Azəri
Thursday 26th of December 2024
0
نفر 0

HİNDUİZM (5)

 

FİRQƏLƏR

Keçən dərsdə kompromis və mülayimlik hinduizmin təməl prinsipləri və ideoloji əsaslarından olması, hind cəmiyyətində rəngarəng təəssürat və qənaətlərin formalaşması, bunun nəticəsində çoxallahlılıq etiqadı, məbudların saysız-hesabsız heykəlləri, bütlər, çoxlu məbədlər, çoxşaxəli dini qayda-qanunlar və əməllər, etiqad sahəsində müqəddəs kitablar yarandığı qeyd olunmuşdur. Zaman keçdikcə, bir tərəfdən belə bir vəziyyətin formalaşması, digər tərəfdən isə hinduizmin İslam və xristianlıq kimi böyük əqidə məktəblərilə qarşılaşması hindusların arasında müxtəlif firqələr yaranmasına gətirib çıxartdı. Bu firqələrin ən mühümi siqh ayinidir və əslində ona bir yeni din kimi baxmaq lazımdır. Bu din İslamla hinduizmin qarşılaşması nəticəsində meydana gəlmişdir. Bu barədə gələn iki dərsdə bəhs olunacaqdır. İngiltərənin Hindistandakı müstəmləkəçilik dövründə İslam, xristianlıq və qərb mədəniyyəti ilə qarşılaşma nəticəsində yaranan digər firqələrin ən mühümlərini bu dərslərdə araşdıracağıq; onların ən geniş yayılmış dəstələri aşağıdakılardır:

1. Brahma-samac firqəsi; Bu firqənin əsası 1828-ci ildə Ramnuhan Roy adlı brahman tərəfindən qoyulmuşdur. O, Mahavira və Budda və s. Hind mütəfəkkirləri kimi həqiqətin kəşf olunması üçün uzun illər sərgərdan həyat sürərək daim axtarış aparmışdır. Ramnuhan Roy digər ideoloji cərəyanlarla tanış olmaqla yanaşı, hind cəmiyyətində mövcud olan minlərlə təfəkkür tərzi arasında həqiqəti tapmağa çalışmışdır.

O, İngiltərə dövləti tərəfindən xristianlığın Hindistanda təbliği üçün göndərilmiş missionerlərlə tanışlıqdan sonra xristian əxlaqına maraq göstərmiş, İslam kimi monoteist dinləri tədqiq etdikdən sonra allahpərəstliyi və tovhidi seçmişdir. Sonra, təkallahlılıq baxışlarını hinduizmin müqəddəs kitabları ilə əlaqələndirmək üçün hindusların dini inanclarını yenidən nəzərdən keçirmişdir. Buna əsasən upanişadlara yazdığı yeni təfsir hinduizmdəki bütün çoxallahlıq və müşrik nəzəriyyələri rədd etmişdir.

Buna görə də, brahma-samac hinduizmin təkallahlı firqəsi sayılır və onun inancları varlıq aləminin yaradıcısı və qoruyanı, əbədi ulu tanrının ruhi zatının təkliyi əsasında qurulub. Bu firqə şirkin hər bir növünü və çoxallahlığı batil hesab etdiyinə görə də hinduizmin şirkin, çoxallahlığın simvolu olan bütlərə, tanrıların heykəllərinə sitayiş, bütlərə qurban kəsmək kimi bütün ibadət rituallarını qadağan və rədd edir. Bununla yanaşı, xristianlığın əxlaq norması olan “başqaları ilə onlardan özünə qarşı gözlədiyin rəftara uyğun rəftar et” prinsipi bu firqədə mühüm əxlaq norması kimi xüsusi mövqeyə malikdir.

Ramnuhan Roy o dövrdə qərblilər tərəfindən öz müstəmləkələrində geniş təbliğ edilib yayılan Qərb humanizminin təsiri altına düşmüşdür. Hinduizmin Qərbin ümumbəşəri düşüncələrinin hücumu qarşısında müdafiə oluna bilməsi üçün insan hüquqlarını pozan bütün qanun və prinsipləri rədd edərək onlara qarşı çıxdı. Buna görə də, dul qadınların ölmüş ərlərinin cəsədi ilə birlikdə yandırılması, azyaşlıların zorla evləndirilməsi və s. qanunları tamamilə qəbuledilməz sayıldı. Ramnuhan Roy eyni halda hinduizmin müqəddəs kitablarını, yəni vedanta və upanişadları qəbul etmişdir. Bu firqə də hinduizm məbədlərində olan pərəstiş və dua mərasimlərini əvvəlki səpkidə yerinə yetirir. Firqənin kasta sinfi quruluşunu rədd etməsinə baxmayaraq, brahmanlar yenə də yüksək məqam sahibidirlər və bu firqədə onlara xüsusi hörmət göstərilir. Hətta Ramnuhan Royun ardıcıllarından çoxu onun şəklinə pərəstiş edərək hörmətlə yanaşırlar.

