Azəri
Thursday 26th of December 2024
0
نفر 0

HÜRRÜN TƏRAVƏTLİ CƏSƏDİ VƏ BAŞINDAKI DƏSMAL

 

Mühəddis Cəzairi “Ənvari-nö”maniyyə” kitabında Hürr ibni Yəzidin qəziyyəsini nəql edir: Şah İsmail Səfəvi Kərbəlaya gəldiyi vaxt eşidir ki, (Kərbəlada Yezid qoşunundan üz döndərib İmam Hüseyn Əleyhissalamın yoldaşlarına qoşulan) Hürrə tənə edib, onun haqqında pis danışanlar var. Onun Allah-Tərəfindən bağışlanıb, sevimli bəndə olmasını sübut etmək üçün Şah İsmail qəbrin açılmasını əmr edir. Qəbri açıb, cənazənin təravətli qaldığına şahid olurlar. Sanki, yenicə şəhid olmuş Hürrün başında Həzrət Hüseyn (əleyhissalam)-ın dəsmalı bağlanmışdı (Tarixə görə Aşura günü bu dəsmalla İmam Hürrün yarasını bağlamışdı). Şah İsmail bu dəsmalı öz kəfəninə qoymaq üçün açdırır. Qan axdığını görüb, yaranı başqa dəsmalla bağladılar, amma qan dayanmadığından həmin dəsmalla bağlamağa məcbur oldular. Hadisə Hürrün haqqındakı pis fikirləri aradan götürdü. Şah İsmail burada məqbərə tikdirib, xidmətçi təyin etdi.

KULEYNİNİN QƏBRİNDƏ SÜDƏMƏR KÖRPƏ

Məşhur “Kafi” kitabının müəllifi Kuleynini qəbri Bağdadda yerləşir. Zalım hakimlərdən biri Kazimeynə ziyarətin qarşısını almaqdan ötrü İmam Kazim (əleyhissalam) qəbrini uçurmaq fikrinə düşür. Qəlbən şiə olan vəzir öz əqidəsini açmamaqla, yolüstü Kuleyninin qəbrini hakimə göstərib, deyir: Gördüyün qəbir İmamın nümayəndələrindən birinin qəbridir. Deyirlər ki, onun cəsədi çürüməyib, təzədir. Gəl, bu sözü yoxla. Əgər doğru çıxsa, İmamımn qəbrinə toxunmağın məsələhət deyil.” Hakim qəbul etdi. Dərhal Kuleyninin qəbrinin açılması əmr olundu. Qəbri açıb cəsədin çürümədiyinə əmin oldular. Ən təəccüblüsü isə cəsədin yanında təravətli südəmər bir körpə cəsəd də vardı. Bu körpənin kimə məxsus olduğu məlum deyil. Bildiymiz budur ki, həyat çeşməsinə bağlı olanlar da ondan faydalanarmışlar. Əlbəttə, bütün xeyirlərin mədəni Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in ailəsidir. Onların, İmam övladalarının, həqiqi alimərin qəbirlərindəki mö”cüzələr həmən həyatın əsərləridir. Bu səbəbdən də onların cəsədləri çürüməmişdir.

Əksinə, insan əzab, od əhlidirsə, ruhun çəkdiyi əzablar cəsədə də sirayət edər. Abbasilər Əməvilərə qalib gəldikdən sonra onların qəbirlərini xaraba qoydular. Məlun Yəzidin qəbri açılanda qəbirdə cəsəd uzunluqda kül xətdən başqa bir şey tapılmadı.

BƏRZƏX ALOVU QƏBİRDƏN ŞÖ”LƏ SAÇIR

Mərhum Şeyx Məhmud Əraqi “Darüs-səlam”da mö”təbər şəxslərdən nəql edir ki, buyurublar: Tehrandakı İmamzadə Həsən qəbirstanlığına getdik. Hələ gün batmamışdı. Dostlardan biri bir qəbrin daşı üstə oturdu və elə o an da fəryad çəkdi ki, məni qaldırın. Məzarın daşı eynən alov kimi idi. Ruhun əzabının şiddətindən hətta qəbir daşı da qızmışdı. Mən qəbir sahibini tanıyıram. Rüsvay olmasın deyə, adını çəkmirəm.

Qumda dəfn edilmiş daha bir nəfərdən danışılır ki, qəbrindən od şö”ləsi qalxıb, məqbərənin xalçalarını yandırmışdı.

Şeyx Şüştəri öz moizələrində buyurub: Quranda buyurulur “narun hamiyə”, yəni “isti alov.” Görəsən soyuq alov da varmı? Bəli. Əgər müqayisə olunsa, dünya alovu bərzəx və Qiyamət alovuna nisbətən çox soyuqdur.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

DÜNYA INSANLIQ MӘKTӘBIDIR!
Qadının ailə qurması və atanın icazəsi
HÖKUMƏTIN DAVAM ETMƏ MÜDDƏTI
HӘQIQI REGIONAL ISLAM
İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
Cəhənnəmdə əbədi qalacaq 8 dəstə
ŞӘRLӘR - ӘDALӘT PRINSIPI BAXIMINDAN
Savabını bilsəydilər onu yerinə yetirmək üçün püşk atardılar..."
SABEİ DİNİ

 
user comment