Azəri
Sunday 29th of December 2024
0
نفر 0

Elçin Behbudov: “Hicab qadağasını tətbiq etmək düzgün deyil”

Beynəlxalq şöbə:" BMT-nin işgəncələrə Qarşı Komitəsi"nin "Azərbaycan Milli Komitəsi"nin sədri və ATƏT-in saxlanma yerləri və həbsxanalar üzrə eksperti Elçin Behbudov Azərbaycanın müsəlman dövlət olduğunu və burada insanların arzularına uyğun baş bağlamalarının təbii olduğunu düşünür.

İQNA Qurana agentliyinin deyerler.org saytına istinadən məlumat verir ki, Behbudov deyib ki, “Azərbaycan müsəlman dövlətidir. Əlbəttə ki, burada insanların arzularına uyğun baş bağlamaları olar. Ölkədə dinə, namaza inam günü-gündən artır. Müəllim olsun, dövlət xadimi olsun, kim olur-olsun, kimliyindən asılı olmayaraq kim inancına görə başını bağlamaq istəyirsə, bu, onun haqqıdır. Uzağa niyə gedirik, Türkiyə Azərbaycandan qat-qat əvvəl demokratik ölkədir. Özü də Türkiyə avropasayağı respublikadır. Baş nazir R.T.Ərdoğanın xanımı başını örtür və bütün tədbirlərə də belə gedir. Burada bir qəbahət yoxdur”.

“Hicab qadağasını tətbiq etmək düzgün deyil. Bunu edənlər bir şeyi bilməlidir ki, Azərbaycan xristian dövləti deyil”, - deyə hüquq müdafiəçisi, "BMT-nin İşgəncələrə Qarşı Komitəsi"nin "Azərbaycan Milli Komitəsi"nin sədri və ATƏT-in saxlanma yerləri və həbsxanalar üzrə eksperti Elçin Behbudov açıqlamasında bildirib.

Qeyd edək ki, son günlər Azərbaycanın bir sıra məktəblərində hicabla bağlı yaranmış problem, ölkə insanını narahat etməkdədir. Baxmayaraq ki, ölkə Konstitusiyasında və “Təhsil haqqında” qanunda hicabla bağlı heç bir qadağa yoxdur, bəzi direktorlar hicablı şagirdlərə qeyri-hüquqi məhdudiyyət tətbiq edərək, onları məktəbə qoymurlar. Aldığımız məlumatlara görə, bəzi məktəblərdə hətta hicablı müəllimələr də dərsə buraxılmır.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya ilə mübarizə zəminində Fransada “Behişt binası” adlı sərgi ...
Ali Məqamlı Rəhbərin Zahidanda terrorla bağlı müraciəti
ISESCO-nun savadsızlıqla mübarizə üzrə mükafatı Qvineya Respublikasına verildi
Beş nəfər dindara on gün həbs cəzası verildi
Ermənistandakı yezidi kürdlər hüquqlarının pozulmasına qarşı aksiya ...
İslam Peyğəmbərinin (s) böyük Səhabəsi İmam Hüseyndən (ə) nəql olunan ...
“Pegida” anti-İslam cərayanı bütün qərb ölkələrində mitinq etdi
13000 dən artıq internet istifadəçisi Quran xətmi saytına üzv olub
AİP SƏDRİNİN VƏZİYYƏTİ MƏHKƏMƏDƏ PİSLƏŞİB
Türkiyədə “Aşura” mövzusunda foto sərgi təşkil olunacaq

 
user comment