Azəri
Friday 19th of July 2024
0
نفر 0

ZİNAKARLAR HAQQINDA


Zina bəhsinə daxil olmazdan öncə mühüm bir nöqtəni xatırlatmaq yerinə düşərdi. Əgər tarixə nəzər salsaq, hər hansı bir millətin din, e`tiqad, şərafət və insanlıq baxımından süqut etməsinin səbəbini, həmin millətin daxilində yoluxucu xəstəlik kimi yayılmış əxlaqsızlığın nəticəsi olduğunu görərik.

Bir çox böyük şəxsiyyətlərin qamətini qıran və onları ən alçaq dərəcəyə çatdıran ahu gözlü, şux qamətli qadınlar olmuşlar. Belə ki, Napaleon bu barədə deyir:

“Gözəl bir qadına olan cinsi meyldən başqa heç bir qüvvə məni tə`sir altına sala bilməz.”

Hal-hazırda güclü dövlətlər öz rəqiblərini məğlub etmək və onların dövlət sirlərini öyrənmək üçün ən gözəl qadınlardan casus kimi istifadə edirlər. Bə`zən bir gecədə alçaq dövlət adamları bütün ölkəni bir qadının aldadıcı gözəlliyinə qurban verirlər.

Şəhvət, həvəs, şorgözlük dalınca gedənlərin aqibəti çox pis olacaqdır. O cümlədən:

1-Günaha aludə olmaq;

Şəhvətdə ifrata varmaq insanı istər-istəməz şəxsiyyətsizliyə aparıb çıxarır.

Şəhvət insanın çirkinlikləri gözəl və gözəllikləri çirkin görməsinə səbəb olur.

2-Ağlın fəsadı;

Şəhvətpərəstlik qalın bir pərdə kimi insanın ağıl və düşüncəsinin üzərini örtür. Nəticədə şəhvətpərəst insan haqqı batil, batili isə haqq kimi görür. Əmirəlmö`minin Əli (ə) bu barədə buyurur: “Şəhvətpərəstlik ağlı fasid edir.”

3-Ləkələnmək;

Şəhvətpərəstlik insan heysiyyətini ləkələyir. Həzrət Əli (ə) buyurmuşdur:

“Şəhvətdə ifrata varmaq insan şəxsiyyətinin ləkələnməsinə və insanlığın, mürüvvətin aradan getməsinə səbəb olur.”

4-Rüsvayçılıq.

Şəhvətpərəst insan gec-tez hamı yanında rüsvay olur və abır-həyası aradan gedir.

Misir padşahının arvadı Züleyxanı buna misal göstərə bilərik. Züleyxa hədsiz şəhvət və Yusifə (ə) olan yersiz eşqi nəticəsində aləmdə rüsvay oldu. O, həm özünü və həm də saray qadınlarını rüsvay etdi.

 

 

 

 

 

 

 

 

QUR`AN AYƏLƏRİ
Allah-təala Qur`anda zinanın çirkin bir əməl olması və zinakarların cəzası haqqında buyurmuşdur:

“Heç vaxt zina etməyin. Çünki bu çox çirkin bir əməldir.”[1]

Başqa bir ayədə özlərini zinadan qoruyan kişilər barədə buyurur:

“Ya Rəsulum! Mö`min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər. (naməhrəmə baxmasınlar), ayıb yerlərini zinadan qorusunlar (və ya örtülü saxlasınlar.) Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından), daha yaxşıdır.”[2]

Bu ayənin ardınca mö`min qadınlara da özlərini zinadan qorumaq haqqında buyurur:

“Mö`min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü) saxlasınlar.[3]

HƏDİSLƏR
Me`rac xəbərlərində qeyd olunan hədislərdən birində yazılmışdır ki, Peyğəmbər (s) buyurur:

“Me`raca getdiyim gecə bir dəstə adamların bədənlərinin alovlu daraqlarla darandığını müşahidə edəndə Cəbrayıldan (ə) soruşdum: “Bunlar kimlərdir və hansı günaha mürtəkib olmuşlar?”

