Azəri
Saturday 20th of April 2024
0
نفر 0

SUFİLİK

Müqəddimə

Sufilik islam aləmində bir neçə firqənin meydana gəlməsinə səbəb olan dördüncü ideoloji cərəyandır. Sufilik, kəlami cərəyan kimi tanınmadığı üçün yuxarıda haqqında söhbət açdığımız firqələrdən biri hesab olunmur. Lakin həm varlıq aləmi və insan həyatına olan baxışa, həm də insanın fərdi və ictimai davranışına aid olan özünəməxsus dünyagörüşünə malikdir. İslam aləmində xüsusi tərzi-təfəkkür və ideologiyaya malik olduğu üçün onun haqqında ayrı-ayrılıqda söhbət açılır. Sufiliyin islam tarixində qoyduğu müsbət təsirlərə də göz yummaq olmaz. Monqolların islam ümmətinə divan tutduqları illərdə və islam aləminin qarşılaşdığı faciəli dövrlərdə bu cərəyan müsəlmanları vəhdətə və bir-birlərinə mə᾿nəvi dayaq olmağa çağırmış, İslam dininin uzaq və əlçatmaz ölkələrdə təbliğ olunmasında mühüm rol oynamışdır. Ticaniyyə, Şazliyyə və Sənusiyyə kimi sufi firqələri barədə qısa araşdırma apardıqda, onların İslam dinini Afrikanın qərb və mərkəzi ölkələrində yaydıqlarının şahidi oluruq. Nurbəxşiyyə, Kubrəviyyə və digər Sufi firqələri İslam dininin şərqdə yə᾿ni, Pakistan, Çin (qərb hissəsi), Hindistan və Cənubi-şərq ölkələrində də yayılmasında aparıcı rol oynamışlar.

Lakin Sufiliyin İslam mədəniyyəti və sünnəsində yanlış e᾿tiqadlar yaratmasına və bidətçi adət-ən᾿ənələr meydana gətirməsinə də göz yuma bilmərik. Şəriət və Sufilərin özlərinə məxsus mərasimlərini, Peyğəmbərin (s) sünnəsində mövcud olmayan adət-ən᾿ənələrini, danışıqda istifadə etdikləri mübhəm ifadələri, rəftar və danışıq tərzlərini buna misal göstərmək olar. Bu bir həqiqətdir ki, bu kimi bid᾿ətlər islam ictimaiyyəti və mədəniyyətinə yol tapa bilmiş və öz mənfi tə᾿sirini göstərə bilmişdir. Şəriət və dini hökmlərə bir-birindən fərqli baxışlara yiyələnsələr də, şübhəsiz ki, bu kimi bid᾿ətlərin meydana gəlməsinin əsas səbəbkarı onların özləri olmuşdur. Qeyd etmək lazımdır ki, sufi firqələrinin şəriət məsələlərinə yanaşma tərzi müxtəlifdir və onların hamısını haqq yoldan azmaqda ittiham etmək olmaz.

SUFİ SÖZÜNÜN LEKSİK MƏ᾿NASI
Sufi və Sufilik kəlməsinin meydana gəlməsi və onlara belə bir adın verilməsi haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Bə᾿ziləri deyirlər: Sufilik – Suffə əhlinə mənsub olan addır və bu söz oradan meydana gəlmişdir. Suffə əhli, Hicrətdən sonra Peyğəmbər məscidinin kənarında qurulmuş kiçik düşərgədə yerli əhalinin yardımı ilə yaşayan, olduqca yoxsul müsəlmanlara verilən addır. Lakin belə bir ehtimal tamamilə səhvdir. Çünki Suffə sözünün mənsubiyyət forması sufi deyil, «səffiyy» kəlməsidir. Bə᾿ziləri Sufi kəlməsinin Səfa sözündən götürüldüyünü, digərləri də onu olduqca təqvalı və zahidanə həyat tərzi keçirən ərəb qəbilələrindən olan Bəni-Sufəyə verilən ad hesab etmişlər. Başqalarının fikrincə, Sufə sözü ilk dəfə ömrünü Allaha xidmət üçün vəqf edən Ğovs ibni Mərrəyə verilən ləqəbdir. Bu səbəbdən də Allaha qovuşmaq istəyən zahidlər ona oxşadılaraq belə adlandırılmışlar. Bə᾿ziləri isə Sufinin Sufanə kəlməsindən götürüldüyünü zənn etmişlər. Sufanə nazik və kiçik bitki növüdür. Sufilər bitkilərdən hazırlanmış az yeməklərlə kifayətləndikləri üçün onlara belə bir ad verilmişdir. Lakin bu ehtimal da olduqca batil və əsassızdır. Çünki Sufani kəlməsinin mənsubiyyət forması Sufi deyil, Sufaniyydir. Verilən nəzəriyyələrdən həqiqətə daha yaxın olanı Sufi kəlməsinin yun mə᾿nasını daşıyan Sovf kəlməsindən götürülməsidir. Belə bir mə᾿naya əsasən Sufi «yun paltar geyinən» mə᾿nasını daşıyır. Çünki o zamanlar yun paltar ən ucuz və ümumi kütlənin geydiyi libaslar olmuşdur. Yoxsul və gəliri az olan təbəqə, dünya malına və onun bərbəzəyinə göz yuman, zahidanə həyat tərzi keçirən abidlər də adətən yun paltarlar geyinərdilər. Bu səbəbdən də onlara Sufi adı verilmişdir. Əbu Nəsr Sirac özünün «Əl-ləm᾿ fit-təsəvvuf» (Sufi məsləkinin ən qədim kitabı sayılır) adlı kitabında deyir: «Yun paltarlar geyindikləri üçün onları Sufi adlandırırıq. Peyğəmbərlərin, əməli-saleh insanların, həvari və zahidlərin geydikləri də yun paltarlar olmuşdur.»

