İnsanın öz nəfs qəfəsindən azad olub, bəşəriyyəti azadlığa, haqqa, ədalətə qovuşdurmaqdan ibarətdir
Həcc əməllərindən biri hesab olunan \"qurbanlıq\" məfhumu Həzrət İbrahim Peyğəmbərin (ə) zamanında meydana gəldi. Lüğəti mənada \"qurbanlıq\" Allaha yaxınlaşmaq mənasında olsa da, ancaq niyə məhz bu əməl belə adlandırılmışdır? Axı biz İslama və ondan öncəki dinlərə nəzər salsaq görərik ki, Allah tərəfindən insanlara bir çox əmrlər şəriət qanunları çərçivəsində göndərilib. Onlardan məqsəd insanlara həqiqəti tanıtdırmaq, onları yeganə olan bir həqiqətə sövq etmək və yaxınlaşdırmaq olmuşdur. Ona görə də qurbanlığın bu mənada işlədilməsi onun xüsusi əhəmiyyətindən xəbər verir. Biz hazırkı dönəmdə Həcc mərasimində kütləvi şəkildə, külli miqdarda qurban - heyvan kəsiminin şahidi olanda bəlkə də ilk növbədə bunun kasıblara, onun ətindən istifadə etdiklərinə görə nə qədər yardım olunduğunu anlayaq. Bəlkə də belə düşünək ki, insan malından pul ayırıb, Allah yolunda öz pulundan keçməklə özünün bəndəlikdə necə malından keçməsini Allaha nümayiş etdirir. Ancaq bunların heç biri Allahin vacib buyurduğu bu əməldə əsas meyar hesab olunmurlar.
Ərəb dilində qurbanlıq bayramına \"idul-qurban\" deyirlər. \"İd\" kəlməsi bayram mənası daşısa da, ancaq lüğəti mənada \"qayıdış\" məfhumunu özündə ehtiva edir. Qurbanlıq məfhumunun onun lüğəti, yəni \"yaxınlaşmaq\" mənasında olduğunu gordükdə bunun (idul-qurbanın) -Allaha yaxın bəndələrin Ona tərəf qayıdışının - mənasında olduğunu anlayırıq. Ancaq onlar hansı əməlin sayəsində bu gündə (qurban bayramı günündə) Allaha qürb tapıb, yaxın olub, qayıdırlar? Biz diqqət etsək görərik ki, qurbanlıq əməli əməllərin sonu hesab olunur. Ondan öncə sən bütün zahiri və aldadıcı zinət və gözəllikləri - zahiri geyimdən tutmuş, saçının düzümünə kimi tərk edirsən. Hətta bu ərəfədə güzgüyə baxmaq qadağan olunur. Bunlar nə deməkdir, bundan nə anlayırıq? Budur tövhid və həqiqətən Allahı tək bilib, tək qəbul etmək. İnsana burada anladılır ki, bir həqiqət var. Həqiqəti öz nəfsinin ayaqları altına atmaqla, yalnız özünü görüb, haqqı və ədaləti tapdalamaqla, haqqı iki etməyə ixtiyarın yoxdur. Əgər haqq birdirsə, bəs sən kimsən? Sən bu əməllərlə əslində haqqı özündə bərpa etməyə çağırılırsan, özünü haqla bərpa və abad etməklə yeganə olan Haqq Allaha qovuşmağa dəvət olunursan. Ona görə də bu əməllərin sonunda biz qurbanlıq əməlin görürük. Həzrət İbrahim (ə) Allahın əmri ilə (imtahan məqsədi ilə) öz canından əziz olan balasını Minaya qurban kəsmək məqsədi ilə aparmaqla, göstərdi ki, insan haqq müqabilində özündən necə keçməlidir. Göstərdi ki, yalnız dildə Allahı tək bilmək yox , əməldə Allahı tək bilib, tövhidi aşkar etməlisən. Yəni sən aləmdə tək onu görürsən, heç bir kəsi ona şərik görmürsən, hətta öz canını və canından əziz olan hər bir şeyi - bütün varlığın onun mülkü olduğunu anlayıb mülkün malikə qaytarılmasında hansısa bir xəyanətin baş verməsini haqsızlıq sanırsan.
Bu gün insanların başına gələn butun müsibətlər Allahdan və tövhiddən uzaq düşmələrindən irəli gəlir. Yer üzündə altı milyarddan artıq insan yaşayır, yəni altı milyarddan artıq nəfs və tamah. Onlar zahirdə cəmiyyət və ictimaiyyətdirlər, əslində isə fərddirlər. Hər kəs öz nəfs, tamah və şəhvətinin dalıncadır, deməli özünün və nəfsinin dalıncadır, nəinki başqalarının. Ancaq onlar hamısı Allahı dərk edib, tövhidə çatıb, özlərini tərk edib, bütünlüklə öz nəfslərinə qalib gələrək bir varlığa və haqqa xidmət etsələr, onda insanlar cəmiyyət kimi həm öz dünya həyatlarını və həm də axirət həyatlarını sülh, səfa, ədalət və abadlığa çatdıracaqlar. Ona görə qurbanlığın və Həccin digər əməllərinin fəlsəfəsi, insanın öz nəfs qəfəsindən azad olub, insanlığı azadlığa, haqqa, ədalətə qovuşdurmaqdan ibarətdir.. Allah hamımızı nəfsimizin şərrindən nicat versin.
Qurbanlığın və Həccin fəlsəfəsi
Həzrət İbrahim (ə) Allahın əmri ilə (imtahan məqsədi ilə) balasını Minaya qurban kəsmək məqsədi ilə aparmaqla, göstərdi ki, insan haqq müqabilində özündən necə keçməlidir, göstərdi ki, yalnız dildə deyil, əməldə də Allahı tək bilib, tövhidi aşkar etməlisən