Azəri
Sunday 21st of July 2024
1
نفر 0

DEVAMM etiraz edir

DEVAMM etiraz edir

 AİP rəhbərliyinə qarşı "yəhudiləri öldürmək" kimi absurd ittihamlar qəbul edilməzdir


DEVAMM etiraz edir

Vəkil Anar Qasımov: "Verilən ittihamın kökündə bu dayanır ki, guya Mövsüm Səmədov mütəşəkkil dəstə yaradaraq Quba rayonunda yaşayan yəhudiləri öldürmək istəyib"

AİP sədri Mövsüm Səmədovun vəkili Anar Qasımov məhkəmədə çıxış edərkən Mövsüm Səmədovun və AİP fəallarının ittiham olunduqları maddələrin birinin Qubada yaşayan yəhudilərə qarşı silahlı basqın təşkil etmək olduğunu bildirdi. Guya Mövsüm Səmədov və digər həbs olunanlar silahlı mütəşəkkil dəstə yaradaraq Qubada yaşayan yəhudiləri öldürmək istəyiblər. Nə qədər də absurd məsələdir. Niyə məhz yəhudilər? Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Mövsüm Səmədovun vəkili Anar Qasımov bunları bildirdi: "Verilən ittihamın kökündə bu dayanır ki, guya Mövsüm Səmədov mütəşəkkil dəstək yaradaraq silah əldə edib Quba rayonunda yaşayan yəhudiləri öldürmək istəyib. Əgər bunun belə bir məqsədi vardırsa və ya Qubada yəhudiləri öldürücəkdirsə, silahlar Astaradan və Gəncədən niyə çıxırdı?! Onu da qeyd edim ki, istintaq işinin özündə heç bir yəhudi millətinə xas olan bir nəfər yoxdur. Məhz bunun əsas səbəbi Azərbaycan İslam Partiyasının İsrail rejiminə və İsrailin Fələstinlə bağlı məsələlərinə qarşı sərt mövqedə olmasıdır. Lakin istintaq işinin özündə bir dənə də olsun yəhudi dindirilməyib".

Hazırda AİP rəhbərliyi və fəalları həm terroçuluqda, həm yəhudiləri öldürmək istəməkdə, həm də dövlət çevrilişində ittiham olunurlar. (Xəyal Şükür, Faktxeber)

DEVAMM bununla bağlı etiraz bəyanatı verib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, AİP rəhbərliyinə və fəallarına qarşı bu ittihamların heç bir əsası yoxdur: "Hamıya məlumdur ki, müsəlman bir insan üçün günahsız insanların qətli nə dərəcədə mümkünsüz bir haldır. İllah da, milli mənsubiyyət kimi bir məfkurəyə əsaslanaraq. İttiham tərəfini bu cür əsassız və qeyri-hüquqi hərərkətləri dayandırmağa çağırırıq. Biz israr edirik ki, AİP rəhbərliyinə və fəallarına qarşı irəli sürülən heç bir ittihamın əsası yoxdur. DEVAMM hesab edir ki, bu insanların təqibi onların baxışlarına görədir. Müxtəlif saxta ittihamlarla bu təqibləri həyata keçirmək düzgün deyil. Biz DEVAMM olaraq, həm AİP rəhbərliyinin və fəallarının, həm digər məhbusların bəraət alması üçün bir daha çağırış edirik".


source : ابنا
1
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı

 
user comment

Jeslyn
Always a good job right here. Keep rolling on trohugh.
پاسخ
0     0
2011-08-05 03:48:13