Azəri
Monday 20th of May 2024
0
نفر 0

İLAHİ ÖVLİYALARIN SƏCDƏSİ

 
İlahi övliyaların səcdələrinə nəzər salmaq müt’ilik və ibadət ilhamıdır. İndi isə bir neçə nümunəyə nəzər salaq:
İmam Səccad (ə) səcdədə o qədər diqqətli olur və Allahın adını o qədər təkrar edirdi ki, qalxanda mübarək bədəni tər içində olurdu.[353] İmam Kazim (ə) sübh namazından sonra gün qalxanadək səcdə halında olurdu.[354]
Həzrət İbrahimin (ə) “xəlilullah” məqamına çatmasının səbəbi onun uzun səcdələri idi.[355]
Salman Farsi deyirdi: “Əgər səcdə olmasaydı, mən ölüm arzulayardım. (Yə’ni dünya həyatında yalnız səcdəni sevirəm)”[356]
Həzrət Musa (ə) nafilə namazlarından sonra üzünün sağ və sol tərəflərini torpağa sürtürdü.[357]
Bir şəxs deyir: İmam Sadiqin (ə) səcdədə beş yüz dəfə “subhanəllah” kəlməsini təkrarladığını gördüm.[358]
Dördüncü imamın (ə) səcdə zamanı yerə toxunan yeddi ə’zasında səcdə əlaməti vardı. Buna görə də ona “Səccad” ləqəbi verilmişdi.[359] Qur’an Allah rəsulunun (s) səhabələrini belə vəsf edir: “Kafirlərə qarşı sərt, bir-birlərinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan fəzl diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir.”[360]
SƏCDƏNİN TƏ’SİRLƏRİ
Səcdə insanı Allaha yaxınlaşdırır, günahları təmizləyir, şeytanı məhv edir və insanı behiştə yola salır. İndi isə bu barədə bir neçə hədisə nəzər salaq:
Bir nəfər Peyğəmbərin (s) yanına gəlib dedi: “Günahlarım çox, əməlim azdır.” Həzrət (s) buyurdu: “Səcdələrinin sayın artır. Çünki külək ağacların yarpağını tökdüyü kimi səcdə günahları tökür.”[361]
Bir dəstə müsəlman Peyğəmbərin (s) yanına gəlib behişt üçün zəmanət istədi. Həzrət (s) buyurdu, bir şərtlə ki, uzun səcdələrlə bu işdə mənə kömək edəcəksiniz.[362]
İmam Sadiq (ə) buyurur: “Səcdələrinizi uzadın. Çünki insanın səcdəsi şeytanı çox narahat edir. Şeytana əmr olundu ki, Adəmə (ə) səcdə etsin, o itaət etmədi. Lakin insan itaətkar oldu və nicat tapdı.”[363]
İslam peyğəmbəri (s) öz yaxınlarından birinə buyurdu: “Əgər qiyamətdə mənimlə olmaq istəyirsənsə, Allah qarşısında uzun səcdələr et.”[364]
KƏRBƏLA TORPAĞINA SƏCDƏ
Bə’zi təbii və maddi şeylər mə’nəvi və dəyərli məfhumları xatırladır. Şəhid torpağı da bu qəbildəndir.
Müstəhəbdir ki, insan Seyyidüş-şühədanın (Hüseynin) (ə) qəbrinin torpağına səcdə qılsın. Çünki imam Hüseynin (ə) pak türbətinə səcdə Kərbəla hadisələrini yada salır, insanı cihad və şəhadətlə tanış edir, həmin məqama yaxınlaşdırır. İmam (ə) türbətindən isar və fədakarlıq qoxusu duyulur və bu yolla şəhidlər məktəbindən gündəlik dərs almaq olar.
İmam Sadiq (ə) yalnız imam Hüseynin (ə) qəbrinin torpağına səcdə edirdi.[365] O deyirdi: “İmam Hüseyn (ə) torpağına səcdədə nur var. Bu nur mane olan pərdələri yırtır.”[366]
“SUBHANƏLLAH” KƏLMƏSİNİN MƏ’NASI
Bu zikrin məfhumu Allahın təqdis olunması, hər bir nöqsan və eybdən uzaqlaşdırılmasıdır.
“Subhanəllah” kəlməsi həm islami düşüncə və əqidələrin kökü, həm də insanın Allahla və kamillik sifətləri ilə əlaqəsinin əsası olan bir həqiqəti bəyan edir.
İzah: “Tövhid” Allaha təsbihə əsaslanır. Yə’ni, Allahı şəriklərdən uzaq bilmək.[367]
“Ədl” (Allahın ədaləti) Allaha təsbihə əsaslanır. Yə’ni Allahı zülmdən uzaq bilmək. Allah heç kəsə zülm etmir. Əgər insan bəla və çətinliklərlə qarşılaşırsa, bu ya iste’dadların çiçəklənməsi üçün imtahan, ya da öz əməllərimizin nəticəsidir. “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır!”[368] Demək, Allah pakdır, zülm edən biz özümüzük: “...Rəbbimiz pak və müqəddəsdir. Həqiqətən, biz zalım idik...”[369]
“Nübüvvət və imamət” Allaha təsbihə əsaslanır. Yə’ni Allah insanı zülm və nəfs istəklərindən xilas edib, haqqa, kamillik və səadətə doğru yönəltmək üçün özbaşına buraxmayıb, ona başçı və rəhbər göndərir. Demək, Allah “bəşəri özbaşına buraxmışdır” ittihamından pakdır. Yanlış düşüncə sahibləri Allahın haqqını tanımadıqlarından, Onu hikmət sahibi bilmədiklərindən belə düşünmüşlər.[370] “Məad” Allaha təsbihə əsaslanır. Əbədi axirət həyatı və sorğu günü olmasaydı həyat əbəs olardı və insanlar haqqını almazdı. Allah kainatı əbəs yerə və məadsız yaratmamışdır: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?”
Subhanəllah! Allah varlığın şərəflisi olan insanın sonunu puç və dəyərsiz edib, boş-boş işlər görməz.
“İlahi eşq” Allaha təsbihə əsaslanır. Çünki O eyibsiz vücud və mütləq kamildir. Beləsə, nə üçün Onu sevməyək?!
“İnsanın razılığı” Allaha təsbihə əsaslanır. Allahdan razı olan şəxs Onun işlərində eyb tutmur və bütün vücudu ilə Ona təsbih deyir.
“İtaət” Allaha təsbihə əsaslanır. İnsan kamil və bütün nöqsanlardan pak bildiyi mə’buda bəndəlik və itaət edir.
“Təvəkkül” Allaha təsbihə əsaslanır. Allahın qüdrətli və mehriban olmasına inananlar, Onu cəhalət və zəiflikdən uzaq sayanlar Ona arxalanırlar.
“Təqva” Allaha təsbihə əsaslanır. Təqvalı insan Allahı agah, dəqiq və ədalətli tanıyır. O, aləmin Allahın hüzurunda olmasına və Onun qəflətdən uzaqlığına inanır. Buna görə Ondan qorxur və günah etmir.
Demək, bu mübarək kəlmə (təsbih) geniş mə’na daşıyır; təsbih Allahı məhəbbət, bəndəlik, təvəkkül, təqva, itaət, eləcə də tövhid, nübüvvət, məad, imamət və ədalətə e’tiqad əsasında pak bilməkdir. Belə ki, O, pak olduğu üçün sitayiş və həmdə layiqdir. Buna görə “təsbihati-ərbəə”də “subhanəllah” kəlməsindən dərhal sonra “əl-həmdu lillah” deyirik.
Qur’an Allahın şəriklikdən uzaq olduğunu bildirir: “Allah bunların Ona qoşduqları şəriklərdən tamamilə uzaqdır.”[371] Qur’an buyurur: “Ərşin sahibi olan Allah müşriklərin aid etdikləri sifətlərdən tamamilə uzaqdır.”[372] Qur’an Allahın fəqirlikdən uzaq olduğunu bildirir: “Allah pak və müqəddəsdir. O, möhtac deyildir.” (“Yunis” surəsi, ayə 68) Qur’an buyurur: “...Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən!”[373] Qur’an Allahı bəndələrə zülm etməkdən uzaq bilir. Əksinə, xalq özü özünə zülm edir: “...Pərvərdigara! Səndən başqa heç bir tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə, həqiqətən zalımlardan olmuşam...”[374] Qur’an Allahın qızları olmadığını, Onun pak olduğunu bildirir: “Onlar Allaha qızlar isnad edirlər. Allah pak və müqəddəsdir...”[375]
Bu müxtəlif hallarda zikrin təkrarlanma sirri, bir tövhid dərsidir.