Cəbrayıl (ə) dedi: “Bunlar haram yolla gedənlər– naməhrəm qadınlarla zina edənlərdir.”[4]

Başqa bir hədisdə Peyğəmbərin (s) vəfatından öncə söylədiyi xütbəsi qeyd olunmuşdur:

“Allah-təala yəhudi, məsihi və ya müsəlman qadınla zina edən şəxs üçün cəhənnəm qapılarından üç yüz altmışını açar. Bu qapıların hər birindən çıxan ilanlar, əqrəblər və alov şö`lələri zinakar şəxsi qiyamət gününə qədər yandırıb yaxar. Qiyamət günündə camaat onun övrətinin kəskin iyindən əzab çəkərlər. Beləliklə də onlar hamının yanında rüsvay olarlar.[5]

Həzrət Əli (ə) buyurmuşdur:

“Qimayət qopan zaman Allah-təalanın əmrilə külək əsməyə başlayacaq. Camaat küləyin gətirdiyi çox pis iyi hiss edəcəklər. Məhşər ayağına yığılanlar həmin üfunət iyindən əziyyət çəkəcəklər.

Həmin vaxt Allah carçısı fəryad çəkib soruşacaq: “Ay camaat! Sizi narahat edən bu üfunət iyinin haradan gəldiyini bilən varmı?

Camaat deyəcək: “Bu tövbəsiz dünyadan gedən zinakarların övrətlərinin iyidir.

Sonra camaata deyəcəklər:

“Ey qiyamət əhli! Allah-təala onları (zinakarları) lə`nətlədiyi kimi, siz də onları lə`nətləyin.

Qiyamət əhli deyəcək: Allah, zinakarlara lə`nət etsin.

Həzrət Əli (ə) buyurur:

“Qiyamət günü Allahın əmrilə zinakar qəbirdən qalxanda dili lal, qulağı kar və gözü kor olacaqdır.”[6]

Həzrət Yaqub (ə) bu barədə oğlu Yusifə buyurmuşdur: “Ey oğul! Məbada sənə halal olmayan qadınla zina edəsən. Çünki bir quş belə zina etsə bədəninin tükü tökülər.[7]

Peyğəmbəri-əkrəm (s) (şəhvət hissi ilə) naməhrəm qadınlarla əl tutub görüşmək barədə buyurmuşdur:

“Əgər bir şəxs (şəhvət hissi ilə) naməhrəm qadınla əl tutub görüşsə, qiyamət günü Allahın əmrilə qəbirdən qalxanda əl-ayağı zəncirlənmiş olacaq. Həmin şəxsi şeytanla birlikdə zəncirləyib, hər ikisini cəhənnəm oduna atacaqlar.”[8]

Şəhvət üzündən naməhrəm qadınlarla söhbət etmək barədə buyurmuşdur:

“Naməhrəm qadınlarla (şəhvətlə) söhbət edən şəxsi, danışdığı hər bir kəlməsinin əvəzində min il cəhənnəm odunda həbs edəcəklər.[9]

Həmçinin başqa bir hədisdə naməhrəm qadınlara baxmaq haqqında buyurur:

“Naməhrəm qadınlara baxmaqdan doymayan şəxsin gözlərinə qiyamət günü dəmir mismarlar vuracaqlar. Həmin şəxs Allah-təala başqalarının əməl dəftərinə baxana qədər bu vəziyyətdə qalacaq. Sonra Allahın əmrilə onu üzüqoylu cəhənnəm oduna atacaqlar.

Saçlarını naməhrəmdən örtməyən və bu yolla kişiləri fəsada sürükləyən qadınlar haqqında buyurur:

“Cəbrayılla (ə) birgə me`raca getdiyim gecə saçlarından asılmış bir qadın gördüm ki, beyni qaynayırdı. Cəbrayıldan (ə) onun hansı günah sahibi olduğunu soruşanda belə cavab verdi:

“Bu saçlarını (və açıq-saçıq bədənini) naməhrəmdən qorumayan qadınlardan biridir. O bu işi ilə bir çoxlarını günaha sürükləmişdir.

