Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Dünyanın ən qədim Qurani-Kərimi

Quran fəaliyyətləri şöbəsi: İmam Əlinin (ə) və İmam Həsənin (ə) mübarək əlləri ilə yazılmış Qurani-Kərim nümunələri İmam Əlinin (ə) pak hərəmində saxlanılır. Bunu hərəmin məsullarından biri Əl-Zuheyr Haşimi deyib.

İQNA Quran agentliyi deyerler.org saytına istinadən məluamt verir ki, Haşimi “Əş-şərqul-övsət” qəzetinə verdiyi müsahibədə bildirib ki, hal-hazırda hərəmdə olan kitabxanada Qurandan əlavə misli olmayan digər əlyazmalar da mövcuddur. Kitabxananın sədri sözünə davam etdirərək, "Bu kitabxanada 6, 7, 8-ci əsrlərdə yazılmış Quranlar da vardır. Onların hamısı “Küfi“ xətti ilə yazılmışdır. Səfəfi, Qacar və Hind padşahları tərəfindən 30 ədəd belə Quranlar bu pak hərəmə hədiyyə olunmuşdur", - deyə, hərəm nümayəndəsi bildirib.

1255-ci miladi tarixində bu kitabxana yanğına məruz qalmış, nəticədə kitabxananın xeyli kitabları yanaraq məhv olmuşdu. Səddam Hüseyn rejiminin süqutunacan isə bu kitabxananın mühüm kitabları müxtəlif Avropa, ABŞ və digər oğrular tərəfindən oğurlanmışdır.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı

 
user comment