Buna görə də, brahma-samac firqəsi İslam, hinduizm, xristianlıq və qərb tərzi-təfəkkürlərinin, eləcə də onun banisinin şəxsi etiqadlarının sintezi nəticəsində formalaşmışdır. Bu ayin 19-cu əsrin ikinci yarısında yenidən parçalanmasına baxmayaraq, hal-hazırda hinduizmin ən mühüm firqələrindən biri kimi tanınır və Hindistanda çoxsaylı ardıcılları vardır.

2. Arya-samac; Bu firqə də Qərb mədəniyyəti və fikirləri ilə birbaşa qarşılaşdıqda hinduizmi qərblilərin tənqidlərindən qorumaq məqsədi ilə yaranmışdır. Bu firqə əslində hinduizmə mütərəqqi və humanist imic qazandırmaq, insanlar üçün cəlbedici görünəbiləcək bə`zi Qərb ideoloji prinsiplərinə müqavimət göstərmək məqsədi ilə yaradılmışdır. Brahma-samacın əksinə olaraq, bu firqə xristianlığın və Qərbin humanizm prinsiplərindən bəzilərini qəbul etməklə hinduizm dini inanclarında islahatlar aparmışdır.

Brahmanlardan olan “Dayananda Sarasvati” bu firqənin banisidir. O veda, yaxud arya məzhəbinə qayıdışı,  zaman keçdikcə xürafat, qeyri-məntiqi və qeyri-insani şəkilə düşmüş bütün inancların islahını öz ayininin əsasına çevirmişdi. O,  vedaların büt və heykəllərə pərəstişə mənfi yanaşdığına; veda dövründə məbədlərdə bütlərə pərəstiş məsələsinin əsla olmadığına inanmışdır. “Dayananda” bu baxımdan həmin əməllərin əleyhinə çıxmışdır. O, insan hüquqları ilə əlaqədar veda mətnlərində dul qadının diri-diri yandırılması, uşaqların zorla evləndirilməsi barədə heç nə deyilmədiyi mövqeyində dayanmışdır. Buna görə də o, bu göstərişlər və bu qəbildən olan digər qanunlara qarşı olmuşdur. Vedalar toplusunda kişilərə qarşı qadınlar tərəfindən heç bir həqarət və çatışmazlıq görmədiyindən, qadınlara ehtiram, onların şəxsiyyət və məqamına hörmət qoyulmasını geniş təbliğ etmişdir.

Sarasvati hinduizm ayinində apardığı bu islahatlarla yanaşı digər veda dini ayinlərin və ibadətlərinin üzərində xüsusi dayanmış, hindusların başqa insanlardan seçilməsində israr etmişdir. Bu baxımdan Sarasvati müəyyən mə`nada irqçi ayin yaratmağı nəzərdə tutmuş, ariya soyunun üstünlüyünü sübut etmək istəmişdir. Onun ariya irqi məsələsinə təkid etməsi və öz firqəsini arya-samac adlandırması da bu fikirləri təsdiq edir. Bu təfəkkür və etiqad tərzi tez bir zamanda həmin firqə ardıcıllarının Hindistandakı digər din və firqələrin davamçıları, xüsusilə də xristian və müsəlmanlar arasında kəskin və qanlı-qadalı qarşıdurmalara səbəb oldu.

Arya-samac firqəsinin ardıcıllarının inancına görə Hindistan hindus məzhəbli bir ölkədir. Çünki onun əhalisinin əksəriyyətini hinduslar təşkil edir. Buna görə də müsəlman, xristian və ya qeyri-hindus məzhəb ardıcılları hindus qanunları əsasında yaşamaq istəməsələr bu ölkəni tərk edə bilərlər. Bu ayinin ardıcılları məhz həmin səbəbdən dünyəvi (qeyri-dini) əsasda qurulan Hindistanın hazırkı Konstitusiyasının əleyhinə çıxış edərək ölkədə hindus qanunlarının (hindu-rac) həyata keçirilməsini tələb edirlər. Onlar indiyə qədər dəfələrlə müsəlmanların, yaxud xristianların inək kəsmələrindən hindusların başqa dinlərin ardıcıllarına qarşı təhrik olunması üçün istifadə edə bilmiş, mülayim təbiətli, kobud rəftardan qaçan və güzəşt əhli olan əcdadlarının əksinə olaraq, çox kobud və militarist ruhiyyə ilə qorxu, zorakılıq və münaqişə mühiti yaradırlar.

