Azəri
Sunday 5th of May 2024
0
نفر 0

Bİr neçə başqa məsələ

Məsələ 164:  Qadının  irs payı kişidən az olmaya bilər. Məsələn:

1. Ata-anadan və ya atadanbir bacı və qardaşın övladının irsi;

2. Anadanbir bacı və qardaşın irsi;

3. Qız olsa belə, oğul nəvənin irsi atasının payıdır; oğlan olsa belə, qız nəvənin irsi anasının payı qədərdir. Bu məsələdə qız oğlandan iki qat artıq irs götürür.

Məsələ 165: Qadın ərin yaşayış yerindən irs götürmür. Bağ, dükan və fabrik kimi qeyri-yaşayış yerləri ilə bağlı, təqlid еtdiyi müctәhidә müraciət etmək daha yaxşı olar.

Məsələ 166: Əgər meyit malının üçdə birini vəsiyyət etsə, vərəsə həmin üçdə birdən pay götürmür. Vəsiyyət etmədiyi halda bütün mal varisindir. Böyük vərəsə meyitin dəfn və hüzür məclisinin xərcini öz payından ödəyə bilər. Kiçik vərəsənin payından xərcləmək olmaz. Böyük vərəsə də razı olmasa, onun payına toxunulmamalıdır.

Məsələ 167: İnsan vəsiyyət etməmiş ölərsə, üçdə bir ayrılmır.

Məsələ 168: Meyitin öz zövcəsinә vеrmәli оlduğu mehriyyə, bank borcu və insanlara borc kimi verəcəkləri əsil maldan çıxılır.

Məsələ 169: Bə`zi kəndlərdə qıza cehiz verilir deyə, irs payı ayrılmır. Bu kimi rәftаrlаr düzgün deyil, qız da, oğlan da irsdən pay alır.

Məsələ 170: İnsan vəsiyyət etməklə öz varisini irsdən məhrum edə bilməz. Ölənin canişini bu qəbildən olan vəsiyyətə əməl etməməlidir. Bəli, insan öz mülkünün üçdə birini istədiyi yönümdə vəsiyyət edə bilər. Qalan hissə Allah kitabı və peyğəmbər sünnəsi əsasında varislər arasında bölüşdürülür.

Məsələ 171: Varisi olmayanın mülkü öldükdən sonra mə`sum imamın ixtiyarına verilir. İmam qeybdə olduğu dövrdə bu irs təqlid оlunаn müctәhidә təqdim edilir.

Məsələ 172: Əgər insan sağ olduğu vaxt öz mülkünün xümsünü vermişsə, öldükdən sonra ondan qalan irsə xüms düşmür. Əgər mülk sahibi sağ ikən xüms verməmişsə, öldükdən sonra irs bölünməmişdən malın xümsü verilməlidir.

Məsələ 173: İnsana gözləmədiyi ünvandan irs çatdıqda onun xümsü verilir. Məsələn, bir şəxsin xarici bir məmləkәtdə əmisi ölmüşsə və o, əmisi olduğundan xəbərsiz olmuşsa, əldə etdiyi irsin xümsünü verməlidir.

 

 

 

 

 

Qur`anda İrs məsələsİ
Qur`ani- məciddə “fəraiz” sayılan altı paydan danışılır: ikidə bir, dörddə bir, səkkizdə bir, altıda bir, üçdə bir, üçdə iki.

İkidə bir, yə`ni yarı pay üç zümrəyə aiddir: yeganə qız[1]; zövcənin övlad və nəvəsi olmadıqda ər[2]; ata-anadan və ya atadanbir yeganə bacı.[3]

Dörddə bir pay iki zümrəyə aiddir: ölmüş zövcəsinin övlad və ya nəvəsi olan ər (övlad və nəvə başqa kişidən də olsa)[4]; ölmüş ərinin övlad və nəvəsi olan zövcə (övlad və nəvə başqa zövcədən olsa da).[5]

Səkkizdə bir pay bir zümrəyə aiddir: başqa bir qadından olsa belə, övladları olan kişinin zövcəsi; bir neçə zövcə olarsa, irs onlar arasında bölünər.[6]

Altıda bir pay üç zümrəyə aiddir: meyitin övlad və nəvəsi olsa belə onun ata-anası[7]; övladları olmayan, bacıları və qardaşları olan meyitin anası[8]; anadanbir yeganə bacı və qardaş.[9]

Üçdə bir pay iki zümrəyə aiddir: maneə olmadıqda meyitin anası[10]; anadanbir iki və ya daha artıq bacı və ya qardaş; onlar üçdə bir payı öz aralarında bərabər bölürlәr.

Üçdə iki pay iki zümrəyə aiddir: meyitin oğlu olmadıqda iki və ya ikidən artıq qız[11]; ata-anadanbir iki və ya daha artıq bacı; ata-anadanbir bacılar olmadıqda (və meyitin ata-anadanbir qardaşı yoxsa) atadanbir bacılar.[12]


İKİNCİ RİSАLӘ
Mәhrәm vә nаmәhrәmlik mәsәlәlәri
Məhrəm və naməhrəm
Rəhman və Rəhim Allahın adı ilə

Həmd olsun müəyyən məsləhətlərə görə bə`zi qadınları bə`zi kişilərə məhrəm və onlarla izdivacı haram, bə`zi qadınları bə`zi kişilərə naməhrəm və onlarla izdivacı halal buyuran Allaha! Bir müddət idi ki, məhrəm və naməhrəm mövzusunda müxtəsər bir risalə yazmaq istəyirdim. Şükürlәr olsun Allaha ki, bu mövzuda otuzadək məsələdən ibarət risalə yazmaq tövfiqini nəsib etdi.