ZİNAKARIN CƏSƏDİNİ QƏBİR DƏ GÖTÜRMÜR
Belə nəql olunur ki, İmam Sadiqin (ə) dövründə zinakar bir qadın varmış. Bu qadın zina yolu ilə hamilə qalar, qohum-qardaşın onun bu çirkin əməlindən xəbər tutmaması üçün dünyaya gətirdiyi uşaqları alova atıb yandırarmış.

Yaxınlarından ancaq anası onun bu işini bilirdi. Bu qadın öləndə dəfn etmək üçün onun cənazəsini qəbristanlığa apardılar. Cənazəni qəbirə qoyanda torpaq onu geri atdı. Başqa bir qəbir qazıb qadının cənazəsini ora qoydular. Sonra üstünü torpaqla basdırdılar. Bu dəfə də qəbir yarıldı və cənazə bayıra atıldı.

O qadının yaxınlarından bir neçə nəfər İmam Sadiqin (ə) yanına gəlib baş verənləri ona nəql etdilər. İmam Sadiq (ə) buyurdu: “Ölənin anasına xəbər verin gəlsin.” Bir az keçməmiş ölən qadının anası gəldi. İmam (ə) üzünü ona tutub dedi:

“Sənin qızın sağlığında hansı günaha mürtəkib olmuşdur?”

Qızın anası—mənim qızım zina ilə məşğul olar və başqaları onun bu pis əməlindən xəbərdar olmasın deyə, zinadan doğulan uşaqları yandırardı– deyə ona cavab verdi.

İmam Sadiq (ə) buyurdu: “Torpaq bu qadının cənazəsini götürməyəcək. Çünki bu qadın Allah bəndələrini (uşaqları) Allaha xass olan əzabla (alovda yandırmaqla) cəzalandırıb.

ZİNANIN İYRƏNC AQİBƏTİ
Rəhmətlik Ayətullah Mirzə Çehelsütuninin oğlu Mirzə Məhəmmədəli Ağa belə nəql edirdi:

“Xeyratxan mədrəsəsi yerləşən küçənin dalanında silah dükanı olan bir şəxs var idi. Onun baş və boyun hissəsində çox böyük şiş peyda olmuşdu.

Bir gün mən Şeyxlə[10] birgə Noxudək kəndinə gedirdik. Həmin dükan sahibi də biz şəhərdən çıxdığımız vaxtdan arxamızca gəlirdi. O, bu cümləni yalvarışlı tərzdə elə hey təkrar edirdi:

“Ey Şeyx, ya mənə şəfa verin, ya da öldürün.” Elə ki, yolun yarısına çatdıq Şeyx geri çönüb həmin adamın qulağına tərəf əyilib nə isə pıçıldadı.

Həmin şəxs uca səslə dedi:

“Qəbuldur, söz verirəm!”

Şeyx buyurdu: “Bəs elə isə mən səni öldürəcəyəm.”

“Öldürün”– deyə dükan sahibi cavab verdi.

Şeyx atdan enib həmin adama bir qıraqda oturmağı tapşırdı. Sonra onun boyun dərisini bıçaqla azacıq kəsərək şişi sıxıb çıxartdı. Bıçağın enli hissəsiylə yaranın üstünü sığallamağa başladı. Yaranın yerindəki bütün çirklər axıb töküldü. Sonra yaranın üstünə öz tüpürcəyi ilə sığal çəkdi.

Şeyx üzünü dükan sahibinə tutub dedi:

“Yaranın üstünü dəsmalla bağla, çıx get.”

Bir neçə gündən sonra yaranın yeri tamamilə sağalmışdı.

