Azəri
Saturday 20th of July 2024
0
نفر 0

İranda “İşğalçılıqla müxalif yeniyetmə və gənclər birliyi”nin konfransı keçirilir

Uşaq və yeniyetmə şöbəsi: İşğalçılıqla müxalif yeniyetmə və gənclər birliyinin konfransı yanvarın 17-də Tehranda öz işinə başlayıb. Konfransın açılış mərasimində İrnaın təhsil naziri Həmidrza Hacıbabayi və digər rəsmilər iştirak edib.

 

İQNA Quran agentliyinin məlumatına əsasən, konfransda İranın Böyük rəhbərinin nümayəndəsi höccətül-islam Rəhimyan, Fələstin xalqından müdafiə cəmiyyətinin baş katibi Müctəba Rəhmandust və dünyanın 30 ölkəsindən 120 qonağın (məktəbli və təhsil işçisi) iştirak edir.

Ötən gün Müctəba Rəhmandust bu münasibətlə mətbuat konfransı keçirib. O bildirib ki, hazırda dünyadakı mövcud problemlər iki cəhətlidir; bir tərəfdə sionistlər və digər tərəfdə İmam Xumeyni (rə) məktəbində təhsil almışlar.

Qəzzada 33 günlük müharibədə Qəzzəlilər qələb qazanmağı İslam İnqilabı qələbəsindən nümunə götürüb. “Qəzzə xalqı İslam İnqilabından ilham alaraq 33 günlük müharibədə qələbə qazandı və əlbətdə Həmas da 22 günlük müharibədə İslam İnqilabından ilham alaraq qələbə qazandı”, -deyə Rəhmandust deyib.

O əlavə edib ki, yanvarın 19-u Qəzzənin qəhrəman xalqının qələbə qazandığı günü münasibəti ilə “Müqavimət və qələbə” günü adlandırılıb. “İşğalçılıqla müxalif yeniyetmə və gənclər birliyi”nin ilk konfransı keçirilir. “İtalya, Bosniya, Fransa, Bulvi, Kanada, İndoneziya, Pakistan, İraq, Suriya, Livan, Əfqanıstan və digər ölkələr birliyə üzv ölkələrdir və bu ölkələrdən 120 qonaq konfransda iştirak edir”, -deyə Rəhmandust deyib.

O əlavə edib ki, yanvarın 19-da “Qəzzə, müqavimət nişanəsi” adlı konfrans da keçiriləcək.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı

 
user comment