Azəri
Wednesday 15th of May 2024
0
نفر 0

TƏVƏSSÜLÜN NƏTİCƏSİ


Bəhlulun ömür səhifəsini vərəqləyərkən hər səhifəsində bir ibrət, bir hikmət görürsən. Yetər ki, ibrət götürən olsun.

Yenə də acılı-şirinli zindan xatirələrindən birini Bəhlulun öz dilindən eşidək:

 Əfqanıstanda məni ilk dəfə həbsxanada tək nəfərlik kameraya salanda qaldığım yer taxtabiti ilə dolu idi. Balaca, qırmızı rəngə çalan bu həşarat canımı boğazıma yığmışdı. Sancdığı yer qızarıb qabar atır, bir saat acışma verib şiddətli qaşınmağa başlayırdı. Bu cücünün olduqca pis qoxusu olurdu. Xüsusilə də gecələr hücuma keçir, səhərə qədər mənə divan tuturdular. Düz üç gecə bu həşaratların əlindən yata bilmədim. Üçüncü gün səhərə yaxın Allahla münacat edib məni bu bəladan qurtarmasını istədim.

Ağlayıb deyirdim: İlahi! Mən din yolunda hər cür məşəqqətlərə qatlaşmağa razıyam. Amma bilim ki, bu zəhmətlərimin dinə bir faydası olacaq. Əgər bu həşaratların məni sancmasının dinə bir xeyri varsa, mən heç bir söz demirəm, səbir edərəm. Amma bu ağrı-acılara dözməyimin dinə heç bir faydası olmadığı üçün, Səni and verirəm Həzrət Məhəmməd (s) və onun pak ailəsinin izzətinə–bu bəlanı öz bəndənin üstündən götür!

...Bu cür minacat edib Allahla dərdləşirdim. Məni nə vaxt yuxu apardığını bilmirəm... Ayılanda gördüm gün qalxıb. Qəribə də olsa bədənimin heç bir yerində nə qaşınma hiss etdim, nə də bir qızartı gördüm.

Gözlərimi ovuşdurub tam ayılanda bir də gördüm–İlahi!... Bu nədir?–Hücrəni başdan-başa balaca qarışqalar başına götürüb; o qədər qarışqa dolub ki, otağın ağ divarları qarışqa əlindən qara görsənir. Elə bil divarları qara örtüklə örtmüşdülər. Qarışqalar nə ki taxtabiti var, hamısını tutub öldürürdülər. Hətta yarıqların diibndə, həsirlərin, stol-stulun arasında olan taxtabiti yumurtalarını tapıb məhv edirdilər. Küncdə-bucaqda elə bir yer yox idi ki, qarışqalar oranı zəbt etməmiş olsunlar. Günorta çağı artıq nə taxtabitidən xəbər var idi, nə də qarışqadan. Sanki hər yer dizinfeksiya olunub təmizlənmişdi.[1]

 

ALLAHA XALİSANƏ TAPINMAĞIN NƏTİCƏSİ
İyirmi ildən artıq Ayətullah Şeyx Məhəmməd Fazil Lənkəraninin mühafizəçisi olmuş cənab Ümidi belə nəql edir: Bir gün həddən artıq narahat idim. Maddi vəziyyətin ağırlığı və qarşıya çıxan bir sıra problemlər məni məngənə kimi sıxırdı. Həmin gün çox çalışsam da pərişanlığımı ağadan gizlədə bilmədim. Ayətullah Fazil bunun səbəbini soruşdu. Cavabdan yayınmaq istədim. Amma ağanın cavab gözləyən mə’nalı baxışları məni danışmağa vadar etdi. Əhvalatı olduğu kimi söylədim. Ağa təmkinlə qulaq asıb məni dua etdi, Allah-təaladan müşküllərimin tezliklə həll olunmasını dilədi. Daha sonra təsəlli üçün öz başına gəlmiş bir hadisəni xatırladı və dərindən ah çəkib söhbətə başladı:

