Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Eynəklə və eynəksiz…

Özü zibil, günah, qəbahət içində boğulan insan xalqa nə verə bilər? Xalqımızın səadət yolu bu həqiqətin dərkindən keçir. Xalq yalnız təmiz, saf, vicdanlı, imanlı insanları hakimiyyət kürsüsündə oturtmalıdır.


Eynəklə və eynəksiz…

“Azərbaycanda 1969-cu ildən hakimiyyətdə Əliyevlər sülaləsidir - yəni, Qəzzafi kimi, düz 42 il! Burada Əliyevin 1970-1987-ci illərdə apardığı siyasət nəticəsində (1982-ci ildən 1988-ci ilə qədər MK-nın birinci katibi zəif xarakterli Kamran Bağırov olsa da) ölkə daxilində respublikanı idarə etməyə bir nəfər də potensialı olan kadrın tapılmaması səbəbindən Pakistanda səfir işləyən və xalq arasında “bambılı”, “qozəkən”, “hamamtikən” adlandırılan Əbdürrəhman Vəzirovun 1988-90, öz “yaraşığı”nın vurğunu olduğundan, hətta keçirdiyi iclasın ortasında da gedib güzgüyə baxıb, daranıb qayıdan Ayaz Mütəllibovun 1990-91-ci illərdəki hakimiyyətlərini bir kənara qoyaq. Çünki Əliyevin əvvəllər apardığı siyasətin labüd nəticəsi elə məhz belə hakimiyyətlərin törəməsi ilə yekunlaşmalıydı. 1992-ci il iyunundan 1993-cü ilin iyununadək olan təcrübəsiz Xalq Cəbhəsi hakimiyyətini də bir qırağa qoymaq lazımdır. Xalq Cəbhəsi, hətta bütövlüklə “düşmənlərdən” ibarət olsaydı belə, onların bir ildə buraxdığı səhvləri 18 il ərzində çeynəmək, bu səhvlərin Azərbaycanın tarixində həlledici rol oynadığını, demokratikləşmənin qarşısını kəsdiyini iddia etmək, yumşaq desək, əbləhlikdir. Faktiki olaraq, 1993-dən bu yana olan son 18 ildəsə nəinki Xalq Cəbhəsinin yol verdiyi yanlışlıqları, hətta Azərbaycanın 1969-cu ildən 1993-cü ilədək olan dövrdə yol verilən bütün səhvləri, yanlışlıqları da aradan qaldırmaq və ölkəni demokratik bir dövlətə çevirmək mümkün idi.

Beləliklə, ötəri bir analiz təsdiqləyir ki, Azərbaycanın son 42 illik tarixinin neqativləri, ən qaranlıq və faciəli anları, həmçinin ölkənin demokratikləşməməsi və bu yolda yaradılan əngəllər birbaşa və dolayısıyla daha çox Əliyevlərin adıyla bağlıdır. Bu gün ölkədə mövcud olan ab-hava da inqilabların baş verdiyi ərəb ölkələrindən qətiyyən fərqli deyil. Əksinə, bir çox parametrlərə görə, Azərbaycan daha bərbad vəziyyətdədir. Indi “ərəb ölkələrində inqilablara səbəb olan şəraitdən hansı Azərbaycanda yoxdur?” sualına, qoy, tək sadə azərbaycanlılar yox, daha çox hakimiyyətin yuxarı eşalonunda əyləşənlər, hökumətə rəhbərlik edənlər cavab axtarsınlar! Məsələn, elə birinci korrupsiya və rüşvətə qarşı kompromissiz mübarizə apardıqlarından ağzı köpüklənə-köpüklənə danışan, reallıqda isə şər-böhtanla saysız-hesabsız günahsız insanları tutdurmaqla minlərlə düşmən qazanan Baş prokuror və ya Daxili Işlər naziri çıxıb desin görək, özlərinə, yaxınlarına yaratdıqları bu cah-cəlalı neçə illik maaşlarıyla əldə ediblər? Deyə bilərlərmi?! Yox! Çünki bu cah-cəlalı yaratmaq üçün bugünkü maaşları ilə azı 10 min il işləməlidirlər! Baş prokuror 1000 ilə 20 milyon manata yaxın maaş almalıdır. Bu, heç onun bir evinin qiyməti deyildir, ay əziz azərbaycanlılar! Belələri hələlik xalqın öz taleyinə sahib çıxa bilməməsinin yaratdığı arxayınlıq hissinin təsiri altındadılar. Ancaq tarix sübut edib ki, öz xalqına yuxarıdan aşağı baxanların bu arxayınçılıq hissi qəfildən və bir günün içərisində darmadağın edilir!”

Təəssüf! Təəssüf ki, bu sözləri Rəsul Quliyev yazır. Hamının, hamının… partokrat, mafioz, karrupsioner, fırıldaqçı kimi tanıdığı Rəsul Quliyev! Övliyaların tövsiyəsi budur ki, şəxsə yox, onun dediyi sözə baxın. Amma burada “ onlar getsin, mən gəlim” iddiası var. “Sözlərə söz yox!” Rəsul Quliyev mövcud rejimi gözəl tanıyır. Çünki onun pərdəarxası oyunlarında əsas rollardan birini oynayıb. Həqiqəti isə o zaman deyir ki, quyruğu tapdanıb. Azərbaycan xalqının, xüsusilə müxalifətçilərin Quliyevdən öyrənəcəyi bir şey var, cəmi bir şey: aradan çıxmaq bacarığı! O bunu bacarır və kimsə onun sürüşmək istedadına şübhə etmir. Amma hədəfimiz Quliyev deyil. Bizim üçün bütün bu mövzular Azərbaycan xalqının səadəti yolunda hərəkət baxımından maraqlıdır.

Özü zibil, günah, qəbahət içində boğulan insan xalqa nə verə bilər? Xalqımızın səadət yolu bu həqiqətin dərkindən keçir. Xalq yalnız təmiz, saf, vicdanlı, imanlı insanları hakimiyyət kürsüsündə oturtmalıdır.

Xalqın seçmədiyi, xalqın səsini zorla alan biri hakimiyyətə layiqdirmi?

Varlıq aləminin Yaradanı və Rəbbinin qanunlarını pozan biri xalqı xoşbəxt edə bilərmi?

Milli sərvəti ata malı kimi ailəsinə xərcləyən, quldur ətrafı arasında bölüşdürən insan başçı olmaq ləyaqətinə malikdirmi?

Torpaqları işğal olmuş xalq Eurovision kimi bayağı, əxlaqsız tədbirlərə qatıla bilərmi?

Yeganə məqsədi eyş-işrət, rahat yaşayış, var-dövlət olan insan qaçqın, yoxsul ağrılarını dərk edərmi?

Nəhayət, bircə gün hakimiyyətdə olub xalqa yanmamış, yalnız özünü düşünmüş insanlar haqq-ədalətdən yox, cinayətlərindən danışmalı, məhkəmə qarşısında dayanmalıdır, necə ki, Hüsni Mübarək dayanıb – zorla! Onlar niyyətlərindən danışan gözlərini eynək altında gizlədirlər. Amma bir gün öz cinayətlərinə eynəksiz baxmalı olacaqlar, hökmən!


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı

 
user comment