Quran müfəssiri deyib ki, vahhabilərin əgər elmi şübhələri varsa, gəlib müzakirə etsinlər amma Quran təfsirlərində bizə bildirilir ki, yolunu azmışların elmi şübhələri yoxdur və onlar yalnız nəfslərinə qulluq edirlər.
xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünya müsəlmanlarının Mərceyi-təqlidi, Quran müfəssiri Ayətullah Cavadi Amuli İranın Kermanşah şəhərinin əhli-sünnət alimlərini qəbul edib.
Görüşdə düşmənlərin İslam dinilə mübarizəsinə toxunan Quran müfəssiri Amerika və sionistlər üçün sünni və şiənin fərqinin olmadığını və düşmənlərin ümumilikdə İslam dinilə mübarizə apardığını bildirib. Bəhailiyin şiəliyin əleyhinə, vahhabiliyin isə əhli-sünnənin əleyhinə yaradıldığını deyən Cavadi Amuli bunula müsəlmanlar arasında qardaşlığın aradan aparılması məqsədi güdüldüyünü bildirib.
Quran müfəssiri deyib ki, vahhabilərin əgər elmi şübhələri varsa, gəlib müzakirə etsinlər amma Quran təfsirlərində bizə bildirilir ki, yolunu azmışların elmi şübhələri yoxdur və onlar yalnız nəfslərinə qulluq edirlər. Məktəblər arasında şübhə yaratmaqla düşmənlərin məktəblər arasında təfriqə yaratmaq istədiyini deyən alim, bunun üçün dinin ətrafında birləşməyin gərəkliyi bildirib.
source : ابنا