Ayətulla İmami Kaşani: Müsəlmanlar milli birliyin gücləndirilməsi yolu ilə düşmənlərin fitnələri qarşısında müqavimət göstərə bilərlər.
"İslam ümmətinin vəhdəti zəruridir"
Əhlİ Beyt xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: Tehranın cümə namazı xətibi İslam Ümməti arasında birlik və həmrəyliyin möhkəmləndirilməsini zəruri adlandırdı.
Ayətulla İmami Kaşani bu gün Tehranın cümə namazı xütbələrində islam ümməti arasında ixtilaf və təfriqədən çəkinməni zəruri adlandıraraq, deyib: Müsəlmanlar milli birliyin gücləndirilməsi yolu ilə düşmənlərin fitnələri qarşısında müqavimət göstərə bilərlər.
Tehranın cümə namazı xətibi sözlərinin davamında İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Üzma Xameneinin ABŞ-ın İrana qarşı son hədələri ilə bağlı çıxışına toxunaraq, vurğuladı: İran xalqı fədakar bir xalqdır və indiyə kimi rəhbərlik habelə, milli birliyin möhkəmləndirilməsi yolu ilə düşmənlərin fitnələrini zərərsizləşdirib.
Ayətullah İmami Kaşani həmçinin Tehranın qərbində İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi hissəsində baş vermiş son partlayış hadisəsinə işarə edərək, hadisə nəticəsində şəhid olan 17 Sepah üzvünə Allahdan rəhmət diləyib.
source : ابنا