Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Məkarim Şirazi: "Türkiyə zahiri islamçılıqla oda yağ tökür"

Məkarim Şirazi:

Məkarim Şirazi: “Səudiyyə Ərəbistanı kimi ölkələrin başçıları açıq-aydın müsəlmanların müqabilində dayanmışlar. Bəziləri isə məsələn Türkiyə kimi ABŞ və İsraillə əl-ələ verərək zahirdə özünü islamçı göstərməklə oda bir az daha yağ tökür. Belə şeylərə aldanmamaq üçün millətlər ayıq olmalıdırlar”

Məkarim Şirazi: "Türkiyə zahiri islamçılıqla oda yağ tökür"

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Ayətullahul-Üzma Məkarim Şirazi xaric dərsində deyib: Bu gün müsəlman dünyasında oyanış baş vermişdir. Amma biz elə şəraitdə yaşayırıq ki, müsəlmanlar bundan daha oyanmalı və eyni zamanda ayıq olmalıdırlar.

Mərcei-təqlid daha sonra bildirib ki, oyanış o zaman nəticə verəcəkdir ki, bu ayıqlıqla baş versin. Bu gün İslam dünyasında oyanış baş vermiş və müsəlmanlar zalımların və diktatorların əsarətindən qurtulmaqdadırlar. Amma necə ki, onlar oyanıblar eynilə düşmənlər də ayılıblar və istəmirlər müsəlmanlar öz haqqlarını əldə etsinlər.

Məkarim Şirazi daha sonra deyib: "Bu gün iki dəstə bir-birilə üzbəüz dayanmışdır. Biri öz haqqlarını tələb edən millətlər, digəri isə Amerikanın və İsrailin bölgədəki marionet siyasətçiləridir. Səudiyyə Ərəbistanı kimi ölkələrin başçıları açıq-aydın müsəlmanların müqabilində dayanmışlar. Bəziləri isə məsələn Türkiyə kimi ABŞ və İsraillə əl-ələ verərək zahirdə özünü islamçı göstərməklə oda bir az daha yağ tökür. Belə şeylərə aldanmamaq üçün millətlər ayıq olmalıdırlar" - deyən mərcei-təqlid müsəlmanların lazımi şəkildə ayıq olmaları gec və ya tez onları öz məqsədlərinə çatdıracağını bildirib. O, həmçinin bütün bunlarla yanaşı müsəlmanları vəhdəti bərpa etməyə və bir-birinin arxasında durmağa çağırıb.

Bəhreyndə baş verən hadisələrə toxunan alim deyib ki, bu gün Bəhreyndə millət öz haqqını tələb edir. Amma bu ölkənin rəhbərləri Səudiyyənin və ABŞ-ın dəstəyilə həmin millətin qarşısını tanklarla almaqdadır. Və bu beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir ki, beynəlxalq insan haqqları təşkilatları da buna göz yumurlar.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı

 
user comment