Azəri
Tuesday 24th of December 2024
0
نفر 0

İSMAİLİYYƏ FİRQƏLƏRİ

1. Əsas İsmailiyyə firqəsi;

Əsas və ilk İsmailiyyə firqəsi İsmailin imamətini qəbul edib ölümünü inkar edənlərdir. Onların əqidəsinə görə, İsmail hələ də sağdır, qeybə çəkilmişdir və günlərin bir günündə yenidən zühur edib qayıdacaqdır. Bu səbəbdən də atasının sağlığında təşkil olunmuş dəfn mərasimini Abbasi xilafətini aldatmaq məqsədilə qurulmuş tədbir hesab edirlər. Xalis və ilk İsmailiyyə məzhəbinin əvvəllər bir çox ardıcılları olmuşdur, lakin bu firqə parçalandıqdan sonra onlar zəifləyib aradan getmişlər. Hal-hazırda İsmailiyyə məzhəbinin əqidəsi ilə fərqli olan bir neçə digər firqə fəaliyyət göstərir.

2. Mübarəkiyyə;

Mübarəkiyyə İsmail ibni Cə᾿fərin «mübarək» adlı kəlmələrindən birinin tərəfdarlarına verilən addır. Onlar İsmailin atasının sağlığında vəfat etməsini e᾿tiraf etmişlər. Bunun üçün də Cə᾿fər ibni Məhəmməd Sadiqdən sonra imaməti oğlu İsmailin haqqı hesab etsələr də, atasının sağlığında vəfat etdiyi üçün imamətin oğlu Məhəmməd ibni İsmailə çatdığını hesab etmişlər. Mübarəkiyyə firqəsi Həsən ibni Əli və Hüseyn ibni Əli istisna olmaqla, iki qardaşın imamətini qəbul etmirlər. Bu səbəbdən də İsmail vəfat etdikdən sonra imam Sadiqin (ə) digər qardaşlarını xilafətə layiq hesab etməmişlər.

3. Qəramətə;

Qəramətə firqəsi Mübarikiyyədən ayrılmış bir firqədir. Nəql olunur ki, Əbdullah ibni Məymun Qəddah Bəsrədən Səlmiyyəyə qaçdıqdan sonra orada Həmdan ibni Əş᾿əs adlı iraqlı bir şəxslə tanış olur. Boyu və ayaqları qısa olduğu üçün ona «qərmət» ləqəbi verilmişdi. Qərmət belə bir tanışlıqdan sonra İsmailiyyə firqəsinin əqidəsi ilə yaxından tanış olaraq İbni Məymunla həmkarlıq etməyə başlayır. Çox tez bir zamanda İbni Məymunun tərəfdarları arasına nüfuz edərək onların rəğbətini qazanır və firqəyə rəhbərliyi öz üzərinə götürür.

Həmdan Qərmət az bir zamanda İraq, Xuzestan, Bəhreyn, Suriya və Yəməndə öz ətrafına böyük bir kütləni toplaya bilir. Qəramətə adlanan bu yeni firqə Hicrətin 246-cı ilində Abbasilərin Bəhreyn hakiminə qarşı qiyam edərək ölkəni ələ keçirir, Qəramətilər dövlətini tə᾿sis edir və Hicrətin 358-ci ilinədək öz hakimiyyətlərini qoruyub saxlaya bilirlər.

Bununla yanaşı onlar digər ölkələrə də, o cümlədən Yəmən, Suriya, İrana qoşun çəkərək Abbasi dövlətinə qarşı çıxırlar. Qəramətə İsmailin ölmədiyini və Roma şəhərlərindən birində yaşadığını hesab edirdi. Onların əqidəsinə əsasən o, qaim olan Mehdidir. Qəramətə firqəsinin ardıcıllarına görə, qaim o şəxsdir ki, peyğəmbərlik iddiası ilə qiyam edərək yeni ayin gətirsin, həzrət Məhəmmədin (s) dinini qoruyaraq onun keşiyində durmuş olsun. Qəramətə firqəsi Məhəmməd ibni İsmaili ulul-əzm peyğəmbərlərdən hesab edir və onun yeni şəriət gətirərək özündən əvvəlki şəriəti qüvvədən salmasına əqidə bəsləyirlər.[1]

Həmçinin onlar belə bir əqidədə olmuşlar ki, şər᾿i hökmlərə əməl etmək onların zahiri mə᾿nasına deyil, batini mə᾿nasına əməl etmək deməkdir. Bu firqənin davamçıları Həcərul-əsvədi (qara daşı) öpməyi qəbahət saymış və onu öpənləri küfr etməkdə ittiham etmişlər.

Nəql olunur ki, hətta onlar həcərul-əsvədi oğurlamağa cəhd göstərmiş, lakin bu işdə ciddi müqavimətlə qarşılaşmışlar.

