslamın dəyanət və birlik simvolu olan azanın müsəlmanlar arasında ixtilaf məsələlərdən birinə səbəb oldu. Əhli-sünnət “Həyyə əla xəyril əməl” zikrinin ləğv edilməsinə və “Əssəlatu xəyrun minən nəvm” zikrinin deyilməsinə təkid edərkən, bu arada Əhli-beyt (ə) davamçıları təkidlə “Əssələtu xəyrun minən nəvm” zikrinin ləğvini və “Həyyə əla xəyril əməl”-lə Peğyəmbərə (s) şəhadət verdikdən sonra Vilayətə şəhadət verməklə azanı İslam və Əhli-beyt (ə) məktəbinin şuarı qərar verdilər. Tarix boyu bu iki məsələ (“Həyyə əla xəyril əməl”və vilayətə şəhadət vermək) şiə və onun hakimiyyətinin əlamət və nişanəsi olmuşdur. Misal olaraq qeyd edək ki, 122-ci hicri ilində baş vermiş Zeyd ibn Əliyyuş Şəhid qiyamında göstəriş verdi ki, azançı “Həyyə əla xəyril əməl” desin. (əl - əzan Şəhristani, səh 352). Habelə onun şəhid oğlu Yəhya ibn Zeyd də bu göstərişi vermişdir. Habelə təqiyyə şiənin üzərindən götürüldükdən sonra üçüncü şəhadət “Əşhədu ənnə Əliyyən Vəliyyullah” da rəsmiləşdir. Muhəmməd Təqi Məclisi deyir: “Şiənin əməli əvvəl dünlərdən belə olmuşdur.” (Rovzətul muttəqin, cild 2, səh 245). Şeyx Səduqun dediklərindən məlum olur ki, bir dəstə üçüncü şəhadəti (“Əşhədu ənnə Əliyən Vəliyyullah”) daima demişlər. (“Mən la yəhzuruhul fəqih” cild 1, səh 290). Tarixdə qeyd olunmuşdur ki, Əhməd ibni Əbdullah 291-ci ildə Həms şəhərinə daxil olarkən, “Əşhədu ənnə Əliyən Vəliyyullah” (Şəhadət verirəm ki, həqiqətən Əli Allahın vəlisidir) və “Həyyə əla xəyril əməl” (Əməllərin ən yaxşısına tələsin) bu iki cümlənin deyilməsinə göstəriş verdi. (“Bəqiyyətut-talib”, cild 2, səh 944, müəllif: ibni Qədim.) İbn Bətutə öz səfərnaməsində 729-cu ildə Bəhreynin Quteyf şəhərinin sakinləri haqqında məlumat verərkən belə qeyd etmişdir: Şəhərin azançısı ikinci şəhadətdən sonra (“Əşhədu ənnə Əliyyən Vəliyyullah”) – deyərdi. (əl əzan Şəhristani, səh 413) Şiə alimləri qədim zamanlardan bu günə kimi azanda vilayətə şəhadət verməyin müstəhəb və ya caiz olmasına hökm vermişlər.
Üçüncü şəhadətə aid dəlilləri bir neçə qrupa bölmək olar; 1. Birinci dərəcəli dəlillər. 2. İkinci dərəcəli dəlillər. Birinci dərəcəli dəlillər: Azan və iqamə üçüncü şəhadətin dayilməsi barədə xüsusi və ümumi rəvayətlər vardır ki, gələn mövzularda onlar barədə qüyd olunacaqdır. İkinci dərəcəli dəlillər: Şuarlara ehtiram. Biz burada “Qurani kərimə” ehtiram olaraq ikinc i dərəcəli dəlilləri öncə qeyd edirik. Allah-təala Qurani kərimdə buyurmuşdur: من یعظم شعار الله فانها تقول القلوب Hər şəxsin qəlbinin təqvalı olması Allahın nişanələrini böyük saymağı ilə ölçülür. Bilirik ki, yəqinən bu gün vilayətə şəhadət vermək və “Həyyə əla xəyril əməl” demək İlahi və həqiqi dinin şuarlarındandır və Quranın hökmü ilə onlara riayət etmək və böyük saymaq təkid olunmuşdur. Necə ki, azanın özü böyük şuarlardandır. Biz gələcəkdə bu