Sual 2:
Cavab: İmam Rza (ə) cavabında buyurur: Həzrəti Musa (ə) Allah-Təalanın görünə bilinməyəcək varlıq olduğunu çox gəzəı bilirdi. Lakin o öz qövmunə Allah-Təala ilə danışdığını bildirkdə onlar yalnız Allahın səsini onlara eşıtdirəcəyi təqdirdə ona iman gətirəcəklərini bildirirlər. Bundan sonra Musa (ə) onlardan yetmiş nəfərini seçib özü ilə Tur dağına gətirir və onları dağın ətəyində qoyub özü dağa çıxır və orada Allah-Təaladan onunla danışmasını və səsini onlara eşıtdirməsini istəyir. Allah-Təala onun istəyini qəbul edib hər tərəfdən səsini İsrail övladlarına eşitdirir. Lakin İsrail övladları buna qane olmayıb onun dediklərini təsdiq etmirlər və Allahı yalnız onlara göstərcəyi təqdirdə iman gətirəcəklərini bildirirlər. Belə bir iddianın müqabilində Allah-Təala onları ildırımla vurub həlak edir. Musa (ə) Allah-Təaladan deyir. İlahi mən İsrail övladlarının yanına qayıtdıqda onlara nə deyim? Deməzlər ki, yetmiş nəfər seçmə adamlarımızı özünlə aparıb həlak etdin?! Allah-Təala onları yenidən dirildir. İsrail övladları yenədə israrla Musa (ə)-dan Allahı ona göstərməsini və sonra Onun necə varlıq olduğunu onlara danışmasını tələb edirlər ki, Onu olduğu kimi tanısınlar.Musa (ə) onlara deyir: Ey qövmüm Allah gözlə görünəsi varlıq deyil, O xəlq etdiyi varlıqlar və yaradılış aləmində qərar verdiyi saysız-hesabsız nişanələrlə tanınar. İsrail övladları bu dəfədə ondan yalnız Allahı özünü ona göstərəcəyi təqdirdə iman gətirəcəyini bildirirlər. Bundan sonra Musa (ə) Allah-Təaladan Özünü ona göstrəməsini xahiç edir və bundan sonra tilavət etdiyiniz ayə nazil olur.
O hər şeydən öndə qərar tutar və heç bir şey Ondan öndə qərar tutmaz,o hər şeyin daxilində qərar tutar və hec bir şey Onun daxilində qərar tutmaz, O hər şeyin xaricində qərar tutar və heç bir şey Onun xaricində qərar tutmaz. Bax belə bir varlıqdır pak Olan Allah . Ondan başqası isə belə bir xüsusiyyətə malik deyil, olada bilməz. O hər bir şeyin başlanğıcıdır.
-ƏDALƏT-
وَمَكَرُوا وَمَكَرَ اللَّهُ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ
Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir).(Ali-İmran/54)