3. Rama-Krişna firqəsi; Rama-Krişna uzun illər Kali (mə`nası “əsas ana” olan hindus ilahəsi) məbədində dini xidmətlə məşğul olmuş Şiva məzhəbinin brahmanlarından olmuşdur. O, bu müddət ərzində çox böyük həvəs və vurğunluqla Şiva məzhəbində Kali üçün nəzərdə tutulan xüsusiyyət və sifətlər barəsində diqqətlə araşdırma aparmışdır. Daha sonra Hindistanda mövcud olan sair din və məktəblərin ideoloji əsaslarını, o cümlədən caynizm, buddizm və s. araşdırmış, bir müddət sonra İslamı və xristianlığı da tədqiq etmişdir. O, bu tədqiqatlar dövründə bütün dinlərin varlığın mənşəyi və baş mə`bud məsələsində ortaq xüsusiyyətə malik olduğunu görmüşdür. Rama-Krişna sonda çoxluqlarla eyni zamanda müəyyən mə`nada təkliyə inandı. Yəni o, müxtəlif dinlərin varlıq mənşəyi və əsas xaliq kimi tanıtdıqları bütün ad və titullar Kali ilahəsinin müxtəlif dinlərin ardıcıllarının xüsusi, fərqli forma verərək təqdim etdikləri Kali ilahəsinin çeşidli izahı olmasına inanmışdır. Buna görə də, bütün dinlər üslub və yollarının fərqli olmasına baxmayaraq, vahid bir prinsipdə eyni mövqeyə malikdirlər. Bu baxımdan Krişna nəinki bütün dinlərin əsasını qəbul etmiş, üstəlik bütlərə pərəstiş olunmasına, çoxallahlılığın qanuniləşdirilməsinə icazə vermişdir. O, bütün ayinləri görünən fərqlər, yaxud mümkün olan təzadları ilə birgə məqbul saymış və onların qəbul olunmasını öz ardıcıllarına tövsiyə etmişdir. Bununla belə Krişna Kaliyə çatmağın yeganə yolunun Şiva zahidliyi və ixlas olduğuna, buna görə də Şiva məzhəbinin tutduğu yol əsl yol, sair din və firqələrdəki seyri-süluk yollarının hamısının doğru yoldan kənar çıxma hesab edirdi.

Krişnanın həqiqəti tapmaq üçün təqdim etdiyi yol əqli, əqli tapıntıların tərk edilməsi, bütün maddi və dünyəvi buxovlardan xilas olmağa əsaslanır. İnsan bu vasitə ilə həqiqəti bütün maddi bağlılıqların və buxovların fövqündə özünün pak bir vicdanı ilə görə bilər.

Rama-Krişna təlim və etiqadları bir müddət sonra onun Svami Vivkanada adlı gənc şagird tərəfindən toplanmışdır. O, tezliklə bu etiqadın təbliğ olunması üçün sonralar Rama-Krişna adı ilə məşhurlaşan hərəkat yaratmışdır. Bu hərəkat Hindistan cəmiyyətində və Qərbdə çoxsaylı insanların, xüsusilə də Qərbin rəngarəng məktəblərindən, maddi həyatından ümidsiz və məyus olan cavanları bu firqəyə cəlb edə biləcək səviyyədə uğur qazana bilmişdi. Bu gün Krişna mə`bəd və dərnəklərinin Qərbdə, xüsusilə Amerikada sərgərdan gənclər tərəfindən rəğbətlə qarşılandığını və onların həmin məbədlərdə Krişna ayinlərini yerinə yetirdiklərinin şahidiyik.

*  *  *  *

Hindistanda qərb mədəniyyəti ilə təmas və qarşılaşma nəticəsində yaranan firqələri nəzərə almasaq, Qərbin liberal və sekulyarist baxışları daha çox tələbə və ali məktəb təbəqələri arasında dinsizlik, ateist hərəkatlarının formalaşmasına səbəb oldu. Bu hərəkatlar öz səylərini hinduizmin ideoloji əsasları ilə mübarizəyə yönəldir, onu xurafat və ata-babaların möhumatçı fikirləri adlandırmaqla hinduizmin kökünü kəsmək istəyirdilər. Amma hər halda, yuxarıda şərh olunan firqələr yeni Hindistanın, onun mədəniyyətinin formalaşmasında mühüm və məs`uliyyətli rol ifa edə, hinduizmin yanlış və qeyri-məntiqi inanclarında böyük dəyişikliklər edə bilmişlər. Belə ki, bugünkü Hindistan cəmiyyətində nə kasta sinfi quruluşu rəsmi olaraq tanınır, nə də azyaşlıların nigahı, dul qadınların yandırılması və s. kimi ayinlərə icazə verilir. İnkar etmək olmaz ki, izahı qeyd olunan müxtəlif məbudların çoxsaylı büt və heykəllərə sitayişə Hindistanda hələ də rast gəlinir. Bütün bu kimi hallar ölkə əhalisinin müşrikliyə ciddi meylindən xəbər verir.

POLEMİKA VƏ TƏDQİQAT

Bu dərsdə qeyd olunan müxtəlif firqələrin əsas və e`tiqadlarını araşdıraraq onların hər birini müqayisə edin.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

DÜNYA INSANLIQ MӘKTӘBIDIR!
Qadının ailə qurması və atanın icazəsi
HÖKUMƏTIN DAVAM ETMƏ MÜDDƏTI
HӘQIQI REGIONAL ISLAM
İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
Cəhənnəmdə əbədi qalacaq 8 dəstə
ŞӘRLӘR - ӘDALӘT PRINSIPI BAXIMINDAN
Savabını bilsəydilər onu yerinə yetirmək üçün püşk atardılar..."
SABEİ DİNİ

 
user comment