Azəri
Friday 27th of December 2024
0
نفر 0

RUHUN BƏDƏNLƏ ƏLAQƏSİ DAXİL VƏ YA XARİC OLMAQLA DEYİL

 

Bilməliyik ki, ruhun bədənlə əlaqəsi ona daxil olmaq cəhətindən deyildir. Çünki ruh mücərrəd bir şeydir, cisim deyildir. Onun daxil olub, xaric olması kimi bir şey yoxdur. Bu əlaqə yalnız bədənə tam nəzarətdən ibarətdir. Ölüm yəni həmin əlaqənin bədəndən qırılması.

İnanmağımız vacibdir ki, ölüm Allahın izni, icazəsiylədir. Yalnız ana bətnindən son günədək ruhu bədənlə əlaqələndirən Kəs bu əlaqəni qıra bilər. Dirildən də Odur, öldürən də. Bu həqiqət, Qurani-Kərimdə çox zikr olunmuşdur. Bəzi nadanlar isə Əzraili (ölüm mələyini) xoşlamır, onu düşmən tuturlar. Amma bilmirlər ki, o, özbaşına iş görmür, yalnız Allahın əmrlərini icra edir.

RUHUN AYRILMASI KEYFİYYƏTİ

Ruhun çıxarılmasının necəliyi “Me”rac“ hədislərinə əsasalanır ki, xülasəsi belədir: Həzrət Əzrailin qarşısında bütün bəşəriyyətin adı qeyd olunmuş bir lövhə mövcuddur. Ömrü sona yetmiş, əcəli çatmış insanın adı bu lövhədən silinir və Əzrail dərhal onun ruhunu çıxarır. Mümkündür (eyni bir anda) minlərlə adamın adı silinsin və Əzrail də eyni bir anda onların ruhunu çıxarsın. Təəccüblü bir şey yoxdur, axı bir külək də minlərlə çırağı bir dəfəyə söndürə bilir. Hamı öz Rəbbinə tərəf qayıdır. Ruhları Əzrail ayırır, amma həqiqətdə Allah öldürür. Çünki bu iş Allah-Tərəfindəndir.

ÖLDÜRƏN ALLAHDIR, ƏZRAİLDİR, YOXSA MƏLƏKLƏR?

Buna görə də Qurani-Məcid ruhun çıxarılmasının bir yerdə Allaha (39-cu surə, 41-ci ayə), digər yerdə Əzrailə (32-ci surə, 11-ci ayə), daha başqa yerdə isə Əzrailə bağlı mələklərə (41-ci surə, 26-cı ayə) aid edir. Hər üçü həqiqətdir. Çünki Əzrail və ona bağlı mələklər Allah-Taalanın əmri ilə canları alırlar. Məsələn, əgər bir sultan öz sərkərdələri və qoşunu vasitəsilə bir ölkəni fəth edirsə “filan ölkəni sultanın qoşunu fəth etdi” və ya “filan sərkərdə fəth etdi” deməyin heç bir eybi yoxdur və həqiqətdə qoşunun hökmranlığını və rəhbərliyini öhdəsinə alan sultan fəth etmişdir. Əlbəttə, bu misallar məsələnin dərk olunması üçündür, yoxsa əsil mətləbimiz bundan çox-çox ucadır.

RƏBBİMİZ ÖLÜM ÜÇÜN VASİTƏLƏR YARADIB

Bir sözlə, ölüm məqamı Allah-Taala ruhu, canı alır. Amma diqqət etməliyik ki, Allah dünyanı səbəblər evi kimi yaratmışdır, o cümlədən ölüm üçün də vasitələr müəyyən etmişdir. Məsələn, damdan yıxılmaq, xəstələnmək, öldürülmək və sair. Əlbəttə bütün bunlar səbəbdir. Axı ölənlərdən də ağır xəstəliyə tutulanlar vardır ki, yaşayırlar. Deməli, bu (xəstəlik), təklikdə ölümə səbəb olmur. Bəli, yalnız ömür sona yetdikdə Allah onun ruhunu çıxarır. Necə ki, bəzən tam sağlam adamların qəfil ölümünə şahid oluruq.