nişanələrin İslamdan qabaq yaranışın əvvəlində olduğunu görəcəyik. Xüsusi dəlillər 1. Şeyx Səduq (vəfat: 381) və Şeyx Tusi (vəfat: 460) azanda üçüncü şəhadət haqqında hədis zikr etmişlər: Şəhadət verirəm həqiqətən Əli (ə) möminlərin əmiridir və Peyğəmbər (s) itrəti yaranmışların xeyirlisidir. (ən Nihayə, cild 61, əl Məsbut cild 1, səh 99, Mən la Yəhzuruhul fəqih, cild 1, səh 290). Mərhum Şeyx Tusi bu xəbəri “nadir xəbər” adlandırıb. Onun nəzərinə görə, bu xəbərin düzgün olmasının mümkünlüyünə baxmayaq, məşhur buna əməl etməyib. (Təhzib, cild 1, səh 18, 158, 218, və cild 2, səh 212, 271, 272, 350). Şübhəsiz məşhurun bu rəvayətə əməl etməməsi ya şərayitin olmaması nəticəsində, ya da bunun vacib yox, müstəhəb olması üzündən irəli gəlmişdir. Ümümiyyətlə böyük şiə alimləri şərait yaranandan sonra buna əməl etmişlər. 2. 7-ci əsrin sünnu alimlərindən olan Şeyx Abdullah Məraği Misri özünün “əl Səlafi fi əmr xilafə” kitabında yazır: bir gün bir kişi peyğəmbər (s)-ın yanına gəlir və deyir: Ey Allahın rəsulu mən bu gün əvvəllər heç eşitmədiyim bir söz eşitmişəm. Peyğəmbər buyurdu: O, nə sözdür? Kişi dedi: Salman azanda risalətə şəhadət verdikdən sonra Əlinin (ə) vilayətinə şəhadət verdi. Həzrət buyurdu: “خیرا” Yaxşı bir şey eşitmisən. (Müstədrək Səfinətul Bihar, cild 6, səh 85) 3. Həmən şeyx öz kitabında qeyd etmişdir ki, bir kişi Peyğəmbərin (s) yanına gəlib deyir ki, Peyğəmbərə şəhadət verdikdən sonra Əlinin (ə) vilayətinə şəhadət verirlər. Həzrət buyurdu: Bəli elədir.Qədir xumda mənim sözümü “mən kimin ağasıyam, Əli (ə) də onun ağasıdır” yaddan çıxarmısan? Hər kəs əhd-peymanı sındırsa öz əhdini sındırmışdır.
BU HƏDİSLƏR NƏ ÜÇÜN MƏŞHUR OLMAYIBLAR? Nə üçün bu hədislər şöhrət tapmayıblar Mümkündür deyilsin ki, rəvayətlər düzgün olsaydı, ancaq kitabda yazılmazdı. Məsələn səhabələr arasında yayılar və tarixdə də yazılardı. Bu şübhəni belə cavablandırmaq olar ki, Peyğəmbərin (s) vəfatından sonra onun ailəsinə olan kəskin münasibətin və Əliyə (ə) olan kinin nəticəsində onlar (?) buna mane oldular. İmam Əli (ə) buyurur: Qureyş tayfasının Peyğəmbər (s) kin-küdürətləri mənim üçün və məndən sonra övladlarım üçündə olacaq. (şərhi Nəhcul-bəlağə, ibni Əbil Hədid, cild 20, səh 328). Hadisələrin yazılmasının və deyilməsinin qadağan olunması ikinci və üçüncü xəlifənin, xüsusilə də Muaviyənin hakimiyyəti dövründə geniş şəkildə yayılmış və Əhli-beytin (ə) fəsilətinə aid olar bütün yazıların nəşrinin qarşısı alınmışdır. İmam Sadiq (ə) buyurmuşdur: Əli (ə) və Fatimənin (s) adını zikr etməkdən çəkinin, həqiqətən insanlar onların adlarının zikr olunmasından qəzəblənirlər. Buna görə onlar təkcə Əhli-beytin (ə) fəzilətindən yox İslam dinindən də uzaqlaşdılar. Şafei Vəhəb ibni Keysandan nəql edir: Allahın rəsulunun bütün sünnətlərini namazda əvəz etdilər. (Əlinum