Beynəlxalq şöbə: Fransa müsəlmanlarının 28-ci illik iclası 2011-ci il aprel 22-25-də Paris yaxınlığında keçiriləcək.
İQNA Quran agentliyi \" pageshalal\" saytına istinadən məlumat verir ki, Fransa Müsəlmanlarının 28-ci illik iclası Fransa İslami Təşkilat Birliyi (UOIF) təşəbbüsü ilə İslam dünyasında müxtəlif məsələləri araşdırmaq məqsədi ilə keçiriləcək.
İclas çərçivəsində hazırda siyasi və ictimai məsələlərda İslamın mövqeyini öyrənmək üçün dəyirmimasa, seminar və debatlar təşkil olunacaq. Quran təfsiri, İslami mənbələrin öyrənilməsi və Fransa müsəlmanlarının vəziyyətinin araşdırılması iclas çərçivəsində müzakirəyə çıxarılacaq digər məsələlərdəndir.
İclasa Fransa müsəlmanlarından başqa vropada yaşayan müsəlman ziyalılar və şəxsiyyətlər də qatılacaqlar.
Qeyd edək ki, Fransa müsəlmanlarının sayı dəqiq bilinməsə də ölkə KİV-ləri son illərdə bu ölkədə yaşayan müsəlmanların 5 milyon nəfərə çatdıqlarını açıqlayıblar.
source : www.iqna.ir