Məhrəm və naməhrəm mövzusunda məsələləri bəyan etməzdən öncə bu mövzuda bir neçə hədisi xatırlayaq:

1-ci hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “(Naməhrəmə) baxmaq şeytanın zəhərli oxlarından biridir.Kim (naməhrəmə) baxmasa, Allah ona ilahi xof səbəbindən bir iman əta edər ki, qəlbində onun şirinliyini duyar.” [13]

2-ci hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Kim gözünü haramla doldursa, Allah Qiyamət günü onun gözünü odla doldurar. Yalnız tövbə edən istisnadır.”[14]

3-cü hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs naməhrəm qadınla əl görüşsə, Allahın qəzəbinə üz tutmuşdur. Hər kəs naməhrəm qadınla rabitəyə qatılsa, od sırasında şeytana yaxınlaşar və hər ikisi oda atılar.” [15]

4-cü hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Qiyamət günü yalnız üç göz ağlamaz: Allah qorxusundan ağlayan göz, Allahın haram buyurduqlarına yumulan göz, gecəni sübhədək Allah yolunda oyaq qalan göz.” [16]

5-ci hədis: İmam Sadiq (ə) buyurmuşdur: “Naməhrəm qadını görüb gözünü səmaya qaldıran və ya yuman kəs gözünü dolandıranadək izzət və cəlal sahibi olan Allah ona hurul-eynlə izdivac buyurar.” [17]

6-cı hədis: İmam Kazim (ə) cəddi hәzrәt Əlidən (ə) belə nəql edir: “Kor bir şəxs həzrət Fatimədən (s.ə.) otağa daxil olmaq üçün icazə istədi. Xanım Zəhra (s.ə.) pərdə arxasına keçdi. Həzrət Peyğəmbər (s) soruşdu ki, kor bir şəxsə görə pərdə arxasına nə üçün keçirsən? Xanım ərz etdi ki, o da məni görməsə, mən onu görürəm və o mənim qoxumu duyur. Həzrət Peyğəmbər (s) buyurdu:” Şəhadət verirəm ki, sən mənim tənparəmsən.” [18]

7-ci hədis: Həzrət Əli (ə) həzrət Peyğəmbərə belə ərz etdi: “Ya Rəsuləllah (s), anamın otağına daxil olarkən icazə istəyimmi?” Həzrət buyurdu ki, bəli. Həzrət Əli (ə) bunun səbəbini soruşdu. Hәzrәt Peyğəmbər (s) buyurdu:” Ananı libassız görmək xoşdurmu?” Həzrət Əli (ə) ərz etdi:” Xeyr.” Peyğəmbər (s) buyurdu:” Elə isə icazə al.” [19]

8-ci hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “ Əri varkən gözünü başqa kişilərə baxmaqla dolduran (başqalarına göz dikən) qadına Allahın qəzəbi böyükdür.” [20]

9-cu hədis: İmam Sadiq (ə) buyurmuşdur: “ (Naməhrəmə) baxmaq şeytanın zəhərli oxlarından olan bir oxdur. (Qiyamətdə) həsrət və qəm-qüssə ilə uzanası baxış nə çox!” [21]

10-cu hədis: “Həzrət Əli (ə) qadınlara salam verirdi. Amma gənc qadınlarla salamlaşmaqdan çəkinirdi. Buyurardı ki, gənc qadınların səsinin məni həyəcanlandıracağından və günаha düşəcəyimdən qorxuram. Bunun zərəri salam verməyin mükafatından böyükdür.” [22]

--------------------------------------------------------------------------------

[1] surə 4, ayə 11

[2] surə 4, ayə 12

[3] surə 4, ayə 176

[4] surə 4, ayə 11

[5] surə 4, ayə 12

[6] surə 4, ayə 12

[7] surə 4, ay 11

[8] surə 4, ayə 11

[9] surə 4, ayə 12

[10] surə 4, ayə 11

[11] surə 4, ayə 11

[12] surə 4, ayə 176

[13] "Biharul-ənvar", c.104, s.38, hədis 34

[14] "Biharul-ənvar", c.104, s.32, hədis 3

[15] "Biharul-ənvar", c.104, s.32, hədis 4

[16] "Biharul-ənvar", c.104, s.35, hədis 18

[17] "Biharul-ənvar", c.104, s.37, hədis 28

[18] "Biharul-ənvar", c.104, s.38, hədis 36

[19] "Biharul-ənvar", c.104, s.38, hədis 37

[20] "Biharul-ənvar", c.104, s.39, hədis 42

[21] "Biharul-ənvar", c.104, s.40, hədis 46

[22] "Biharul-ənvar", c.104, s.37, hədis 26


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ
Qəflət azğınlıqla nəticələnir
ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)
Gündəlik beş namaz nə üçündür?
İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri
Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı
Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq
Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)

 
user comment