kitabı, cild 1, səh 269,). Həsən Bəsri bu barədə deyir: Əgər Peyğəmbərin (s) səhabələri bu gün qəbirdən çıxsalar, sizin qiblənizdən başqa bir şey tanımazlar! (Cameul bəyan, cild 2, səh 264). Ümumi dəlillər Qasim ibni Muaviyə imam Sadiqə (ə) dedi: “Bunlar hədisa nəql etmişlər ki, peyğəmbər (s) Meracda görmüşdür ki, ərşə yazılıb “La İlahı illallah, Muhəmmədən Rəsulallah, Əbu Bəkr Siddiq” (Allahdan başqa Allah yoxdur, Muhəmməd onun rəsuludur, Əbu Bəkr düz danışandır). Həzrət təəccüblə buyurdu: Sübhanəllah! Bütün şeyləri əvəz etdikdən sonra bunu da əvəz etdilər?! Sonra buyurdu: Allah-təala ərşi, suyu, İsrafili və Cəbraili (ə), göyləri və yerləri yaradan zaman onların hər birinə “La ilahə illallah, Muhəmmədən Rəsulullah, Əliyyən əmirəl möminin” ( Allahdan başqa Allah yoxdur, Muhəmməd onun rəsuludur, Əli möminlərin əmiridir). (əl-ehtiyac Təbərsi, cild 1. Səh 230). Sünnü alimlərinin bir çox bu hadisə istinad edərək azanda üçüncü şəhadətin deyilməsini qəbul etmişlər. Sənədə irad və onun cavabı: Ola bilsin ki, bu hadislər haqqında deyilsin ki, hədislər mürəsildir ( Dirasyə elmində hədislərin sonunda bir və ya bir neçə rəvayəti nəql edənin adı silinmişdir bunlara mürsəl hədislər deyilir). Mübahilə ayəsi: Mübahilə ayəsinin hökmünə görə Əli (ə) Allah Rəsulunun (s) canı sayılır. Əhli sünnə alimlərindən olan Fəxri Razi bu hökmün bəyanından sonra Əlinin (ə) başqa səhabələrdən üstün və fəzilətli olmasını qeyd edir. (Məfatihul ğeyb, cild 2, səh 471, Bihar, cild 21, səh 283). Mübahilə ayəsinin hökmünə görə Əlinin (ə) bütün fəzilətləri Peyğəmbərlə (s) bərabərdir. Risalətə şəhadət vermək Peyğəmbərin (s) fəzilətindən sayılır ki, Allah-təala o həzrətə əta etmişdir. Necə ki, buyurur: “Biz sənin adını ucaltdı”. İbni Cuzi “Zəbul Məsir” kitabında yazmışdır: Peyğəmbər (s) Cəbraildən (ə) bu ayə barəsində soruşmuşdur. O, demişdir: Allah-təala buyurur: “Hər vaxt mən yad olundum sən də mənimlə birlikdə yad olunacaqsan”. Bu hökümdən çıxış edərək bildiririk ki, Həzrət Əli (ə) fəzilətdə Püyğəmbərlə (s) birdir, buna görə də O, həzrətin adı azanda Peyğəmbərlə (s) birlikdə çəkilir. ( əl Əzan Şəhristani, səh 112). 4. Məhəmməd ibni Muslim İmam Sadiqdən (ə) nəql etmişdir ki, həzrət buyurur: “İmamlar Allah Rəsulunun məqamındadırlar.” (Üsuli Kafi, cild 1, səh 270, Bihar, cild 27, səh 50). Bu hədisin hökmü, xüsusi ilə yenidən təkrar olunması onu göstərir ki, Əhli-beytin (ə) bütün xüsusiyyətləri və fəzilətləri Peyğəmbərlə (s) birdir. Əllamə Məclisi də onların adlarını azanda zikr etmişdir. 5. “Gayətul Məram” kitabında Əli ibni Babaveyh Bərqidən, o isə Feyz ibni Muxtardan, o da İmam Baqirdən (ə) və o Həzrət də Peyğəmbərdən (s) nəql edərək buyurmuşdur: “Ey Əli! Allah məni əziz tutduğu kimi səni də əziz tutmuşdur.” (Üçüncü şəhadət, səh 140). 