Mədəniyyət və İslam Əlaqələri Təşkilatı, Amerika əsgərlərinin Əfqanıstanda Qurana qarşı etdikləri hörmətsizliyi məhkum etdi.
xəbər agentliyinin məlumatına əsasən, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının verdiyi bəyanatın mətni belədir:
Bismillahir-rəhmanir-rəhim.
Allah Taala Qurani-kərimdə belə buyurur: “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!” (İsra surəsi, ayə 9.)
İslam ölkələrində baş vermiş İslami Oyanışlar ərəfəsində yeni şərtlər ortaya çıxır. Belə ki, yalandan demokratiya iddiası edənlər Əfqanıstanda müsəlmanların ən müqəddəs kitabına hörmətsizlik edirlər. Biz müsəlmanların dini düşüncəsinə əsasən, bütün İlahi dinlərə kitabları ilə birgə hörmət olunmalıdır. Elə buna əsasən də dini kitablara ən kiçik hörmətsizliyin belə çox ağır cəzası vardır.
Amerika məmurlarının ağılsız addımları və onların dəfələrlə Qurani-kərimə etdikləri hörmətsizlik Əfqanıstanın qeyrətli və inqilabçı müsəlmanlarının qanlarının coşmasına səbəb oldu. Şübhəsiz ki, bu müqəddəs kitabdan müdafiə edərkən qanı tökülən hər bir müsəlman şəhid hesab olunur və tezliklə Allah Taala yanında ən böyük mükafatla mükafatlanacaqlar.
Mədəniyyət və İslam Əlaqələri Təşkilatı, Amerika əsgərləri tərəfindən atılan bu iyrənc addımı məhkum edir və bu hərəkət qarşısında ağıllı addımlar atan düşüncəli Əfqanıstan xalqına dərin təşəkkürünü bildirir.
source : ایکنا