Qəbzliyin qarşısnın alınması
Təbiidir ki, ramazana ayında bağırsaqların fəaliyyəti azalır. Su içməmək və yemək rejiminin korlanması bəzən qəbzliklə nəticələnir. Onun qarşını almaq üçün aşağdakı tövsiyələrdən istifadə etmək olar:
1. Yeməkdən sonra mədədən böyük bağırsağa tərəf bir dalğa hərəkək edir ki, tibb aləmində ona “qastrolik refleks” deyilir. Ona görə də, yeməkdən sonra birbaşa tualetə getmək qəbzilin qarşını almaq üçün təsirli ola bilər.
2. İftar və obaşadan arasında (İftardan bir saat sonradan başlayaraq obaşdandan yarım saat əvvələdək) kifayət qədər su içmək qəbzlik probleminin qarşısnı almaqda kömək edir.
3. Müxtəlif növlü xam və bişmiş göy-göyərti, meyvələr yemək də faydaldır.
4. Hətta bəzən yeməkdən sonra yaş və quru əncirdən istifadə etmək yararlıdır. Eyni zamanda əncir, meyvələr arasında daha faydalılardan sayırılır.
5. Təcrübələr göstərir ki, tünd çay içmək, qəhvə və kakao qəbzliyə səbəb olur. Onlardan çəkinmək lazımdır.
Ramazan ayında vərdişlər –insanın adət etdiyi işlər dəyişir
Ramazan ayında bir növ məcburi olaraq vərdişlər dəyişir. Məsələn, siqaret çəkənlər Allahın əmrini yerinə yetirmək üçün şeytana “yox” desinlər və xoşagəlməz siqarətçəkmək adətini ən azı müvəqqəti də olsa tərk edirlər. Beləliklə də çox faydaları olan orucluq kimi vacib əməlin sayəsində siqareti gündüzlər tərk etdiyi kimi daimi tərk etməyə tərəf addım atmaq olar.
Təəssüflər olsun ki, iftar zamanı insanın orqanzimi üçün müəyyən problemlər yararadan yeməklər yemək camaat arasında bir qədər adət halına keçib. Məsələn tərkibində çoxlu nanə, soğan bol yağ olan aş, şiriniyyat və s.
Onları azaltmaq və az miqdar da istifadə etmək lazımdır.
Ramazan ayında az və vaxtında yemək kimi rejimləri qaydaya salıb sonra da ilin digər vaxtlarında davam etmək olar.
Yuxu və onun zamanı da qidalanma rejimi qədər çox əhəmiyyətlidir. Ona görə də bir gecə-gündüz ərzində hər kəs ona kifayət edəcək qədər yatmağı da proqramlaşdırmaldır. Ramazan ayında məcburi olaraq çox zaman yuxu rejimində dəyişiklik olur. Ona görə də elə yuxu rejimi elə bir şəkiləd tənzimlənməldir ki, insanı incidən yuxusuzluqla (az yamaqla) və ya zərərli çox yatmaqla nəticələnməsin. Eyni zamanda mütaliə saatını da münasib şəkildə proqlaşdırmaq olar.
Gecə və gündüz ərzində hormonlar dəyişməsi gecələr tez yatmağa və səhər tez qalxmağa səbəb olur və iki “tülu” (fəcr işığından günəş doğanadək) arasında yatmasın. Eyni zamanda qüruba yaxın zamanlardan qürubədək olan zaman fasiləsində yatmaq münasib deyil. Mümkün olan təqdirdə (qeylulə zamanı) zöhrə bir saat qalmış yarım saat yatmaq olar. Belə bir zamanda deyilən miqdar yatmaq, insana enerji bəxş edir…
Davamı var
www.sibtayn.com/az