6. İmam Baqir (ə) buyurmuşdur: “Bizi zikr etmək Allahı zikr etməkdir və bizim düşmənlərimizi xatırlamaq şüytanı zikr etməkdir. (Üsuli Kafi, Dua kitabı, bütün Allahın vacib zikri babı, cild 4, səh 254). Hələbi İmam Sadiqdən (ə) nəql edərək yazır: “Həqiqətən Allahı bütün halətdə zikr etmək yaxşıdır”. (Üsuli Kafi, Əda kitabı, cild 4, səh 256). Əbu Həmsə də İmam Baqirdən (ə) bu məzmunda rəvayət nəql etmişdir. (Həmin mənbə, cild 8). Nəticədə qeyd etmək olar ki, imamları bütün hallarda zikr etmək yaxşıdır, o cümlədən azanda). 7. Əli (ə) barədə məclislərdə çoxlu hədislər deyilmişdir, onlardan bidi də azandır, Peyğəmbər (s) buyurmuşdur: “Əli ibni Əbu Talibi (ə) zikr etməklə məclislərinizi zinətləndirin. (İbni Məğazi Şafei, Mənaqib kitabında, səh 211), (Əllamə Məclisi, Biharul ənvar, cild 38, səh 199). Yenə o Həzrət buyurmuşdur: “Məclisinizdə Əli ibni Əbu Talibi zikr edin. Həqiqətən onu zikr etmək məni zikr etməkdir, məni zikr etmək isə Allahı zikr etməkdir. (Camei Məsail, Ayətullah Fazil Lənkərani (r), cild 2, səh 127). Peyğəmbər (s) buyurmuşdur: “Allah-təala qardaşım Əli ibni Əbu Talibi (ə) fəzilətli etmişdir. Ondan başqa heç kəs onu sayını bilməz, hər kəs onun fəzilətlərini zikr etsə və onu təsdiq etsə, Allah-təala onun günahlarını bağışlayar. (Bihar, cild 38, səh 196, Xarəzmi, Mənaqib və Ərbəin kitabında) Eləcə də buyurmuşdur: “Əlini zikr etmək ibadət sayılır”. (Bihar, cild 38, səh 313 və 318). Bütün bu sadaladıqlarımız azana aid edilmirmi? Yalnız azanda şəhadətlər açıq deyildir. Üçüncü şəhadətin hökm və mövzuya münasib olması Bilirik ki, azan, tənhalıqda namaz vaxtının elan olunması və camaatın namaza cəm olmaları üçün deyilir. Bu işi başqa vasitələrlə də etmək olar, məsələn: o zamanlar geniş yayılmış şeypur çalmaqla və s... Azan, dinin şuarı, İslam həqiqətinin elan olunması və onun əsasıdır. Həzrət İmam Səccad (ə) buyurur: “Azan sizin dininizin nişanəsidir”. (əl Azan, səh 157). İmam Rza (ə) hədisdə azanın hikmətini İslamın və imanın aşkar olunmasında görərək, bildirir ki, onun da əsası Allah və onun Rəsuludur. (əl Azan, cild 1, səh 299). Bilirik ki, Əhli-beyt (ə) vilayəti, xüsusi ilə də Əlinin (ə) vilayəti Əhli-beyt (ə) məktəbində İslam dininin əsasıdır. Peyğəmbər (s) və Əli (ə) olmadan din kamil olmaz və Allah insanlardan razı qalmaz. Əlimizdə olan Əhli sünnət və Şiə rəvayətləri təsdiq edir ki, hər kəs zəmanəsinin imamını tanımadan ölsə cahiliyyət dövründə ölənlərdən sayılır. İmam Rza (ə) özünün məşhur “Silsilətuz zəhəb” (qızıl silsilə) hədisində Allah-təalanı zikr etdikdən sonra buyurur: “La İlahə İllallaah bir qaladır, hər kim o qalaya daxil olsa, əzabdan amanda olar. Bu “La İlahə İllallah” şəhadəti o zaman qəbul olar ki, onunla birlikdə şərtləri də qəbul olsun və mən o şərtlərdən sayılıram.” (ət-Tovhid, mərhum Şeyx Səduq, səh 25.)
