İncəsənət şöbəsi : İslam və tarixi şəxsiyyətlərlə bağlı İran televiziyası 13 müxtəlif serial çəkəcək. Bu serialların bəzisi artıq istehsal ərəfəsindədir, bəzisinin ssenarisi yazılır və bəzisi haqda araşdırmalar aparılır.
İQNA Quran agentliyinin İran televiziyasına istinadən məlumatına əsasən,İran İslam Respublikasının dövlət televiziyasnda hazırda “Pəhləvi papağı”, “Saxsı kasalar”, “ağ vəziyyət”, “Usənə padşahı”, “Dumanlı Təbriz” kimi seriallar artı istehsal olmaq ərəfəsindədir və gələn ildən efirə çıxacaq.
Dövlət televiziyası “Həzrət Musa (ə) və “Sönmüş ildırım” seriallarının çəkilməsi haqda qərar qəbul edib.
Məlumata əsasən, “Sonuncu şah”, “Qorxmazlıq fəsli”, “Səlman Farsi”, “Pəhləvi cinayəti və xəyanəti”, “Həzrət Əbu Talib (ə) və s. kimi serialların çəkilməsi üçün hazırlıq işləri gedir. Bu serialların çəkilməsi üçün lazım olan vəsaitin hesablanması və ssenarinin yazılması kimi mərhələdədir.
İran dövlət televiziyası tarixi və islami şəxsiyyətlər haqda film və serialların çəkilməsinə üstünlük verir. Bu məqsədlə artıq dekabrın 23-də İranlı ziyalı şəxsiyyətlərin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Onlar İslam tarixi, müqəddəs müdafiə , İranın keçmişdə və indiki dövrdə şəxsiyyətləri mövzusunda fkir mübadiləsi aparacaqlar.
source : www.iqna.ir