Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

DİLƏNÇİLƏRİN HAQLARINI BƏYAN EDƏN AYƏNİN NƏSXİ

«Mallarında da dilənçinin və [abrına qısılıb dilənməyən] yoxsulun haqqı [payı] var idi. Şəriətə müvafiq olaraq var-dövlətlərinin müəyyən hissəsini ehtiyacı olanlara paylayırdılar.» (51/19).

«O kəslər ki, onların mallarında müəyyən bir haqq [pay] vardır. Dilənən və [hər şeydən] məhrum olan [lakin abrına qısılıb dilənməyən] kimsə üçün:» (10/24-25).

Ayənin nəsx olunub-olunmaması haqda təfsir alimləri tərəfindən müxtəlif fərziyyələr irəli sürülmüşdür.

Onlardan bəziləri «mallarında müəyyən bir haqq [pay] vardır» dedikdə ödənilməsi vacib olan zəkatın, bəziləri digər vacib ödənişin, bəziləri də müstəhəb olan digər ödənişlərin nəzərdə tutulduğunu qeyd etmişlər. Bu səbəbdən də birinci ehtimala əsasən deyə bilərik ki, ayə zəkat ayələrinə aiddir. Və nəsx olunmadan qüvvədə olaraq qalmaqdadır. Üçüncü ehtimala əsasən yenə də ayənin nəsx olunduğu heç bir məna və məfhum kəsb etmir. Çünki müstəhəb olan ödəniş [sədəqə, ehsan] daimi varlı təbəqəyə aid olmuş və olacaqdır. Lakin ikinci ehtimala əsasən nəzərdə tutulmuş vacib ödəniş haqqı zəkatdan fərqli olan bir ödəniş haqqıdır. Və bu hər iki ayəni nəsx etmişdir. Çünki, zəkatın vacib olması ilə digər vacib sədəqələr nəsx olunaraq ödənilməsi təxirə düşmüş olur. Hal-hazırda islamda zəkatdan savayı başqa bir ödəniş haqqı mövcud deyildir.

Bütün bunları nəzərə alaraq alimlərin bir qismi «müəyyən haqq» deyildikdə zəkatdan başqa, digər vacib ödəniş haqqının nəzərdə tutulduğuna və buna əsasən ayənin nəsx olunduğuna istinad etmişlər.

Cavab:

Hər iki ayəni diqqətlə nəzərdən keçirdikdə, belə, qənaətə gəlmək olur ki, ayədə «müəyyən haqq» deyildikdə nə zəkat, nə də hər hansı bir vacib ödəniş haqqı nəzərdə tutulur. Sadəcə olaraq burada, cəmiyyətdə adət halını almış və ödənilməsi müstəhəb olan adi ödəniş haqqı nəzərdə tutulur.

Qeyd etdiklərimizi sübuta yetirəcək iki əsaslı dəlilə istinad edirik:

1. Şiə və sünnü mənbələrində nəql olunmuş hədis və rəvayətlərdə yalnız zəkatın vacib olduğu göstərilmişdir.

2. Əhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətlərdə ayədə müstəhəb ödəniş haqqının [sədəqənin] nəzərdə tutulduğu göstərilir.

Siqətul-islam Koleyni, Əbu Bəsirə istinad edərək deyir: İmam Sadiq (ə) ilə birlikdə idik. Dövlətlilərdən bir neçəsi də bizimlə idilər. Zəkat haqda söhbət açıldıqda imam Sadiq (ə) buyurdu: «Zəkat verməklə kimsə tərif edilməməlidir. Bu vacib vergini ödəməklə insan canını və malını qorumuş olur və müsəlman adlandırılır. [İmkan daxilində] zəkat haqqını ödəməyənlərdən isə namaz belə qəbul olunmaz. Lakin zəkatdan başqa da üzərinizə digər ödəniş haqları da düşür.»

Əbu Bəsir tərəddüd edərək dedi: Zəkatdan başqa bir vergi ödəməliyik?