CAN VERƏNLƏR ÜÇÜN ÖLÜM MƏLƏYİNİN SURƏTİ

Növbəti söhbətimiz ölüm mələyinə aiddir. Ruhu çıxarmaq üçün gələn bu mələk can verənlərə müxtəlif şəkillərdə görünür. Rəvayətə görə Həzrəti İbrahim (əleyhissalam)-a kafir şəxsin canını alan vaxtda Əzrailin surətini görməyi arzuladı. Bildirildi ki, buna taqətin çatmaz. Amma İbrahim (əleyhissalam) görmək istədiyini təkid etdi. Əzrail özünü deyilən surətdə İbrahim (əleyhissalam)-a göstərdi; rənki qara, bədəninin tükləri biz-biz durmuş, pis qoxulu, qara libaslı, ağız və burnundan od qığılcımları püskürən bir kişi! İbrahim qəşş etdi... Özünə gəldiyi zaman buyurdu: “Əgər kafir şəxsə heç bir əzab verilməzsə, səni görmək əzabı ona bəsdir.”

ÖLÜM ANINDA MƏLAİKƏ VƏ ŞEYTANLARIN İŞTİRAKI

Can verən insanı son anda da sapdırmaq, azdırmaq qəsdiylə şeytanlar ona sol tərəfdən yaxınlaşır. Məlaikələr isə sağ tərəfdə hazır olurlar. Şeytanların işi həmişə adamları aldatmaqdır, xüsusilə can verən vaxtda, hətta imanlı adamların da imanlarını oğurlamaq üçün çalışırlar. Çünki səadət və bədbəxtliyin mizanı işin son nəticəsidir. İnsan yaşadığı tərzdə ölər və öldüyü təzrdə də dirilər. Hansı arzularla ömür sürmüsənsə, o arzularla da ölərsən. Əgər arzun Əli (əleyhissalam)-ın cəmalını görməkdirsə, munisin onun cəmalı olar. Yox əgər, arzun həva-həvas (şəhvət, tamah və s.) olmuşdursa, o son anda da üzə çıxar.

Lakin, Rəbbimiz imanlı şəxsləri qoruyacağını Vəd etmişdir. Şeytan belə insanlara yol tapmaz (14-cü surə, 32-ci ayə). Əbu Zəkəriyya Raziyə ölüm anında söylədilər: “De, “la ilahə illəllah” (Bir Allahdan savayı heç bir məbud yoxdur). Dedi: “Söyləmirəm.” Qəşş halına düşdü. Huşu başına gələndə dedi: “Gözlərimin qarşısına bir şəxs gəlib deyirdi ki, əgər xoşbəxt olmaq istəyirsənsə, de İsa Allahın oğludur. Cavab verdim ki, demərəm. Sonra çox israr edib “la ilahə illəlah” söylə, dedi. Cavab verdim ki, sən istədiyin üçün demərəm. Bir silahlı gəlib onu kənarlaşdırdı. İndi isə həqq kəlmələrini deyirəm.” Şəhadət kəlmələrini dilinə gətirib, dünyadan köçdü. Axı bir ömür sədaqətlə vahid Allaha pərəstiş etmiş insana can verən halda şeytan necə qalib gələ bilər?! Yox əgər ömrü şeytanla yaxınlıqla ötmüşsə, həmin saatda da munisi şeytandır.

CAN VERMƏNİN ASANLIĞI VƏ ÇƏTİNLİYİ

Hədis və rəvayətlərdə ruhun, canın çıxarılmasının çətinliyi, ağırlığı açıqlanmışdır. Bəzi hədislərdə bu halı diri şəxsin dərisinin soyulmasına oxşatmışlar. Başqa bir yerdə isə belədir: “Əgər dəyirman daşı Qala qapısı mıxı ilə gözə otursa və hərəkətə gəlsə, o hal canvermədən (səkərat) daha asandır. Bir qisim rəvayətlərdə isə ruhun çıxarılmasının çətinliyi bədənin tikə-tikə qayçılanmasına, mişarlanmasına bənzədilib. Hətta bəzilərinin can verməsi son dərəcə narahatlıqla olur ki, deyiləsi mümkün deyil. Bəziləri üçün isə ölmək ən ətirli çiçəyi qoxulamaq kimidir. (16-cı surə, 32-ci ayə)

Rəvayətlərdə bu sayaq oxşatmalar da vardır: Çirkli paltarın yenisi ilə əvəz olunması, bədənin buxov və qandallardan azad olması. Yəni, ölüm təbiət aləmi zindanından bir növ xilas olmaqdır.