Bu əhvalatdan artıq neçə il keçmişdi. Şeyx Həsənəli İsfahani rəhmətə gedəndən sonra bir dəfə həmin dükan sahibi ilə rastlaşdım. Mən həmin adamdan neçə il bundan əvvəl Şeyxin onun qulağına nə dediyini və dükan sahiibnin də “söz verirəm” deyə cavab verməsini soruşanda, dedi:

“Mən ərli qadınlarla zina edirdim. Elə buna görə də Şeyx mənə dedi:

–Əgər bu əməlindən əl çəkəcəyinə söz versən, səni sağaldacağam. Amma yenə bu günaha mürtəkib olsan, sən yenidən xəstəliyə tutulacaq və elə bu xəstəlikdən də öləcəksən.

Şeyx məni sağaldandan bir neçə il sonra şeytan yenə də məni vəsvəsə edib yoldan çıxardı. İndi çox yaxşı bilirəm ki, elə bu xəstəliklə də öləcəyəm.”

Çox keçmədi dükan sahibi (ərli qadınlarla zina etdiyinə görə) həmin xəstəlikdən öldü.[11]

ŞƏHVƏT QULUNUN FACİƏLİ SONU
Həzrət Musa (ə) sitəmkarların diyarını fəth etmək qərarına gəlmişdi. O, Yuşə ibn Nun və öz kürəkəni Kalib ibn Yufnanın başçılığı altında böyük bir qoşunu həmin şəhərlərə göndərdi. Qoşun şəhərin mərkəzinə çatanda, yerli camaat Lut peyğəmbərin nəslindən olan Bəl`əm Bauranın yanına gedib dedilər:

“Musa (ə) bizi bu şəhərdən çıxarmaq üçün böyük bir qoşun göndərmişdir. Bu hücumun qarşısını almaq üçün onlara nifrin etməyi səndən xahiş edirik.”

Bəl`əm Baura, “İsmi-Ə`zəmi” çox gözəl bilirdi. O, üzünü ətrafına toplaşan camaata tutub dedi: “Mö`minlərin və mələklərin Musanın (ə) ətrafına toplaşdığı bir halda Allah peyğəmbərinə necə nifrin etmək olar?”

Şəhər camaatı öz dediklərindən əl çəkmir, Bəl`əm Baura isə onların xahişini rədd edirdi. Axırda şəhər ağsaqqallarından bir neçə nəfər qiymətli hədiyyələrlə Bauranın arvadının yanına gedib, ərini (Bauranı) bu işə (Musaya (ə) və onun qövmünə nifrin etməyi) razı salmağı xahiş edirlər. Qadın gətirilən hədiyyələri qəbul edib bu işə əncam qılacağını söz verir.

Bəl`əm Bauranın arvadı öz ərinə bu haqda söz açanda o yenə də razı olmadı. Arvadının əl çəkməyəcəyini görən Baura Allahla məşvərət (istixarə) etmək qərarına gəlir və Allahdan bu işdə ona yol göstərməsini istəyir. Yuxuda ona bu işi görməyi (nifrin etmək) qadağan edirlər. Baura istixarəsinin cavabını arvadına deyəndə qadın əl çəkməyib ondan ikinci dəfə istixarə etməsini istəyir. Amma Bəl`əmin ikinci istixarəsi cavabsız qalır.

Sonda arvadının yağlı dilinə aldanan Baura bu işi görməyə razılıq verir. Bəl`əm eşşəyə minib Musa (ə) və onun qövmünə nifrin etmək üçün Bəni-İsrail yaşayan məntəqəyə yaxın olan dağa üz tutdu. Dağa yaxınlaşdığı vaxt eşşək yerindən tərpənmir. O, zavallı heyvanı o ki, var döyür. Eşşək bir az yol gedib yenə də dayanır. Bəl`əm üçüncü dəfə eşşəyi döyəndə Allah-təala dilsiz heyvanı dilə gətirib danışdırır:

“Vay olsun sənə ey Bəl`əm! Məgər görmürsənmi ki, mələklər məni geri qaytarır?”