Üçüncü şəhadətin ikinci şəhadətlə uyğun olması barədə Diqqət olunası məsələlərdən biri də vilayətə şəhadət verməyin risalət əmri ilə bir yerdə olmasıdır. İmamət və risalət məsələsi Əhli-beytin (ə) nəzərində risalətlə birgə araşdırılması gərəkən mühüm işlərdən biridir. Əhli sünnə ədalət və icmanı imama dair zəruri sayırlar. Onlardan bəziləri ictihad sözünü “məvaqif” kitabının müəllifi onun şərhində (cild 8, səh 349) ixtisar etmişdir. Bəziləri isə “Ədalət” sözünü ixtisar etmişdir. Qeyd etmişlər ki, imamət döyüşmək yolu ilə əldə edilir, hətta imamın fasiq və nadan olması belə mümkündür. (Əsfərayin Şafii dər cinayət, bax, dəlayilus sidq cild 4, səh 244). İmama şərab içdiyinə görə şəllaq vurulmamalıdır. Ona görə ki, o Allahın naibidir. (həmin mənbə, səh 255). Nəsfiyyənin əqaid şəhrində deyilmişdir: “İmam fəsad və zülm etdiyinə görə öz fəzifəsindən çıxarıla bilməz.” İmam Nudi (sünnü alimi) demişdir: “Əhli sünnə alimlərinin yekdil fikrinə görə sultan və xəlifə fəsad işlərinə görə xilafətdən uzaqlaşdırıla bilməz. (Şərh Səhih Muslim, cild 12, səh 229, Şiə şünasi, səh 560). Əhli sünnə alimlərindən olan Baqelani deyir: “Hədis alimlərini çoxlasrının fikrincə imam etdiyi zülmə, malı qarət etdiyinə, şillə vurmağına, əziyyət etdiyinə, və bu kimi işlərə görə imamlıqdan uzaqlaşdırıla bilməz və onun əleyhinə çıxmaq düzgün deyildir. (ət Təmhid baqelani, bax: Şiə Şunaslıq, səh 562). Bəli, Əhli sünnə alimlərinin nəzəriyələrinə isə, görə imamətin risalətlə heç bir əlaqəsi yoxdur. Şiəliyə görə heç bir əməl, istər mühüm istər qeyri - mühüm imaməti qəbul etmədikdən sonra qəbul olunmaz. (Vəsailus şiə, bab 29, Müqaddəmeye ibadət, cild 1, 2...) İmam bütün fəzilətlərdə (el, ismət və təqva) peyğəmbər kimidir. İmam Sadiq (ə) buyurmuşdur: İmamlar Allah Rəsulunun məqamındadır. Agah olun həqiqətən onlar peyğəmbər deyildirlər. (Üsuli Kafi, cild 1, səh 270). İmam Rza (ə) həmçinin imamətin böyük məqam olmasından bəhs edib buyurur: “İmamlar peyğəmbərlərin məqamındadır. Fərq yalnız bundadır ki, onlara yalnız vəhy olunmaz. İmam Allahın və Rəsulun xəlifəsidir. İmamət İslamın əsasıdır, çünki imam nur saçan günəşdir, heç göz və əl ona çatmaz. İmam hər günah və eybdən uzaqdır. İmam öz zəmanəsinin yeganəsidir. Heç kim onun kimi ola bilməz. Və onu əvəz edən yoxdur. Heç kəs onu özü seçə bilməz. (Üsuli kafi, kitab Höccət, cild 1, səh 283). Yaranışın ilk mərhələsində imamətə şəhadət vermək İmam Sadiq (ə) buyurmuşdur: “Allah-təala ilk dəfə bizim ailəmizi uca səslə çağırmışdır və göstəriş vermişdir ki, nida edən üç dəfə nida etsin: Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Şəhadət verirəm ki, Məhəmməd (s) Allahn rəsuludur. Şəhadət verirəm ki, Mö`minlərin əmiri olan Əli (ə) haqdır.” (Üsuli kafi, cild 1, səh 441). İndi isə vilayətə şəhadət verməyi qısa şəkild zikr edirik: 1. Ərşdə ikinci şəhadətdən sonra yazılmışdır: “Əli (ə) Məhəmmədin (s) çanişinidir.” (Biharul ənvar, cild 27, səh 11). 