Azəri
Saturday 21st of December 2024
0
نفر 0

İmam Rzanın mövludu münasibətilə hamını təbrik edirik! İmam Rzanın (ə) inci dolu kəlamları

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri-qəməri təqvimi ilə zilqədə ayının 10-nu 11-nə keçən gecə, Allah Təalanın yer üzərində təyin etdiyi Xəlifəsi, İslam Ümmətinin səkkizinci İmamı, həzrət Əbul-Həsən Əli ibn Musa Rzanın (əleyhi səlam) təvəllüd gecəsidir. İmam Rza (əleyhi səlam) həzrət
İmam Rzanın mövludu münasibətilə hamını təbrik edirik! İmam Rzanın (ə) inci dolu kəlamları

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri-qəməri təqvimi ilə zilqədə ayının 10-nu 11-nə keçən gecə, Allah Təalanın yer üzərində təyin etdiyi Xəlifəsi, İslam Ümmətinin səkkizinci İmamı, həzrət Əbul-Həsən Əli ibn Musa Rzanın (əleyhi səlam) təvəllüd gecəsidir.

İmam Rza  (əleyhi səlam) həzrətləri Mədinə şəhərində, İlahi vəhy xanədanında dünyaya göz açıb. Dəyərli Atası yeddinci İmam Musayi Kazımdır (əleyhi səlam). Anasının mübarək adı Ümmu-Bənin, digər adı isə Nəcma olub.

İmam Rza (ə) hicri-qəməri təqvimi ilə 203-ci ildə 55 yaşında ikən Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənib. İmama qarşı sui-qəsd onun Xorasana dəvət edilməsi və vəliəhdliyin ona həvalə edilməsindən sonra həyata keçirilib.

Tarixşünasların məlumatına görə, imam Rza(ə) Xorasanda olarkən xəlifə Məmun tərəfindən məcbur edilir və təzyiqlərə məruz qalır. Bununla belə, imam Məmunun yaşadığı dövrdə hökumət işləri və siyasətə qarışmayacağını bildirir.

Şəhid edilən imam Tus (Məşhəd) şəhərində dəfn edilir.

İndi imamın şəhid edilməsindən 1200 il keçməsinə baxmayaraq, hər gün onun məzarı və məqbərəsinin ziyarətinə saysız-hesabsız zəvvar gedir.

 

İmam Rzanın (əleyhi səlam) inci dolu kəlamlarından

İmam Rza (əleyhi səlam) buyurub: Əmin (əmanətdar şəxs) heç vaxt sənə xəyanət etməz! Sadəcə xain şəxsi əmin güman etmişdin. (Tuhəful Uqul, səh 466)

İmam Rza (əleyhi səlam) buyurub: Böyük qardaşın atan yerindədir! (Tuhəful Uqul, səh 466)

İmam Rza (əleyhi səlam) buyurub: İnsanlarla dostluq etmək ağlın yarısıdır! (Tuhəful Uqul, səh 467)

İmam Rza (əleyhi səlam) buyurub: Həqiqətən Allah Təala səsküylüyü, malı tələf etməyi, acgözlük və dünya malını çox istəməkliyi sevmir! (Tuhəful Uqul, səh 467)

İmam Rza (əleyhi səlam) buyurub: İman bir dərəcə İslamdan üstündür, təqva isə imandan bir dərəcə üstündür. Adəm övladına isə yəqindən üstün bir şey verilməmişdir. (Tuhəful Uqul, səh 469)

İmam Rza (əleyhi səlam) daim səhabələrinə buyurardı: Peyğəmbərləin silahından istifadə edi! İmamdan soruşdular: Peyğəmbərlərin silahı nə idi? İmam cavab verdi: (Allaha) Dua etmək! (Usul Kafi, cild 4. səh 214)

İmam Rza (əleyhi səlam) buyurub: İnsanlara elə bir zaman gələcək ki, afiyət və təhlükədən amanda qalmaq 10 cüz olacaq. Onun 9 cüzü insanlardan uzaq qalmaqdır, bir cüzü isə sükut edib danışmamaqdır! (Tuhəful Uqul, səh 470)

İmam Rza (əleyhi səlam) buyurub: Xəsis insanın asayişi olmaz! Paxıl və həsəd çəkən insanın həyatının şirinliyi olmaz! Yalançı insanın isə mürüvvət və mərdliyi olmaz! (Tuhəful Uqul, səh 473)

İmam Rza (əleyhi səlam) buyurub: Vacib əməlləri yerinə yetirdikdən sonar Allah Təala yanında mömün şəxsi xoşhal etməkdən böyük iş yoxdur! (Biharul Ənvar, cild 78. səh 347)

İmam Rza (əleyhi səlam) buyurub: Varlı və kasıb (fəqir) olduğunuz zaman və yaxşılıq etdiyiniz zaman istər az istərsə də çox (fərq etməz) çalışın cızığınızdan çıxmayın! Çünki Allah Təala Qiyamət günü bir xurma dənəsinin yarısını o qədər böyüdəcək ki, Ühüd dağı boyda olacaq! (Biharul Ənvar, cild 78. səh 346)

İmam Rza (əleyhi səlam) buyurub: Bir birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin! Bir birinizin əlini (görüşərkən) sıxın və bir-birinizə qəzəblənməyin! (Biharul Ənvar, cild 78. səh 347)

Özünüzün dünya və dini işlərinizdə sirrinizi gizli saxlayın! Hədislərdə gəlib ki, sirri açmaq “küfürdür”! Və hədislərdə gəlib ki, sirri açan şəxs qatil ilə şərikdir! Hədislərdə gəlib ki, düşmənindən gizli saxladığını dostundan da gizli saxla! (Biharul Ənvar, cild 78. səh 347)

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Kim öldürür? (Qısa məlumat)
Hicab: Ülvi və saf yol
14 Məsum (ə) Qədir-Xum barədə
IMAM HӘSӘN ӘSKӘRI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Daş üzərində çiçək?
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
VACİB VƏ VACİBDƏN DAHA VACİB NƏDİR?
Həzrət İmam Səccadın (əleyhi səlam) milad bayramı hər kəsə mübarək
1960-cı ildə mason lojaları və onlara yaxın olan təşkilatların üzvlərinin sayı ...

 
user comment