Zavallı heyvan elə oradaca ölür. Bəl`əm isə piyada yoluna davam edir. Bəni-İsrail yaşayan məntəqəyə çatdıqda Musa (ə) və onun qövmünə nifrin etmək istədi. Amma dilinə duadan başqa bir kəlam gəlmədi. Əksinə, öz şəhər camaatına dua etmək istəyəndə dilinə ancaq nifrin gəldi. Ondan bu haqda soruşanda belə cavab verir: Allah-təala bizi imtahana çəkməklə alçaltdı. Elə bu vaxt susuz itlər kimi dili çölə sallandı. O, bu görkəmindən də ibrət almayıb dedi:

“Artıq dünya və axirətim əldən getdi. İndi isə hiyləgərlikdən başqa çıxış yolu yoxdur.” Onun əmrilə şəhərin bütün qadınlarını zinət əşyalarıyla bəzəyib, alış-veriş adıyla Həzrət Musanın (ə) qoşununa tərəf göndərdilər. Həmçinin, qadınlara onlarla cinsi əlaqədə olmaq istəyən əsgərlərə mane olmamaq tapşırığı verilmişdi. Bəl`əmin dediyinə görə əgər Musanın (ə) qoşunundakı əsgərlərdən heç olmasa biri zina etsə, bu onların sonu demək idi.

Bəl`əmin tapşırığıyla qadınlar qoşunun içə-risində gəzib dolaşmağa başladılar. Züməri ibn Məşlum həmin qadınlardan birini Musanın (ə) yanına gətirib deyir:

“Belə fikirləşirəm ki, bu qadınla yaxınlıq etməyin mənə haram olduğunu deyəcəksən. Amma and olsun Allaha, bu işdə sənə itaət etməyəcəyəm.” Sonra həmin qadını öz xeyməsinə aparıb onunla yaxınlıq edir.

Bu günahın (zina) əvəzində Allah-təala Musanın (ə) qoşununu taun xəstəliyinə düçar etdi. Musanın qoşununa rəhbərlik edən Harun oğlu Fənhas ibn İzar həmin vaxt orada olmamışdı. Qayıdarkən qoşundakı bütün əsgərlərin ölümcül taun xəstəliinə tutulduğunu görən Fənhas ibn İzar bunun səbəbini soruşanda, baş verənlər haqqında ona danışırlar. O, çox qeyrətli və şücaətli bir adam idi. Zumərinin xeyməsinə gedəndə artıq onun (Züməri) həmin qadınla qanunsuz yaxınlıq etdiyini görür. Fənhas onların hər ikisini bir nizə ilə öldürür.

Həmin saata qədər Musanın (ə) qoşunundakı 20 min əsgərin bu xəstəliyə yoluxaraq ölməsinə baxmayaraq, Zumərinin ölümündən sonra taun tamamilə aradan gedir. Allah-təala Bəl`əm Baura haqqında bu ayəni nazil etdi:

“Onlara öz sirlərimizi (İsmi-ə`zəmi) öyrətdiyimiz adamın əhvalatını danış ki, bizim itaətimizdən çıxdığı üçün verdiyimizi ondan geri aldıq və şeytan onu tamamilə yolundan azdırdı.”[12]

Həzrət İsa (ə) buyurmuşdur: “Naməhrəm qadınlara baxmaqdan pərhiz edin (çəkinin). Çünki bu əməl şəhvət odunun alovlanmasına və sonda insanın həlakət uçrumuna yuvarlanmasına səbəb olur.[13]

 

ŞORGÖZLƏR HAQQINDA
Şorgözlərin aqibətindən söz açmazdan əvvəl burada naməhrəmə baxmaq haqqında nəql olunan bir neçə hədisi qeyd etməyimizi lazım bildik.

