Azəri
Sunday 5th of January 2025
0
نفر 0

Məhbus ailələri prezidentlə görüş tələb edir

Məhbus ailələri prezidentlə görüş tələb edir

Həbs olunanların ailələri ölkə başçısı ilə görüş tələb edirlər. “Təəssüflər olsun ki, nəinki bizə bu şəraiti yaratmırlar, əksinə ölkə başçısı ilə xalq arasında uçurumu dərinləşdirirlər.”

Məhbus ailələri prezidentlə görüş tələb edir

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, partiyanın Astara rayon komitəsinin sədri Rufullah Axundzadə və digər həbs olunanların ailə üzvləri Prezident Aparatına gəliblər. Bu barədə Xəbər.İnfo xəbər portalına Rufullah Axundzadənin böyük qızı Nuranə Axundzadə məlumat verib. N.Axundzadə bildirib ki, artıq üçüncü dəfədir biz Prezident Aparatına gəlirik: “Günahsız yerə həbs olunanların ailələri ilə birlikdə bundan öncə iki dəfə gəlib sözümüzü ölkə başçısına çatdırmağa səy göstərmişik. Amma əvvəl dedilər ki, bir həftədən sonra gəlin. Sonra 10 gün, daha sonra bir ay vaxt qoydular. Biz prezidentlə görüşüb, sözümüzü ona çatdırmaq istəyirik. Təəssüflər olsun ki, nəinki bizə bu şəraiti yaratmırlar, əksinə ölkə başçısı ilə xalq arasında uçurumu dərinləşdirirlər”.

“Bu dəfə də sakitcə gəldik. Soruşdular ki, nə lazımdır? Dedik, prezidentlə görüş tələb edirik. Bizi içəri apardılar, bir qadın qəbul etdi. Bizimlə çox kobud rəftar edib, prezidentlə heç zaman görüşə bilməyəcəyimizi dedi. Biz də bunun, hüququmuz olduğunu xatırlatdıq. Nəhayət bizimlə hündürdən danışıb, polis çağırdı” – deyən N.Axundzadə əlavə etdi: “Polis oranı tərk etməyimizi tələb edəndə, biz də mütləq görüşəcəyimizi bildirdik. Sonra bizə qarşı zor işlədərək, məcburi şəkildə polis maşınlarına mindirməyə cəhd göstərdilər. Onu da deyim ki, bizim üstümüzə bir neçə maşın polis gətirmişdilər. Çox kobudluq etdilər, hətta qucağımdakı yeddi aylıq uşağa belə rəhm etmirdilər”.

N.Axundzadə onlara qarşı edilən təzyiqlərə baxmayaraq, heç bir günahı olmadan həbs olunan atası və digər məhbusların azad olunmalarını tələb edəcəklərini bildirdi: “Biz geri çəkilməyəcəyik. Son ana qədər mübarizə aparacağıq. Əminik ki, həbs olunanların heç bir günahı yoxdur. Onlar dini əqidələrinə görə zindanlara salınıblar”.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tehranda İlham Əliyevin səfirliyi qarşısında etiraz aksiyası
“Çeşmey-e Rizvan” adlı Quran diski işıq üzü görüb
"Cümə" məscidinin dini icması növbəti bayram tədbirini keçirtdi
Hindistanada “Mübarək Ramazan” adlı seminar keçiriləcək
Şeyx Zəkzəki 484 gündür qanunsuz olaraq həbsdədir.​ Nigeriya xalqı etiraz ...
Səuidiyyə Ərəbistanın “Sihat” şəhərində Qədir Xum bayramı ilə bağlı ...
İran bütün təhdidlərə və qadağalara baxmayaraq insani dəyərləri qorumağa ...
Kumurun arxipelaq adalarında Quran və hədislərin əzbərlənməsi müsabiqələri ...
Ayətullah Xatəmi AB-in İrana qarşı neft embarqosunu qınadı
Almaniyada İslam əsərləri adlı sərgi açılacaq

 
user comment