4. Fatimiyyə;

İsmailiyyə rəhbərləri Hicrətin 289-cu ilinədək gizli şəkildə fəaliyyət göstərir və öz əqidələrini ticarət səfərlərində təbliğ edirdilər. Bu səbəbdən də İsmailiyyənin mübəlliğlərinə «imamun məstur» (yə᾿ni, gizli imam) deyilirdi. Nəhayət onların altıncı imamı yə᾿ni, Ubeydullah Məhdi (260-322-ci h.q.) Hicrətin 289-cu ilində Mərakeşi fəth edərək orada ilk İsmailiyyə dövlətini tə᾿sis etdi. İsmailiyyə dövləti tə᾿sis olunduqdan sonra isə onlara «imamun zahir» yə᾿ni, aşkar imam deyilməyə başlandı. Ubeydullah tərəfindən Mərakeşdə tə᾿sis olunmuş dövlət sonralar Misir, Tunis və digər ətraf məntəqələrdə də yaradıldı və daha sonra Fatimilər dövlətinin bünövrəsi qoyuldu.

Fatimi adlandırılmalarının əsas səbəbi, onların Peyğəmbərin (s) qızı həzrət Fatiməyə həddindən artıq rəğbət göstərmələri olmuşdur. İlk vaxtlar digər məntəqələrdə sakin olan İsmailiyyə firqəsi ilə Fatimilər arasında elə bir əsaslı fərq nəzərə çarpmırdı. Bu səbəbdən də Qəramətə firqəsi tə᾿sis olunduğu ilk gündən Fatimi dövlətini müsbət qarşılamış və onlarla həmkarlıq etmişdir. Lakin onlar zaman keçdikcə dövlətçiliyi qorumaq və yaranmış ictimai-siyasi şəraitlə ayaqlaşmaq üçün yenidən İsmailiyyə əqidə əsaslarında bə᾿zi dəyişikliklər apararaq yeni firqəyə çevrildilər və təbii olaraq, Qəramətə və digər firqələrlə onlar arasında müəyyən ixtilaflar meydana gəldi. Qəramətənin Fatimilərlə ciddi qarşıdurması və onun müharibə ilə nəticələnməsi tarixdə xüsusi şəkildə əks olunmuşdur.[2]

Fatimilər İsmailiyyə əqidə üsullarını qoruyub saxlamış, onda yalnız bə᾿zi dəyişikliklər aparmışlar. Apardıqları dəyişikliklərdən biri də şər᾿i hökmlərin zahir və batin mövzusudur. Fatimilər belə bir əqidədə olmuşlar ki, hökmlərin zahir və batininə olan baxış bərabər səviyyədə olmalıdır və batini mə᾿naya görə zahiri mə᾿naya göz yumulmamalıdır. Zahiri və batini mə᾿nalar bir-birini tamamladığı üçün onların hər ikisinə eyni səviyyədə diqqət yetirilməlidir. Otuz doqquzuncu dərsdə haqqında söhbət açdığımız batinə yönəlmə prinsipi isə şər᾿i hökmlərin batininə əhəmiyyət verərək zahirinə göz yuman qədim İsmailiyyə firqəsinə aiddir. Lakin onlar son vaxtlar verdikləri təfsirlərlə bu ittihamları özlərindən uzaqlaşdırmışlar.

Fatimilərin apardıqları başqa bir dəyişiklik Məhəmməd ibni İsmaillə əlaqəlidir. Onlar İsmaili zühur edəcək Mehdi kimi qəbul etməkdən imtina edir və onun «imamun mutəmmim» və (6-cı dövrün) 7-ci imamı olduğunu qəbul etmirlər. Onlar belə bir əqidədədirlər ki, bu dövrə şamil olan imamların sayı daha çoxdur. Bu səbəbdən də Fatimi imamları Məhəmməd ibni İsmailin xəlifəsi hesab olunaraq, onun bə᾿zi vəzifələrini öz üzərlərinə götürürlər.

Zaman keçdikcə İsmailiyyə tərəfdarları Qaimin zühuruna ümidsiz olur və Məhəmməd ibni İsmailə əvvəlkindən daha az əhəmiyyət verməyə başlayırlar. Lakin Müstənsirin (Fatimilərin 8-ci xəlifəsi) dövründə qaimin zühurunun ruhani və qeyri-cismani olacağı təfsir edildi və onun Məhəmməd ibni İsmail deyil, başqa bir şəxs tərəfindən həyata keçiriləcəyi haqda danışılmağa başlandı. Beləliklə, Fatimilər Məhəmməd ibni İsmailin cismani zühuruna e᾿tiqad bəsləməyə son qoydular.