2. Ərşin ətrafında ikinci şəhadətdən sonra yazılmışdır: “Əli (ə) möminlərin əmiridir.” (Həmən mənbə, cild 27, səh 11). 3. Cənnətin qapılarına ikinci şəhadətdən sonra yazılmışdır: “Əli (ə) Allahın vəlisidir.” (Həmən mənbə, səh 113). 4. Cəbrailin (ə) qanadlarına ikinci şəhadətdən sonra yazılmışdır: “Allahdan başqa Allah yoxdur və Əli (ə) Məhəmmədin (s) vəlisidir.” 5. Yeddi təbəqəli göydə ikinci şəhadətdən sonra Əbu Talib oğlu Əlinin (ə) möminlərin əmiri olması yazılmışdır. (Biharul ənvar, cild 18, səh 304). 6. Allah-təala dağları yaratdığı zaman yazmışdır: “Əli möminlərin əmiridir. (Əl ehityac, cild 1) Bunlardan əlavə Allah-təala suyu, ayı, günəşi, və digər varlıqları yaradarkən Əlinin (ə) möminlərin əmiri olmasını yazmışdır. (Həmin mənbə). Üçüncü şəhadət fitrətdə Vilayətə şəhadət vermək fitri göstərişdir. Allah-təala insanları vilayətə şəhadət verməyə görə yaratmışdır. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: “Allah insanı fitrət əsasında yaratmışdır. Fitrət dedikdə yəni tovhidin (Allahın birliyini qəbul etmək) Peyğəmbərin risalətini və Əlinin (ə) möminlərin əmiri olmasının qəbul olunması nəzərdə tutulur (ət-Tovhid,səh.329 ). Həmçinin bu mübarək ayədə buyurmuşdur: ”Sənin pərvərdigarın Adəm övladlarından əhd-peyman almışdır. ” O əhd-peyman Allahın təkliyi, Məhəmmədin (s) peyğəmbərliyi, və Əlinin (ə) möminlərin əmiri olması və ondan sonra gələn imamların imam olmasıdır. (Bihar, cild 15, səh 17 və 280). İmam Sadiq (ə) buyurmuşdur: “Əlinin (ə) vilayəti bütün Peyğəmbərlərin kitabında yazılmışdır. (Bəsairul dərəcat, səh 92). Heyvanlar, bitkilər və sair məxluqların şəhadəti Məsumların bir çoxunun kəramət və möcüzələri, heyvanlar, ağaclar, daşlar və hətta çınqıllar belə Allahın təkliyini, Məhəmmədin (s) Allahın rəsulu olmasını və Əlinin (ə) möminlərin əmiri olmasını təsdiq etmişlər. Ayrı-ayrılıqda onların bəzilərini qeyd edirik: Əli (ə) quşların təsbih və namazı barədə Allahın kitabından buyurmuşdur: “Quşların hamısı zikr deməyi bacarırlar”. Həzrət buyurmuşdur: “Allah-təala mələkləri müxtəlif simalarda xəlq etmişdir. Onlardan biri də xoruz şəklindədir ki, onun bir qanadı şərqdə, bir qanadı isə qərbdədir. O namaz vaxtı qanadlarını çırparaq səs edir və bu cümləni zikr edir: Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın bəndəsi, rəsulu və peyğəmbərlərin ağasıdır. Və həqiqətən İslam Peyğəmbərinin canişini, canişinlərin xeyirlisidir. Pak və müqəddəs Allah mələklərin və ruhların pərvərdigarıdır. Ondan sonra bütün xoruzlar qanadlarını çırparaq həmin sözləri təkrar edirlər”. (əl-ehtiyac, cild 1, səh 228). Bu hədis ikinci şəhadətdən sonra vilayətə şəhadət verməyi, xüsusi ilə namaz vaxti vurğulamağı təsdiq edir. Hədisdə buyurulmuşdur: Həzrəti