Azəri
Sunday 21st of July 2024
0
نفر 0

Məhkəmə davam edir

Məhkəmə davam edir

İslam Partiyası üzvlərinin məhkəməsi davam edib və növbəti iclas avqustun 19-na təyin olunub
Bu gün Bakı Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsində hakim Eldar İsmayılovun sıdrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, onunla yanaşı - AİP sədrinin müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Seyyid Fəramiz Abbasov və Quran hafizi Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə davam edir

 Proses başlayan kimi Vaqif Abdullayevin və Rufulla Axundzadənin vəkilləri vəsatətlə çıxış etdilər. V.Abdullayevin vəkili bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs barədə çıxarılmış həbs qətimkan tədbirinin müddəti 17 iyulda bitsə də, o, hələ də həbsdə saxlanılır. Vəkil vəsatətində Vaqif Abdullayevin dərhal azad edilməsini və onun qanunsuz olaraq həbsdə saxlanılmasında təqsiri olanların cəzalandırılmasını tələb edib. Analoji vəsatətlə Rufulla Axundzadənin də vəkili çıxış edib.

Mövsüm Səmədovun vəkili Anar Qasımov vəsatəti müdafiə edərək bidirib ki, belə vəsatətlərin təmin olunmamasının gələcəkdə Avropa Məhkəməsində Azərbaycana qarşı xoşagəlməz qərarların çıxarılmasına səbəb ola bilər. Dövlət ittihamçısı isə vəsatətin əsassız olduğunu bildirib, onun rədd edilməsini xahiş edib. Müşavirədən sonra hakim vəsatətin rədd dilməsi ilə bağlı qərar qəbul olunub.

Bundan sonra Vaqif Abdullayevin ifadəsi dinlənilib. O, 6 ayda müstəntiqlərin işin mahiyyətinə uyğun suallar vermədiyini bildirib: “Onlar məndən soruşmayıblar ki, bu silahlar hardandır və nə məqsədlə əldə etmisən? Əgər doğurdan da mənim evimdən silah çıxıbsa, onlar mənə bu sualları verməliydilər. Məni terrorizmdə təqsirli bilirlər. Amma soruşmayıblar ki, terror aktını kimə qarşı və kiminlə hazırlayırdın? Mən başa düşə bilmirəm ki, Qubada dini təriqət deyəndə hansı təriqət nəzərdə tutulur? Azərbaycan dindarları həmişə terrora qarşı çıxıblar, çünki terrorçunun milliyəti, dini olmur. Mənim partiyanın iclaslarına adam dəvət etməyimə gəlincə, bu, Vaqif Abdullayevin şəxsi işi yox, tutduğu vəzifə səlahiyyətləri idi. Mən insanları şəxsi istəyimə görə çağırmamışam, bu mənim vəzifə borcum idi. Mənim həbs müddətim artırılanda üzləşmə keçiriləcəyi ilə əsaslandırıldı. Ancaq 6 ay keçib, ancaq heç bir üzləşmə aparılmayıb. Dünyada elə bir dövlət tanımıram ki, ləyaqətli oğlanlarına terrorçu adı versin. Mənim bir düşmənim var o da ermənidir. 60 yaşım olmasına baxmayaraq, səngərdə düşmənlə vuruşmağa hazıram”.

İfadə verdikdən sonra V.Abdullayevin prokurorun suallarına cavab verərək bildirib ki, 2003-cü ildən partiyanın üzvüdür və Mövsüm Səmədovu 2007-ci ildən tanıyır. İslam Partiyasının məramının nədən ibarət olması sualına cavab verən təqsirləndirilən şəxs “Azərbaycan qanunlarından kənara çıxmadan Azərbaycanın maraqlarına qulluq etmək” deyə cavab verib.

Azərbaycanda şəriət dövlətinin qurulması ilə bağlı hansısa bir çıxışlar olub-olmaması barədə suala cavab verən V.Abdullayev deyib ki, partiyanın belə məqsədi olmayıb. “Azərbaycan qanunlarına görə, hər bir vətəndaşın dini etiqad azadlığı var və partiyanın iclaslarında belə çıxışlar olmayıb. Partiyanın 2 yanvar iclasında Mövsüm Səmədovun çıxışına gəldikdə isə həmin iclasda ölkədəki cari vəziyyət müzakirə olunub. Mövsüm Səmədov daim qanuna hörmət etməyə çağırıb və onun çıxışları qanundan kənar olmayıb”.

