Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Çap səhvlərinə görə bir Quranın nəşri qadağan olundu

Fələstinin böyük müftisi Muhəmməd Hüseyn çap səhvlərinə, surələrin və səhifələrin nizamsızlığına görə bir Quranın nəşrinə qadağa qoydu.

İqna Quran Xəbər Agentliyi : Nablustv televiziya kanalının verdiyi məlumata görə, Fələstinin böyük müftisi, Qazilər şurasının rəhbəri Muhəmməd Hüseyn deyib: “Tərtibat və səhifə nizamsızlığına görə bir Quranın nəşri qadağan edilmişdir. Bu nüsxə Misirin paytaxtı Qahirə şəhərində Əl-Əzhər universitetinin İslami Araşdırmalar Mərkəzindən verilən 1 aprel 2009-cu il tarixində 67 saylı lisenziya ilə çap edilmişdir. Lakin bu Quranda 291-324-cü səhifələr yoxdur və Nəml surəsi də iki dəfə gəlmişdir.”

 

Baş müfti kitabxanalardan və fərdlərdən tez bir zamanda bu quranların toplanıb düzəldilərək yenidən istifadəyə verilməsini istəyib.

 

O, sözünün sonunda deyib: “Allah özü Quranı qoruyandır. Bu kitab da Onun qüvvəsi ilə səhv və təhriflərdən təmizlənəcək. Biz də Allahın razılığını əldə etmək üçün bu kitabı qorumaqda səy göstərməliyik.”


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı

 
user comment