Fatimə (s) doğulduqdan sonra tovhidə və atasının risalətinə şəhadət verməklə yanaşı öz həyat yoldaşının bütün insanların ağası, övladlarının isə cavanların ağası olması barədə şəhadət vermişdir. (Məcalisi Şeyx Səduq, səh 476, 87-ci məclis). Mərhum şeyx Tusi rəvayət nəql etmişdir ki, həzrət imam Məhdi (ə.c.) anadan olan zaman ikinci şəhadəti dedikdən sonra buyurmyuşdur: “Həqiqətən möminlərin əmiri olan Əli (ə) haqdır” (Biharul ənvar, cild 1, səh 20, əz qeybəti şeyx Tusi, İstabul vəsiyyə Məsudi, səh 220). Ölüm ayağında üçüncü şəhadəti demək “Fiqhi Rza” kitabında qeyd olumuşdur ki, bir şəxsin ölüm vaxtı yaxınlaşdıqda ona həmin halda deyin: “Allahdan başqa Allah yoxdur, Məhəmməd (s) Allahın rəsuludur, Əli (ə) möminlərin əmiridir. Sonra isə məsum imamların adlarını bir-bir sadalayın.” (Camei əhadis şiə, cild 3, səh 195). Bu məsələ şiəliyin şəriətindən sayılır. Hədislərin birində buyurulmuşdur ki, imam Baqir (ə) Əkrəməni ölüm ayağında olarkən vilayətə dəvət etmək istədi, lakin buna nail ola bilmədi. Çünki artıq i keçinmişdi. (həmin mənbə, səh 197). Tarixdə qeyd olunmuşdur ki, Əhli beytin (ə) misilsiz şairlərindən olan seyid Himyərinin ölüm vaxtı şiələr və nasibilər (Əhli beyti təhqir edənlər) toplanmışdır. Onun üzü gözəl, nurani idi. Birdən üzündə qara nöqtə müşahidə olundu və yavaş-yavaş böyüyüb bütün üzünü tutdu. Şiələr bu mənzərəni görüb narahat olmağa başladılar, nasibilər isə əksinə çox şad oldular. Lakin çox çəkmədi ki, şairin üzündə ağ nöqtə göründü və tədricən böyüyüb bütün üzünü əhatə etdi. Seyyid güldü və dedi: “Allahdan başqa Allah yoxdur, və o haqdır. Şəhadət verirəm ki, Allahın rəsulu olan Məhmməd (s) haqdır. Şəhadət verirəm ki, möminlərin əmiri olan Əli (ə) haqdır” . Şəhadəti dedikdən sonra gözlərini yumub əbədiyyətə qovuşdu. Üçüncü şəhadət Allahın iradəsi ilə Hədislərin birində buyurulmuşdur: Peyğəmbər (s) üzüyü Əliyə (ə) verdi ki, üzərində Abdullahın oğlu Məhəmmədin adını həkk etdirsin. Həkk edən səhvən Məhəmməd Allahın rəsuludur sözünü həkk etdi. Peyğəmbər (s) bunu qəbul etdi. Sabahı günü gördü ki, üzüyün üzərində yazılmışdır: Əli Allahın vəlisidir. Həzrət təəccübləndi. Cəbrail (ə) həzrətin yanına gəlib dedi: “Ey Məhəmməd (s)! Sən öz istədiyini yazdın, bizdə öz istədiyimizi”. (Misbahul Huda, cild 1, səh 299) Bu məzmunda olan başqa hədisi Seyyid Rəzi özünün “Mənaqibi Faxirə” kitabında yazmışdır. Cəbrail buyurmuşdur: “Ey Məhəmməd! İzzət sahibi olan Allah sənə salam göndərir və buyurur: (Sən öz istədiyini göstəriş verdin. Əli (ə) də öz istədiyini göstəriş verdi. Mən də öz istədiyimi yazdım: Əli (ə) Allahın vəlisidir.” (Mədineye müaciz, bax: əl Şəhadətussalisə, səh 335). Hər halda bütün bunların zikr olunması açıq şəkildə Allah-təala bu işdən razı qalmasını çatdırır. Şübhələrə cavab: 1. Sadalanan hədislər sənəd baxımından dəlil deyildirrlər. Cavab: Müstəhəb əməl üçün sənədin kamil şəkildə zikr olunmasına ehtiyac yoxdur. 