Sirac daha sonra belə bir sual verir. Nə üçün Peyğəmbərin (s) zamanında yaşayan dərviş və zahid insanlara Sufi deyilmirdi? Özü sualın cavabında deyir: «Peyğəmbərin (s) tərəfdarlarına səhabə deyilirdi. Mə᾿lum məsələdir ki, Allah peyğəmbərinin səhabəsi olmaq sufilikdən olduqca üstün və şərəflidir.» Söhbətinin davamında deyir: «Sufi kəlməsi Həsən Bəsrinin dövründən istifadə olunmağa başladı. Onun ifadəsinə diqqət yetirin: Kə᾿bəni təvaf edərkən (bir nəfər) sufi gördüm, ona bir qədər pul vermək istədim. Bundan imtina edib dedi: Özümdə bir dirhəmdən az var və o mənə kifayət edər.»

Həsən Bəsrinin Hicrətin 110-cu ilində vəfat etdiyini nəzərə alaraq, deyə bilərik ki, Sufi kəlməsi ən azı ikinci əsrin əvvəllərində işlənmişdir.

SUFİNİN TƏ᾿RİFİ
Sufi kəlməsinin leksik mə᾿nası mə᾿lum olduqdan sonra bu kəlmənin kimlərə deyilməsini də aydınlaşdırmaq lazımdır. Sufi kəlməsinin leksik mə᾿nası haqda aparılan araşdırmalardan belə bir qənaətə gələ bilərik ki, bu söz maddi və dünyəvi həyatı tərk edib mə᾿nəvi saflığa nail olmaq istəyən, bu yolla Allaha yaxınlaşmaq üçün özünü müxtəlif çətinliklərə vadar edən şəxslərə deyilir. Onlar olduqca az və ucuz yemək və geyimlərlə kifayətlənər, dünyanın bütün maddi ləzzətlərinə göz yumarlar. Sufilik ilk vaxtlarda olduqca sadə mə᾿na daşımışdır. Belə ki, adətən bir guşəyə çəkilib gününün əksər hissəsini Allaha ibadət və Onu zikr etməklə keçirən şəxslərə deyilmişdir. Lakin getdikcə daha da genişlənməyə və şaxələnməyə başlamış, özünəməxsus rəftar, davranış, ibadət və ibadi mərhələlərdən ibarət olmuşdur. İslam sufiliyinin meydana gəlməsinə səbəb olan amillər haqda növbəti dərsimizdə söhbət açacağıq. Lakin bu dərsimizdə Sufilərin gözəl bəyanatlarından istifadə edərək onu bir qədər geniş şəkildə izah edəcəyik. Verilən izahlara diqqət yetirsək, onların hansı istiqamətə yönəlməsi müəyyən qədər mə᾿lum olar.

Cüneyd Bağdadi Sufilik haqda belə deyir: Sufilik heç bir bağlılıq olmadan Allahla olmaq deməkdir.»

Həmçinin deyir: «Sufilik cəm halda edilən zikr, dinləmə ilə birgə olan şur və davam etdirilən işdən ibarətdir.» Və ya deyir: «Sufi pak və napak olmayanların üzərində addım atdıqları yerə bənzəyir, Sufi hər şeyə kölgə salan bir buluddur, Sufi hər şeyi sirab edən bir qətrədir.»

Süfyan Suri deyir: «Sufi aram və rahatlıq, yoxsulluqda bəxşiş deməkdir.»

Şəbli deyir: «Sufilik Allahla qəm-qüssəsiz ünsiyyət yaratmaq deməkdir. Sufi isə məxluqatdan [xarici aləmdən ayrılıb] xaliqə [Allaha] birləşmiş bir şəxsdir.»

Zunnun Misri deyir: «Sufilər Allahı hər şeydən üstün tutan kəslərdir. Allah da onları hər şeydən üstün tutmuşdur.»

Mə᾿ruf Kərxi deyir: «Sufilik həqiqəti tapmaq və yaradılmışların əlindən ümidsizliyi almaq deməkdir.»

Ruvəym ibni Əhməd Bağdadi sufilik haqda soruşduqda deyərdi: « Allahın iradəsi ilə nəfsin öz istəklərindən ayrı düşməsinə deyilir.» Həmçinin deyərdi: Sufilik üç xislətdən ibarətdir: Yoxsulluğa əl atmaq, güzəşt və aliaçıqlığı biruzə vermək, riyakarlıqdan uzaq olmaq.[1]

 

--------------------------------------------------------------------------------

[1] Əl-lum᾿ə fit-təsəvvuf/Əbu Nəsr Sirac


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment