Beynəlxalq şöbə: ABŞ Şiələrinin VII konqressi “İmam Hüseyn (ə);Azadlıq atası” adı ilə 2011-ci ilin may ayında ABŞ-ın Misuri əyalətinin Kanzas şəhərində keçiriləcək.
İQNA Quran agentliyi “Muslim congress” saytına istinadən məlumat verir ki,konqres müsəlman azlıqları arasında islami inanclarla tanışlığın gücləndirilməsi və İslami köklərini qoruyub saxlamaq üçün şəraitin yaradılması məqsədi ilə keçiriləcək.
İki günlük konqresdə Ayətullah Sistaninin nümayəndəsi Höccətul-islam Şəhristani də iştirak edəcək. “İman əhli – Quran və Əhli Beyt (ə) əsasında”, Quran göstərişləri ilə yaşamaq, Quran və Əhli Beyt (ə) bir-birindən ayrılmaz olması, Həzrət Fatimə (s) ; Əhli Beyt Kəriməsi və digər mövzular konqresin gündəliyində müzakirəyə çıxarılacaq.
source : www.iqna.ir