Azəri
Friday 27th of December 2024
0
نفر 0

"İslami Həmkarlar Təşkilatı" "Timbuktu"da əlyazma nüsxələrin yandırılmasını məhkum etdi

  "İslami Həmkarlar Təşkilatı"  29 yanvar 2013-cü il bəyaniyyə yayaraq ifratçı qruplar tərəfindən Mali respublikasının "Timbuktu" kitabxanasında saxlanılan İslami və Tarixi əlyazma nüsxələrin yandırılmasını məhkum etdi.

 "Əl-Mənar" peyk kanalının rəsmi xəbər saytına istinadən verdiyi xəbərə görə Əkmələddin Ehsanoğlu - İslami Həmkarlar Təşkilatının (İSESCO) baş katibi, bəyaniyyə verərək Mali respublikasının tarixi və qədimi şəhərlərindən sayılan "Timbuktu" kitabxanasında saxlanılan İslami və Tarixi əlyazma nüsxələrin ifratçı qruplar tərəfindən yandırılmasını və müqəddəs məkanların bu qruplar tərəfindən dağıdılmasını məhkum etdi.

 "Timbuktu" kitabxanası İslamın və Tarixin əlyazma nüsxələrini və sənədlərini - ki, bütün bəşəriyyət ümün qiymətli bir xəzinə sayılır, özündə qoruyub saxlayır.

 "Timbuktu" Mali respublikasının paytaxtı olan "Bamaku" şəhərinin şimal-şərqinin 900 km-də yerləşir və İslami-Tarixi əsərlərinə görə Afrikada İslam Mədəniyyətinin paytaxtı adlanır.

 Son xəbərlərə görə ifratçı vəhabi qruplarda bu şəhərin bir çox qədimi əsərlərini və əlyazma nüsxələrini yandırıb məhv etmişlər.

 Malinin Mədəniyyət nazirliyinin verdiyi məlumata əsasən indiyədək təqribən 100 minə qədər İslami əlyazma nüsxə "Əhməd Baba" İslami araşdırmalar və Ali tədqiqat mərkəzində qorunub saxlanılır.

 UNESCO təşkilatı Malinin İslami və Tarixi əsərlərinin məhv olunmasını dair narahatçılığını bildirərək regiondakı bütün qruplaşmalrdan ölkələrinin qədimi və tarixi mirasına ehtiramla yanaşmalırnı tələb etmişdir.


source : http://iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudi işğalçı ünsürlər də sələfilər kimi azyaşlı uşağı ...
Qurani-Kərimin alman dilində tərcümə və təfsiri
Fransız senatorlar İslam əleyhinə nümayişlərin qarşısının alınmasını ...
Nigeriyada Zariya Şiə Soyqırmına etiraz əlaməti olaraq Şəhidlərin 40-da Şeyx ...
Burundi müsəlmanları İslam Peyğəmbəri (s)-nin mövludu münasibətilə bayram ...
Mosul əməliyyatına qatılan '' Əbu Əzrail '' işid qəsbkarlarına Belə meydan oxudu
Quran sərgisində Portuqal dilində İslami kitablar məcmuəsinin nümayişi
Ərəbistanda şiələrin hüquqlarının pozulması və onlara qarşı diqqətsizlik, ...
Qətərdə “100 Quran xətmi” layihəsinin icrasına başlanılır
Ayətullah Məkarim Şirazinin Ərbəinlə bağlı tövsiyələr

 
user comment