Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Şaban ayı daxil olur

 Şaban ayının fəzilət və əməlləri




Şəban ayının fəziləti barədə Peyğəmbər (s)-dan belə nəql olunub ki, buyurur: «Şaban ayı mənim ayımdır». O Həzrət (s) bu ayı axıra kimi oruc tutar və arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Həmçinin, Allahın Rəsulu (s) Şaban ayında oruc tutmağın fəziləti barədə belə buyurub: «Hər kəs bu ayın bir gününü oruc tutsa, behişt ona vacib olar».


Şaban ayının bütün günlərində yerinə yetirilməsi çox tövsiyə olunan bəzi əməlləri nəzərinizə çatdırırıq:


1. Hər gün aşağıdakı zikri 70 dəfə demək:


«Əstəğfirullahə və əsəluhut-təubə»


2. Bu ayın ən yaxşı dua və zikrləri «istiğfar»dır. Bu ayın hər günündə 70 dəfə istiğfar edən şəxs, başqa aylarda 70 min dəfə istiğfar edən şəxs kimidir.


3. Bütün ay boyu 1000 dəfə «Lə iləhə illəllahu və lə nəbudu illə iyyəhu muxlisinə ləhuddinə və ləv kərihəl muşrikun» – deyən şəxsin əməl dəftərində 1000 ilin ibadəti yazılır.


4. Şaban ayının hər cümə axşamında 2 rəkət namaz qılmaq. Namazın hər rəkətində «Həmd»dən sonra 100 dəfə «İxlas» surəsi, salamdan sonra isə 100 dəfə «salavat» deyilməlidir. Bu namazı qılan şəxsin Allah-Taala bütün (dini və dünyəvi) hacətlərini yerinə yetirər.


5. Bu ayda yarım xurmaylada olsa (gücü çatmayanlar üçün) sədəqə vermək çox təkid olunub. 


Bu əməli edən şəxsin cəsədini Allah cəhənnəm atəşinə haram edər. İmam Sadiqdən (ə.s) nəql edilən bir hədisdə İmama (ə.s) Rəcəb ayının orucu haqqında soruşulduğunda, Niyə Şabanın orucundan qafilsiniz deyə? buyurdu. Ravi ərz elədi "Ey Rəsulullahın (s) oğlu Şabandan bir gün oruc tutanın savabı nəqədərdir? İmam (ə.s) buyurudu: And olsun Allaha Cənnətdir. Kim şaban ayında bir sədəqə versə Allahı Təala onu böyüdər o cür ki, siz dəvə balasını böyüdürsünüz və qiyamət günündə Uhud dağı qədər böyümüş bir halda sahibinə verilər.


6. Şabanın hər cümə axşamı günü iki rükət namaz qılmaq


Hər rəkətində bir dəfə Fatihə və yüz dəfə İxlas surəsini oxumaq; Namazı bitirdikdən sonrada yüz dəfə Rəsulullaha (s) və əhli Beytinə (ə.s) salavat göndərmək. Bu əməli yerinə yetirən şəxsin Allah, dini və dünyəvi hacətlərini yerinə yetirər. Şaban ayının Cümə axşamı günlərinin orucuda müstəhəbdir. Bir hədisdə belə rəvayət edilmişdir. Şaban ayının hər cümə axşamı günü göylər bəzənər və mələklər belə dua edərlər; "Ey Məbudumuz, bu günü oruc tutanı bağışla və duasını qəbul et." Yenə Nəbəvi bir hədisdə belə buyurulur; Şabanın Bazar ertəsi və Cümə axşamı günlərini oruc tutan şəxsi, Allah, iyirmi dünyəvi və iyirmi Uxrəvi(axirət) hacətini verər."


7. Bu ayın mühüm əməllərindən biridə hər gün Zəval vaxtı (günorta) oxunan duadır ki, bu cür başlayır. "Şəban ayının duası: Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Şəcərətin nubuvvə, və məvziir risalə, və muxtələfil məlaikə, və mədinil ilmi, və əhli beytil vəhyi. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əl fulkil cariə fil lucəcil ğamirə yəmənu mən rəkibəha və yəğrəqu mən tərəkəha əl mutəqəddimu ləhum mariqun vəl mutəəxxiru ənhum zahiqun vəllazimu ləhum la hiqun. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əlkəhfil həsin vəl ğiyasil muztərril mustəkin və məlcəil haribin və ismətil mutəsimin. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Səlatən kəsirətən təkunu ləhum rizən və li həqqi Muhəmmədin və ali Muhəmməd ədaən və qəzaən bi həvli minkə və quvvətin ya rəbbəl almin.Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd əttəyyibinəl əbraril əxyaril ləzinə əvcəbətə huquqəhum və fərəztə taətəhum və vilayətəhum. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vəmur qəlbi bi taətikə və la tuxzini bi məsiyətikə vərzuqni bi muvasatə mən qəttərtə ələyhi min rizqikə bima vəssətə ələyyə min fəzlikə və nəşərtə ələyyə min ədlikə və əhyəytəni təhtə zillikə. Və haza şəhru nəbiyyikə səyyidi rusulikə şəbanal ləzi həfəftəhu minkə birrəhməti vərrizvanil ləzi kanə rəsulul lahi səllallahu ələyhi və alihi yədəbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyyamihi buxuən ləkə fi ikramihi və izamihi ila məhəlli himamihi. Əllahummə fə əinna ələl istinani bi sunnətihi fihi və nəyliş şəfaəti lədəyhi. Əllahummə vəcəlhu li şəfiən muşəffəən və təriqən iləykə məhyəən vəcəlni ləhu muttəbiən hətta əlqakə yəuməl qiyaməti ənni raziyən və ən zunubi ğaziyən qəd əvcəbtə li minkər rəhmətə vər rizvanə və ənzəltəni darəl qərari və məhəlləl əxyari"


Həmçinin, həmin günlərdə oruc tutmağın da fəziləti vardır.


Rəvayət olunub ki, mələklər Allah-Taaladan, Şəban ayının cümə axşamında oruc tutan şəxsin bağışlanmasını və dualarının müstəcəb olmasını istəyirlər.


Nəbəvi xəbərə əsasən, Şəban ayının bazar ertəsində və cümə axşamında oruc tutan şəxsin Allah-Taala 20 dünya və 20 axirət hacətini yerinə yetirər.


8. Bu ayda çoxlu salavat göndərmək və s.


Şəban ayının ilk gecəsi


«İqbal» kitabında bu gecə üçün çoxlu namazlar zikr olunmuşdur. Biz onlardan yalnız birini sizin nəzərinizə çatdırırıq: Bu namaz on iki rəkətdir. Onun hər rəkətində «Həmd»dən sonra on bir dəfə «İxlas» surəsi deyilməlidir.


Şəban ayının birinci günü


Seyyid ibn Tavus Allahın Rəsulundan (s) nəql etmişdir: «Şəban ayının ilk üç gününü oruc tutmağın və gecələrində 2 rəkət namaz qılmağın (hər rəkətdə «Həmd»dən sonra 11 dəfə «İxlas» surəsi deyilməlidir) çoxlu savabı vardır».


Həmçinin, bu günün orucunun da böyük fəziləti vardır. İmam Sadiq (ə) buyurmuşdur: «Şəban ayının ilk gününü oruc tutan şəxsə, behişt vacib olar.»


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub

 
user comment