ÇƏTİN CAN VERMƏ MÖMİNİN GÜNAHLARININ ƏVƏZİDİR (KƏFFARƏSİDİR)

Ümumiyyətlə bu iki növ canvermənin heç birinin küliyyəti yoxdur. “Bütün imanlı adamlar (möminlər) asan can verir”, deyilməsi doğru deyildir. Çoxlu möminlər var ki, günahlarının bəzisi çətin can verməklə silinir. Bu hal Allah-Taalanın möminlərə göstərdiyi lütfün sayəsindədir. Mömin dünyadan pak getməli olduğuna görə, onu islah edirlər. Ağır canvermə möminlər üçün islah, kafirlər üçünsə əzabın müqəddiməsidir. (47-ci surə, 27-ci ayə)

KAFİRİN ASAN CANVERMƏSİ ETDİYİ YAXŞILIQLARA GÖRƏDİR

Bəzən də belə olur ki, kafir və günahkar şəxs asan can verir. Bu şəxs əzab (Cəhənnəm) əhlidir. Amma ömründə qismən də olsa, yaxşı işlər görmüşdür. Belə şəxs asan can verir ki, onun hesabı elə oradaca təmizləsin. Məsələn, kafir adam sədəqə vermiş, bir məzluma yardım etmişsə, bu yaxşılıqlar müqabilində asan can verir ki, artıq axirətdə heç bir tələbi olmasın. Eləcə də mömin şəxs günahdan pak olmaq üçün çətin can verir. Əslində isə istər asan, istərsə çətin, kafir üçün canvermə halı bədbəxtliyinin başlanğıcıdır. Həmçinin mömin üçün canvermə səadətdir, istər asan, istərsə də çətin. Buna əsasən kafir və möminə, əməlisaleh və bədəmələ nisbətən asan, yaxud çətin canvermə külli bir qanun deyildir.

KAFİR RUHLARININ İŞGƏNCƏ İLƏ ÇIXARILMASI

“Biharül-ənvar” kitabının 3-cü cildində şərif bir hədisdə buyurulur: “Bir gün Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alihi və səlləm) əziz əmioğlusu Əliyyibni Əbi Talib (əleyhissalam)-ı görməyə getdi. İmamın o qədər şiddətli göz ağrısı var idi ki, nalə çəkirdi. Allahın Rəsulu dağca səbri olan Əli (əleyhissalam)-a elə qorxunc, vəhşətli bir xəbər verdi ki, İmam göz ağrısını unutdu.

Buyurdu: “Ya Əli! Cəbrail xəbər verdi ki, kafirlərin ruhu alınarkən bir neçə əzab məlaikəsi gələr və taziyanələrlə, qızmış şişlərlə canını çıxararlar.” Əmirəl-möminin ərz etdi: “Ya Rəsuləllah! Sizin də ümmətinizdən belə can verənlər olacaqmı”? Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Bəli, müsəlmanlardan üç tayfa bu sayaq can verərlər: zalım hakimlər, yetim malını yeyənlər və nahaq yerə şahidlik verənlər (yəni, həqiqətin ziddinə şahidlik edənlər).”

Ümumiyyətlə, olacaqlar özümüzdəndir. Hər kəs etdiklərini görər. Asan və çətin can vermək, əməllərimizin nəticəsidir. Pənah Allaha, bəzən mümkündür pis əməllərə görə insan dünyadan imansız getsin (30-cu surə, 10-cu ayə).


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
DÜNYA INSANLIQ MӘKTӘBIDIR!
Qadının ailə qurması və atanın icazəsi
HÖKUMƏTIN DAVAM ETMƏ MÜDDƏTI
HӘQIQI REGIONAL ISLAM
İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
Cəhənnəmdə əbədi qalacaq 8 dəstə
ŞӘRLӘR - ӘDALӘT PRINSIPI BAXIMINDAN
Savabını bilsəydilər onu yerinə yetirmək üçün püşk atardılar..."

 
user comment