 [353]bax: “Bihar”, 82-ci cild, səh.137.
[354]bax: “Qisarul-cuməl”, səcdə.
[355]bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.329.
[356]bax: “Bihar”, 6-cı cild, səh.130.
[357]bax: “Qisarul-cuməl”, səcdə.
[358]bax: “Vəsail”, 4-ci cild, səh.979.
[359]bax: “Vəsail”, 4-ci cild, səh.977.
[360]“Fəth” surəsi, ayə 29.
[361]“Bihar”, 82-ci cild, səh.162; “Mustədrək”, 1-ci cild, səh.329.
[362]“Bihar”, 82-ci cild, səh.164; “Mustədrək”, 1-ci cild, səh.329.
[363]“Bihar” 82-ci cild, səh.163.
[364]“Bihar”, 82-ci cild, səh.164.
[365]bax: “Vəsail”, 3-cü cild, səh.608.
[366]bax: “Bihar”, 100-ci cild, səh.135, səh.106 və 140. İmam Hüseynin (ə) tərübətinə aid rəvayətlər.
[367]bax: “Tur” surəsi, ayə 43.
[368]“Şura” surəsi, ayə 30.
[369]“Qələm” surəsi, ayə 29.
[370]“Ən’am” surəsi, ayə 91.
[371]“Tur” surəsi, ayə 43.
[372]“Ənbiya” surəsi, ayə 22.
[373]“Ali İmran” surəsi, ayə 191.
[374]“Ənbiya” surəsi, ayə 87.
[375]“Nəhl” surəsi, ayə 57.



source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Tibb sahəsində Müsəlmanların elmi nailiyyətləri
Hazrat Fatima (S.A) is the Master of All of the Worlds’ Women
Rüşvət
ABNA Qadınlar Bayramı münasibətilə təbrik edir (Xanım Zəhra haqqda qısa ...
Öz evində ...
Məgər kitabdan (Tövrat və İncildən) bir pay verilmiş kəsləri görmədinmi ki, ...
On ikinci İmamın (əc) məqamı ilə tanışlıq
Ümrənin növləri
İmam Həsən Əskəridən (ə) hədislər

 
user comment