İmam Sadiq (ə), Əbu Bəsirin bundan xəbəri olmadığını görüb təəccüblə dedi: «Məgər bu ayəni eşitməmisinizmi?»

«O kəslər ki, onların malında müəyyən haqq [pay] vardır».

Əbu Bəsir deyir: Müəyyən haqq deyildikdə nə nəzərdə tutulur?

İmam Sadiq (ə) buyurdu: «And olsun Allaha! Bu hər bir şəxsin günlük, həftəlik, aylıq və ya illik əlavə qazanclarının ehtiyacı olanlara ödəməli olduğu haqdır [sədəqədir].»

Koleyni başqa bir rəvayətdə İsmail ibni Cabirə istinad edərək imam Sadiq (ə)-dan nəql edərək deyir:

İmam Sadiq (ə)-dan zəkatdan başqa digər ödəniş haqqının olub-olmadığını soruşdum.

İmam Sadiq (ə) buyurdu: «Bəli vardır. Varlılar qazandıqları var-dövlətdən min, iki min və ya üç min dirhəm ehtiyacı olanlar üçün ayırarlar. Bu da həmin müəyyən ödəniş haqqıdır.»[43]

Biyhəqi özünün «Şəbul iman» adlı kitabında Ğəzvan ibni Əbu-hatimə istinad edərək nəql etdiyi rəvayətdə deyir: «Əbuzər, Osmanın evinin astanasında dayanıb evə daxil olmaq istəyirdi. Lakin kimsə ona icazə vermirdi. Qüreyş qəbiləsindən olan bir şəxs onu görcək soruşdu: Əbuzər nə üçün burada oturmusan?

Əbuzər dedi: Onlar mənə evə daxil olmağa icazə vermirlər.

O, Osmanın evinə daxil olub dedi: Əbuzərin günahı nədir ki, ona evə daxil olmağa icazə vermirsiniz? Osman, Əbuzərə evə daxil olmağa icazə verdi. O, da məclisə daxil olub onların kənarında əyləşdi.

Osman, Kəbul Əhbarı çağıraraq dedi: Ey Əba İshaq! Əgər bir şəxs malının zəkatını ödəyərsə yenə də günahı olarmı? Kəb qətiyyətlə dedi: Xeyr! Əbuzər təəccüblənərək əsəbi halda ayağa qalxıb əlindəki əsa ilə Kəbin kürəyinə vurub dedi: Ey yəhudi övladı! Elə güman edirsən ki, zəkat ödənildikdən sonra heç bir vergi haqqı ödənilməməlidir? Bir halda ki Allah-taala Qurani-kərimdə bu haqda buyurur: (59/9), (16/8), (1/74-75).

İbni Abbas bu rəvayətə istinad edərək deyir: Müəyyən haqq deyildikdə sədəqə deyil, hər bir şəxsin [imkan daxilində] ehtiyacı olan qohum-əqrəbasına etdiyi yardım və saxladığı qonaqların məxarici nəzərdə tutulur.[44]

Təfsir alimlərinin bir qismi İbni Abbasın dediklərinə istinad etmişlər.

Nəticə:

Demək «müəyyən haqq» deyildikdə vacib deyil, müstəhəb ödəniş haqqı nəzərdə tutulur. Və ayənin verdiyi hökm nəsx olunmadan qüvvədə qalmaqdadır.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

DUA QUR`ANDA
Еvdә vә mәscİddә Qur’an tİlavәtİ
İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?
ELM VƏ ALIMIN ŞƏHADƏT VERMƏSI
Zi-hiccə ayının 10-cu günü
Əl-Maidə (Süfrə) surəsi-3
Xorasan vilayəti İslamın ilk dövrlərindən indiyədək
İlahi Peyğəmbərlər (ə.s) İmam Hüseynə (ə.s) göz yaşı töküblərmi?
MUSA VƏ QARDAŞININ TƏVAZÖKARLIĞI
Yахşı söz vә ruzinin аrtmаsı

 
user comment