AİP rəsmisi Akif Heydərli: Biz dünən saxlanılanların sərbəst buraxılmasının şahidi olduq. Ən son buraxılanlar saat 10 radələrində oldu.
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Azərbaycan İslam Partiyasının (AİP) idarə heyəti fövqəladə toplantı keçirib.
AİP mətbuat xidmətindən Islaminsesi.az-a daxil olan məlumata görə, toplantıda 14 oktyabr 2011-ci il tarixdə bir qrup şəxsin “günahsız islamçıların və digər vicdan məhbuslarının azadlığa buraxılması” tələbilə Ədliyyə Nazirliyinin qarşısında keçirdikləri dinc aksiyaya qiymət verilib. AİP idarə heyəti hesab edir ki, şərlənərək həbs olunan islamçılar və digər vicdan məhbusları tezliklə azadlığa buraxılmalıdırlar. Eyni zamanda onlar Ədliyyə Nazirliyinin qarşısında keçirilən aksiyanı müsbət qiymətləndiriblər: “Hesab edirik ki, Azərbaycan cəmiyyətində artıq fəallıq hiss olunur. Cəmiyyətdə bir növ oyanış və hüquqi müstəvidə haqqını tələb etmək cəsarəti görünür”.
Bundan əlavə AİP rəsmisi Akif Heydərli FaktXeber.com-a açıqlamasında bildirdi ki, saxlanılan şəxslərin böyük əksəriyyəti aksiya keçirilən ərazidən kənarda polis bölmələrinə aparılmadan sərbəst buraxılıblar. Biz dünən saxlanılanların sərbəst buraxılmasının şahidi olduq. Ən son buraxılanlar saat 10 radələrində oldu. İstər saxlanılan zaman istərsədə polis bölməsində islamçılara qarşı güc tədbiq edilməmiş, o cümlədən kobud rəftar olunmamışdır.
Qeyd edək ki, aksiya zamanı heç bir qarşıdurma baş verməmiş və polisin kobud zorakılığı da qeydə alınmamışdır. Saxlanılan aksiya iştirakçıları da izahat verdikdən sonra sərbəst buraxılıblar.
AİP mətbuat xidməti
source : ابنا