2. Azanda muvalat (bir-birinin ardınca fasiləsiz icra olunması) lazımdır. Çünki şəhadət demək ardıcıllığı pozur. Cavab: Azanda muvalat ürfidir, salavat demək kimi bu miqdar fasilə muvalatı pozmur. 3. Peyğəmbər (s) zamanında azanda ikinci şəhadətə bir şeyin əlavə olunması haram və bidət sayılmşdır. Cavab: Yeni bir şey mənasına olan bidət bütün hallarda haram deyildir. Məlumdur ki, dində nə isə azaltmaq ya çoxaltmaq haramdır. Üçüncü şəhadətin müstəhəb olunması təsdiq olunduqdan sonra bidətə bir yer qalmır. 4. Üçüncü şəhadər dində hərc–mərcliyə gətirib çıxara bilər. Yəni avam adamlar istədikləri müstəhəb və mubah əməlləri dinə daxil edə bilərlər. Bu da şəri əməllərin məhvinə gətirib çıxara bilər. Cavab: Bir çox şəri və qeyri şəri əmrlər vardır ki, onların əməl olunmasında diqqətli olmaq lazımdır və onları cahil adamların öhdəsinə qoymaq olmaz. Namazda hər zikr və duaya icazə verilmişdir, əkbəttə Quran ayələri, hədislər və mrəvayətlər sübut edir ki, azanda üçüncü şəhadətin deyilməsi başqa müstəhəb əməllərlə müqayisə edilə bilməz. 5. Azanda üçüncü şəhadətin deyilməsi müsəlmanlar arasında ixtilafa gətirib çıxarır. Bu nöqteyi nəzərdən düzgün deyildir. Cavab: Şiə başqa məzhəblərdən fərqli olaraq müsəlmanların vəhdtə və birliyinə daha çox əhəmiyyət verir. Əsas hədəflərindən biri də həmin məsələdir. Şübhəsiz bəzi hallarda üçüncü şəhadətin deyilməsi münasib olmazsa təqiyyə halında götürülən digər dini vəzifələr kimi bu da insanın öhdəsindən götürülür. Amma bu nadir olan zəruri məsələlər heç vaxt düşmənlərin və dostların əllərinə bəhanə verməsin. Şiə məzhəbi düşmənlərinin tələsinə düşməmək üçün qərara almışdır ki, Əhli beyt məktəbinin böyük şuarını itirməsin. 6. Nə üçün üçüncü şəhadət Peyğəmbərin (s) dövründə olmamışdır? Cavab: Bu sualın cavabını öndə qeyd etmişdik. Birinci; Bu işin icra olunması bəzi hadisələrdə Səlman və Əbuzərin vasitəsi ilə nəql olunmuşdur. İkinci; Bu şəhadətin aşkar olunması bəlkə də həzrət Əlinin (ə) fəzilərinin bəyan olması məqamında olduğu üçün daha çox həssasiyyətə səbəb olardı ki, Peyğəmbər (s) onu münasib saymırdı, necə ki, “Təbliğ” ayəsi və “Yovmul-xəmis” hadisəsi bunun nişanələrindəndir. Üçüncü; İlahi adət məsləsini və yaranmışların imtahanını nəzərdən qüaçırmaq lazım deyildir. Buna görə də Həzrət Əlinin (ə) imaməti Allahın böyük nişanələrindəndir ki, qəlblərində bəhanə axtarmaq xəstəliyi onların xəstəliyini aradan qaldırır. Buna görə də Quranda “Mütəşabeh” ayələr yazlmışdır. Həzrət Əli (ə) haqqında hansı əzəmətli xəbərdir ki, onun barəsində ixtilaf salmamış olsunlar. Qısası əgər bu məsələ minarələrdə açıq şəkildə bəyan olunsaydı, Allahın adəti ilə müxalifətçilik olacaqdır. Bu diqqət olunması mühüm oln bir məsələdir.
|