1-Peyğəmbər (s) buyurur: “Allah-təala qiyamət günü gözlərini naməhrəm qadına baxmaqla doyduran şəxsin gözlərini alovla dolduracaq.”[14]

2-İmam Sadiq (ə) buyurmuşdur: “İblisin zəhərli oxlarından biri də naməhrəmə baxmaqdır ki, heç vaxt boşa getməz. Çox vaxt haram nəzərlərin ardınca uzun-uzadı həsrət gəlir.[15]

3-Həmçinin İsa (ə) bu barədə buyurub: “Naməhrəmə baxmaqdan çəkinin. Çünki naməhrəmə baxan şəxsin qəlbində şəhvət oyanır. Bu da insanın haram yola getməsinə kifayət edir.”[16]

Bu bölümdə müsəlman cavanlarımıza ibrət olsun deyə şorgözlərdən bir neçəsinin aqibətini qeyd edirik.

 

ŞORGÖZLƏRİN ÜZÜ
Bə`zən şorgöz şəxs elə bir həddə çatır ki, özünü saxlaya bilmir. Hətta ona bu halda zərbə vursalar belə hiss etməz.

İmam Baqirdən (ə) belə bir rəvayət nəql olunmuşdur:

Mədinəli cavan oğlan yolda bir qadınla rast-laşır. (Həmin vaxtlar qadınlar baş örtüklərini qulaqlarının arxasından bağlayırdılar. Bu halda boyun və sinənin bir hissəsi açıqda qalırdı.)

Qadının açıq boyun-boğazını görən cavan oğlan diqqətini ondan çəkə bilmədi. Cavan oğlan gedə-gedə qadının ardınca baxırdı. O, belə bir halda ensiz dar bir küçəyə daxil oldu. O, qadını sanki öz nəzərləri ilə müşayiət edirdi. Elə bu vaxt oğlanın üzü divara dəydi. Divardakı iti bir daş qırığı onun üzünü parçaladı. Beləliklə, o bu haram əməlinin cəzasını aldı.

Qadın artıq onun gözləri önündən yox olandan sonra cavan oğlan bir an özünə gəldi. Elə bu vaxt üzündən qan axdığını və üst-başının qana bulaşdığını görüb öz-özünə dedi:

And olsun Allaha! Peyğəmbərin (s) yanına gedib bu macəranı ona danışacağam.

Peyğəmbər (s) cavan oğlanın üz-gözünü qanlı görüb soruşdu: Nə olub? Bu nə haldır?

Oğlan başına gələnləri Peyğəmbərə (s) danışdı.

Elə bu vaxt Cəbrayıl (ə) Allah tərəfindən nazil olub “Mö`minlər” surəsinin 30 və 31-ci ayələrini Peyğəmbərə (s) nazil etdi: “Şübhəsiz ki, bunda (insanlar üçün) ibrətlər vardır. Həqiqətən, Biz (bəla, müsibət göndərməklə bəndələrimizi) imtahana çəkirik! Onlardan sonra başqa bir nəsil yaratdıq.”

 

--------------------------------------------------------------------------------

[1] “Bəni-İsrail”, ayə, 31.

[2] “Nuh”, ayə 30.

[3] “Nuh”, ayə 31.

[4] “Ləalil-əxbar”.

[5] Həmin mənbə, səh. 193.

[6] Həmin, c. 5, səh. 194.

[7] Həmin mənbə, c. 5, səh. 194.

[8] Həmin mənbə, c. 5, səh. 195.

[9] Həmin mənbə, c. 5, səh. 195.

[10] Şeyx Həsənəli İsfahani (Noxudəki ləqəbiylə məşhur olan.)

[11] “Nişan əz bi nişanha”, səh, 96.

[12] “Biharül-ənvar”, 13-cü cild, səh. 373.

[13] “Mizanul-hikmət”, 10-cu cild, səh. 71.

[14] “Əmali”, Şeyx Səduq, səh. 429; “Biharül-ənvar”, c. 104, səh. 32.

[15] “Məhasini-Bərqi”, səh. 109; “Biharül-ənvar”, c. 104, səh. 40.

[16] "Biharul-ənvar", c. 325; “Səfinətül-bihar”, c. 8, səh. 283.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
İmamların anası – Həzrət Fatimə (ə)
VALİDEYNƏ İTAƏT
ZİNAKARLAR HAQQINDA
YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb

 
user comment