Azəri
Thursday 18th of July 2024
0
نفر 0

MÖVSÜM SƏMƏDOVUN MƏHKƏMƏSİNİN VAXTI MÜƏYYƏNLƏŞDİ

 MÖVSÜM SƏMƏDOVUN MƏHKƏMƏSİNİN VAXTI MÜƏYYƏNLƏŞDİ

2007-ci ildə partiya sədri seçilən Doktor Mövsüm Səmədov yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ölkə səviyyəsində rəvac verdiyi korrupsiyaya, qanun pozğunluğuna, işğalçı sionist rejimin göstərişlərini əliyevlər tərəfindən canla və başla həyata keçirilməsini tənqid edərək Məhəmməd Peyğəmbərdən (səlləllahu əleyhi və aleh) “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.

 

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam Partiyasının lideri və digər islamçıların cinayət işi üzrə məhkəməsinin hazırlıq iclasının vaxtı müəyyənləşib


Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, partiya sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyənləşib. Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən verilən məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesinin hazırlıq iclası iyulun 8-də keçiriləcək.


Qeyd edək ki, İslam Partiysının lideri Mövsüm Səmədovun vəkili Anar Qasımov FaktXeber.com-a bildirdi ki, məhkəmənin açıq şəkildə keçirilməsi ehtimal olunur.


Bu il yanvarın 7-dən Azərbaycan İslam Partiyası üzvlərinin və bəzi dindarların həbsi başlayıb. Həmin gün Doktr Mövsüm Səmədov, onun sürücüsü Mirhüseyn Kazımov, AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev və partiya funksioneri Elçin Həsənov tutulublar.

 

Yanvarın 8-də Nərimanov Rayon Məhkəməsi Vaqif Abdullayevə 15, Doktr Mövsüm Səmədova və Elçin Həsənova 13, Mirhüseyn Kazımova isə 11 sutka iş verib. Onlar polisə tabe olmamaqda şərrlənərək təqsirli biliniblər.


Həmin gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Doktr Mövsüm Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədovun işlədiyi dükanda əməliyyat-axtarış tədbirləri keçirib. Doktr Mövsüm Səmədovun atası Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altında 3 ədəd əl qumbarası qoyaraq, habelə yaşadığı evdə 7 ədəd avtomat patronu və içərisində dini radiklazmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcıları ataraq Dəyanət Səmədovu həbs ediblər.


Yanvarın 11-də Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin evində axtarış aparılıb. 10 ədəd “F-1” əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraqı F.Məmmədrızayevin evinə ataraq onu yanvarın 13-də həbs ediblər.


Yanvarın 18-də AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayevə, ayın 20-də isə Doktr Mövsüm Səmədova ittiham irəli sürülüb.


Həmin ay partiyanın Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə, Masallının Xıl kəndinin axundu Fəramiz Abbasova məxsus evlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və qabaqcadan həyətlərində silah-sursat yerləşdirən əliyevlərin məmurları odlu silahları aşkar edildikdən sonra onları da həbs ediblər.


İslamçılar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə dövlət tərəfindən şərrlənilərək ittiham olunurlar.


Yalnız Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1. (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə şərrlənərək yeni ittiham irəli sürülüb.


Bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır.


2007-ci ildə partiya sədri seçilən Doktor Mövsüm Səmədov yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ölkə səviyyəsində rəvac verdiyi korrupsiyaya, qanun pozğunluğuna, işğalçı sionist rejimin göstərişlərini əliyevlər tərəfindən canla və başla həyata keçirilməsini tənqid edərək Məhəmməd Peyğəmbərdən (səlləllahu əleyhi və aleh) “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...

 
user comment