Bundan sonra vəkil Anar Qasımov V.Abdullayevə partiyanın fəaliyyəti ilə bağlı suallar verib. Cavabında Vaqif Abdullayev bildirib ki, partiyanın fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyindən hər hansı qadağanedici məktub və ya sənəd daxil olmayıb, buna görə də partiyanın fəaliyyəti qeyri-qanuni sayıla bilməz. “Azərbaycanda digər partiyalar da var ki, qeydiyyatsız fəaliyyət göstərir. Çünki qeydiyyatdan keçmək üçün müəyyən fəaliyyət olmalıdır”.

Sözügedən iclasın nə üçün məhz bayram günü keçirildiyinə aydınlıq gətirən Vaqif Abdullayev söyləyib ki, bəzi üzvlər dövlət işində işlədiyindən başqa vaxt gələ bilmədiyi üçün iclas qeyri-iş günündə keçirilib.

Hakimin “Mövsüm Səmədovun çıxışını eşitmisinizmi, orada cihada çağırışlar olubmu” sualına cavabında deyib: “Mən Mövsüm Səmədovun belə bir çıxışını eşitməmişəm ki, orada cihada çağırış olsun”.

Suallara cavablar dinlənildikdən sonra hakim Vaqif Abdullayevin ilkin ifadələrinin məhkəmədə verdiyi ifadələrə ziddiyyət təşkil etdiyini ona irad tutub.

Bundan sonra söz Fəramiz Abbasova verildi. O ifadəsində qeyd etdi ki, haqqında irəli sürülən ittihamları özünə təhqir bilir: “Mən bu sualları cavablandırmağı da təhqir hesab edirəm. Mən dini təbliğatla məşğul olmuşam. Heç vaxt siyasətlə məşğul olmamışam. İnsanları da dinə, pis əməllərdən uzaq olmağa çağırmışam. Mən Qurandan və sünnətdən qırağa çıxmamışam. Rüşvətxorluq, narkomaniya, əxlaqsızlığa qarşı amansız mübarizə aparmışam. Hicab qadağasına etiraz etmişəm. Çünki bu bizim konstitusion hüququmuzdur. Hələ 1828-ci ildə İrəvanda yaşayanların 73 faizi müsəlmanlar idi və burada əvvəlcə dini sıradan çıxartdılar. Beləliklə də 100 il keçməmiş İrəvanı itirdik.

Prokurorun “nə ilə dolanırsan” sualına Fəramiz Abbasova belə cavab verdi: “Mən seyid-peyğəmbər övladıyam. Ürəyi istəyənlər nəzir verir, onun hesabına dolanıram”.

F.Abbasov ittiham aktında “yanlış dini təbliğat” aparması ilə bağlı bildirilənlərə etiraz etdi və qurandan sitat gətirməklə izahat tələb etdi: “Mənə elə bir sübut gətirin ki, həqiqətən də mənim yanlış təbliğat apardığımı sübut olunsun”.

F.Abbasovun ifadəsi dinlənildikdən sonra prosesdə fasilə elan olundu. Fasilədən sonra iki vəkilin prosesdə iştirak etmədiyinə görə hakim məhkəmə iclasını avqustun 19-da saat 10:00 təyin edib.

Xatırladaq ki, Mövsüm Səmədov bu il yanvarın 7–də saxlanılaraq barəsində 13 sutkalıq inzibati həbs seçilib. Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 20-də M.Səmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçılıb və Azərbacan Respublikası Baş Prokuroluğunun ağır cinayətlərə dair işlər idarəsində istintaqa başlanılıb. AİP sədri hakimiyyəti zorla ələ keçirmə cəhdində və ya onu zorla saxlama, qanunsuz olaraq odlu silahdan və ya silah qismində istifadə olunan vasitələrdən istifadə etməklə cinayətə hazırlıqda ittiham olunur.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı

 
user comment