Şah rejimi dövründə mübariz inqilabçılara, alim və ruhanilərə yönəlmiş amansız rəftarlardan bizə də bir pay düşmüşdü. Məni İran körfəzi rayonlarından biri olan Lingə limanına sürgün etmişdilər. Bu məntəqədə qışın orta aylarında belə istidən və rütubətdən nəfəs almaq olmur. Səhhətimə münasib olmayan bu ab-həva onsuz da zəif və xəstə cismimi taqətdən salmışdı. Yerləşdiyim daxmanın yaxınlığında kiçik bir çayxana vardı. Orada mö’min bir kişi işləyirdi. Səhər, günorta və axşam yemək üçün oraya gedirdim. Həmin mö’min kişi bu sadə və kiçik yerdə mənə xüsusi qayğı göstərməyə çalışırdı. Bir gün səhər yeməyi üçün yenə çayxanaya getmək istədim. Əlimi cibimə saldım. Cibimdə bir tümən də olsun pul qalmamışdı. Qayıdıb oturdum. Günorta və axşam da beləcə sovuşdu. Səhəri gün sübh namazından sonra bir tərəfdən havanın ağırlığı, bir tərəfdən xəstəlik və aclığın tə’sirindən halım pisləşdi. Üzüqibləyə oturub Allahla raz-niyaza məşğul oldum. Əllərimi İlahi dərgaha açıb belə ərz etdim: «İlahi, vücudumun Sənin dininə xeyri varsa, məni bəndələrin yanında xar etmə, ruzi yetir acından ölməyim. Yox, əgər həyatımın Sənin dininə bir faydası yoxdursa, canımı al. Mən kimsəyə əl açmayacaq, kimsədən borc və ya yardım istəməyəcəyəm.» Allaha təvəkkül edib gözləməyə başladım; həmin günü bir təhər yola saldım. Səhəri gün günortadan sonra təmiz hava almaq üçün körfəzin kənarında əyləşib mavi sulara tamaşa edirdim. Bu vaxt yaşlı bir kişinin sür’ətlə mənə tərəf gəldiyini gördüm. Əvvəlcə onun nəsə istəyəcəyini güman etdim. Özüm möhtac ikən ona nə verə bilərdim?! Xəcalət hissi keçirdim. Nəhayət, həmin şəxs əlində bir bağlama tövşüyə-tövşüyə yaxınlaşıb soruşdu: «Ağa Fazil sizsiniz?» Cavab verdim: «Bəli.» «Bu əmanət sizə çatacaq» – deyə əlindəki bağlamanı mənə tərəf uzatdı. Bağlamanı almayıb onun nə olduğunu soruşdum. Cavab verdi: «Mən bir il idi ki, həccə getməyə hazırlaşırdım. Özüm də balıqçıyam, kiçik bir gəmim var. Səfərə çıxmaq üçün nə lazım idisə tədarük görmüşdüm. Pasport, viza və yol xərcini hazırlamışdım. Bu gün səhər yola düşməli idim. Axşam qəribə bir yuxu gördüm. Həzrət Peyğəmbər (s) yuxuda səfəri tə’xirə salmağımı əmr edib buyurdu ki, həcc üçün topladığım pulu sizə verim. O həzrət buyurdu ki, sənə həccin savabı yazıldı və o pulları ağa Fazilə çatdır. Bu gün səhərdən sizi axtarıram. Çayçı kişi sizin sahildə olduğunuzu deyən kimi bir başa buraya gəlib sizi tapdım. Şükürlər olsun ki, həzrət Peyğəmbərin (s) əmrini yerinə yetirdim!»

 

--------------------------------------------------------------------------------

[1] Seyyid Abbas Musəvi Mütləq, “U`cubeyi-əsr”, səh. 82, 83.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir ...
BU HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
HƏZRƏT FATIMƏ (S.Ə) KIMDIR?
Quranda nümunəvi qadın
Novruz: yeni il, yaz bayramımız-ən qədim el bayramımız
Haram aylarda müharibə aparmaq barəsində İslamın nəzəri nədir?
Bu gün həzrəti Zeynəbi Kübranın (s) mövludu günüdür
Salam cənab prezident İlham Əliyev!
NƏSX EDƏN VƏ NƏSX OLUNMUŞ AYƏLƏRİN ARAŞDIRILMASI
Hamı İman Silahına!

 
user comment