5. Mustə᾿ləviyyə və Buhrə;

Hicrətin 467-ci ilində Fatimi sərkərdəsi Bədrul Cəmali öz mövqeyini gücləndirərək Fatimilərin daxili üsyanlarına son qoya bildi. Bunlarla yanaşı (orduda) «rəisul-cüyuş», din mübəlliğlərinə başçılıq edən «daid-düyut» və bir neçə başqa vəzifələr də əlavə etdi. O, Fatimi dövlətini öz tabeçiliyinə keçirərək bütün işlərə sözün əsl mə᾿nasında nəzarət etməyə başladı. Sonralar bu vəzifələr irsi olaraq onun övladlarına çatdı. Hicrətin 489-cu ilində Bədrul Cəmalinin oğlu Əfzəl atasının canişini seçilərək orduya sərkərdəliyi öz üzərinə götürdü. Müstənsir isə ölüm ayağında idi. Bu səbəbdən də Əfzəli hər şeydən əvvəl xəlifənin canişini kimi seçiləcəyi maraqlandırırdı. Müstənsirin isə iki oğlu var idi: Xəlifəyə vəliəhd tə᾿yin edilmiş, iste᾿dad və bacarığı ilə fərqlənən Nəzar və bir o qədər də yüksək mövqeyə malik olmayan Mustə᾿li. Əfzəl, Mustə᾿linin xilafətə çatması üçün lazımi şərait yaratmağa cəhd göstərirdi. Belə olduqda o, Mustə᾿lini asanlıqla öz tabeçiliyinə keçirə bilərdi. Bunun üçün də qızını ona ərə verdi və Müstənsirin ölümündən sonra onu xilafətə tə᾿yin edib müdafiə etməyə başladı. Mustə᾿linin tərəfdarları «Mustə᾿liyyə» və ya «Mustə᾿ləviyyə», Hindistanda isə Buhrə ləqəbi ilə məşhur oldular. Buhrə sözü lüğətdə satıcı və tacir mə᾿nasını daşıyır. Buhrələr şər᾿i hökmlərə əsaslanır və onu əməli olaraq həyata keçirirdilər. Peyğəmbər (s) və altıncı imamadək olan imamların, həmçinin İsmailiyyə imamlarının və bu firqəyə mənsub olan şəxslərin qəbrini ziyarət edirdilər.

Onların evlənmə, bayram və bir çox adət-ən᾿ənələri ilə hind və şiə müsəlmanlarının adət-ən᾿ənələri arasında bə᾿zi oxşarlıqlar vardır.[3]

6. Nəzariyyə.

Fatimi firqəsinə mənsub olan bu cərəyan Mustə᾿linin xilafətini əsaslı saymayaraq qardaşı Nəzarın xilafətinə tabe olmuşlar. Nəzar İskəndəriyyəyə qaçdıqdan sonra tərəfdarları onunla həmrə᾿y olaraq Mustə᾿liyə qarşı qiyam etmişlər. Lakin Nəzar çox tez bir zamanda tutularaq qətlə yetirildi.

Nəzarın tərəfdarları ilə Misir Fatimiləri arasında olan əlaqələr kəsildi. Nəzariyyənin görkəmli şəxsiyyətlərindən olan Həsən Səbbah Mustə᾿li hakimiyyətini gücləndirdikdən sonra Suriya yolu ilə Hələbə və oradan da İsfahana gəldi. Az müddət orada qaldıqdan sonra öz tərəfdarları ilə birlikdə Qəzvin şəhərinin yaxınlığında yerləşən Ələmuta gəlib orada öz mübarizəsini davam etdirmək üçün möhkəm istehkam və tarixi qala tikdirdi.

İsmailiyyə firqəsinə mənsub olan digər iki cərəyan - Dəruziyyə və Ağaxaniyyə firqələri barədə növbəti dərslərimizdə söhbət açacağıq.

 

--------------------------------------------------------------------------------

[1] Firəquş-şiə/Nobəxti/İbnun- nədim, əl-fehrest.

[2] Bəhreyn Qərmətiləri və Fatimilər/Dəxəviyyə.

[3] Şiə ensiklopediyası/3-cü cild.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Məhərrəm ayının 6-cı günü
QURANIN ECAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ
QUR᾽ANIN ƏQL VƏ FƏLSƏFƏ BAXIMINDAN MÖ᾽CÜZƏLƏRİ
“Heç kəs mənim kimi əzab-əziyyətə məruz qalmayıb"
Oructutanlar üçün həkim məsləhətləri (1)
QƏLBİN QƏSAVƏTİ (BƏRKİMƏSİ)
İlk və sonuncu nazil olan ayələr hansıdır?
ƏHLİ-HƏDİS (4)
ABNA, İslam Peyğəmbəri (s) və 6-cı İmamın (ə) mövludu münasibəti ilə təbrik ...
İSMAİLİYYƏ FİRQƏLƏRİ

 
user comment