Azəri
Sunday 28th of April 2024
0
نفر 0

Allahın məkr və hiyləsi ilə insanın hiyləsi arasında nə kimi fərq var؟

Sual 3-?

 

Cavab-Məkr və hiylə-İnsanın məkr və hiyləsi tərəf müqabilinə hakim olmaq və məkrli məqsədinə çatmaq üçün onu aldatmasına deyilir.

     Belə bir ibarətdən Allah-Təala ücün istifadə olunduqda isə insanın gördüyü nalayiq işlər müqabilində onu  cəzalandırması və ya Allahın ondan intiqam alması nəzərdə tutulur. Bu kimi hallarda insan cəzalandırıldığını dərk etmir, başqa sözlə desək onun cəzalandırılması gizli şəkildə həyata keçir. Kafirlərə günahlarının artması ücün verilən möhləti buna misal çəkmək olar.

               أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا وَلَهُمْ عَذَابٌ مُهِينٌ

(Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!)(Ali-İmran/178).

İmam Rza(ə)-dan nəql olunan hədisdə buyurulur:

(And olsun Allaha! Allahın onlara verdiyi ən böyük əzab günahlarının artması ücün onlara verdiyi möhlətdir.)

İnsan hər hansı bir yeni günah gördukdə Allah-Təala ona yeni bir nemət verər və həmin nemətə başı qarışaraq  özünü günahsız hesab edər və Allahdan bağışlanmasını unudar.

    İmam Sadiq (ə)-dan nəql olunan ravayətdə buyurulur. (Allah-Təala lütf və mərhəmətini Öz bəndəsinə şamil etmək istədikdə gunah etdiyi zaman onu narahatçılığa mübtəla edər. İnsan Allahın lütfündən uzaq düşdükdə isə onu öz başına buraxar və oda günah etdikdən sonra özündə heç bir narahatçılıq hissı keçirməz. Belələrinə Allah-Təala yeni nemətlər bəxş edər və günah etdikləri zaman Allahdan bağışlanmalarını  diləməzlər. Sonra isə Allahdan bağışlanmağı unudar və  ardıcıl olaraq günah edərlər.) Allah-Təala Öz kitabında bu barədə buyurur:

حَيْثُ لَا يَعْلَمُونَ  وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا سَنَسْتَدْرِجُهُمْ مِنْ    

(Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik!) (Əraf/182).

    O ki qaldı İlahi cəzaya belə bir adın verilməsinə bunun səbəbi insanların biri-birlərini aldatmasına bənzəməsi ücündür. Hərçənd insanların biri-birlərini aıdatmalarından məqsəd şəxsi mənafelərini qorumaq və başqalarına zülm etməkdir. Bir haldaki Allah-Təalanın belə bir ,,hiylədən” istifadə etməsindən məqsəd Öz günahkar bəndələrini cəzalandırmaq və ədaləti bərqərar etməkdir. Günahkar insan isə belə cəzaya layiqdir. Bir sözlə görülən iş  zahirdə biri-birinə bənzəsədə məqsəd və məram baxımından biri-birindən tamamilə fərqlidir. Bunu da qeyd etmək lazımdır ki, insanların biri-birlərinə qarşı hiylə və məkr işlətməsi bir cox hallarda öz acizlikləri üzündən baş verir və bir çox hallarda da nəticəsiz qalır. Lakin Alllahın belə bir cəza növündən istifadə etməsi onun misli olmayan qüdrət və əzəmatindən irəli gəlir və hər zaman öz nəticəsini verərək haqq-ədalət bərqərar olunur. Elə bu səbəbdən də buyurur:

                                                                                وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ

 

(Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir).

وَأُمْلِي لَهُمْ إِنَّ كَيْدِي مَتِينٌ

(Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!(Əraf/183).

Ilahi çəza da insanın məkr və hiyləsinin qarşısında qərar tutduğu ücün cəzanı da Allah tərəfindən günahkar bənədlərə yönələn  hiylə kimi qəbul etmək olar. Necə deyərlər pisliyin   əvəzi özü kimi pislikdir. Bir haldaki pisliyin əvəzi həqiqi pislik deyil. Çünki əslində günahkar öz həqiqi cəzasını cəkər  və bununlada haqq-ədalət öz yerini tapar. Lakin  adi dialektə belə bir ibarətdən istifadə edərək  deyə bilərik ki,insanın məkr və hiyləsi onun özü ilədir. Hərçənd Allah tərəfindən insana qarşı yönələn məkr və hiylə ədalətin icrasından başqa bir şey deyil. Bu səbəbdən də insanın məkr və hiyləsi  mənfi məna daşımaqla yanaşı həmdə heç bir müsbət nəticə vermir.

    Bunu da bilməliyik ki, bəşər ədəbiyyatında istifadə olunan məkr və hiylə ya hər hansı bir vəziyyətdən çıxış yolunu axtarmaq ya hər hansı bir planı çizmaq və bu yolla mənfəət əldə etmək və ya hər hansı bir təhlükəni dəf etmək məqsədilə həyata keçirilir. Bunun özü isə iki hissəyə bölünür. Onlardan biri yaxşı və rəhmani hiylə, digəri isə pis və şeytani hiylədir.Yaxşı və Rəhmani hiylə deyildikdə insanın halal ruzi əldə etmək məqsədilə gördüyü tədbirlər, axtardığı yollar və həm özünün həmdə başqalarının təhlükəsizliyini qoruması, habelə istər özünə qarşı olsun istərsədə başqalarına qarşı yönələn zülm və haqsızlığın qarşısını almaq məqsədilə  attığı atdımlar nəzərdə tutulur. Bir sözlə Rəhmani hiylə insanın müsbət istiqamətdə atdığı həm ağıl tərəfindən, həmdə şəriət tərəfindən bəyənilib tərif olunan  işlərə deyilir. Başqa sözlə desək Rəhmani hiylə insanın şeytanı niyyət və əməllərə qarşı  tutduğu mövqeyə və gördüyü müvafiq işlərə deyilir.

   Bura qədər deyilənlər bütünlüklə insani hiylələrə aid idi. İlahi hiyləyə gəldikdə isə bunu bilmək lazımdır ki, burda heç bir əyir-əskiklik və nöqsan yoxdur.Həmin bu İlahi hiylə sitəmkarların şeytani tədbirlərini özlərinə qaytarır və həm dini, həmdə qeyri dini tərəfdarlarını onlara qalib edir.

    Və burada bunu da bilməyimiz gərəkdir ki,İlahi hiylə ikinci dərəcəli cəza növüdür, yəni,yalnız  günahkarlar başqalarına zülm və haqsızlıq etdikləri təqdirdə onların məkrli niyyətləri özlərinə qaytarılmlış olur.

     İlahi hiylənin nədən ibarət olduğunu dərk etmək üçün Qurani-Kərimdə bu barədə nazil olan ayələrə nəzər salmaq daha məqsədə uyğun olar.

وَمَكَرُواْ وَمَكَرَ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ

(Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir).(Ali-Imran/54).

Yəni, yəhudilər və Həzrəti İsa(ə)-mın düşmənləri gətirdiyi yeni səmavi dini aradan aparmaq ücün bir çox hiylələrə əl atmış və birsıra tədbirlər görmüşlər.Onlar öz şeytani niyyətləri ilə İlahi dinin qarşısını almağa cəhd göstərsələrdə Allah-Təala onların məkr və hiylələrənin müqabilində öz hiylələrini özlərinə qaytarmışdır. Başqa sözlə desək Həzrəti İsa(ə)-mın canını təhlükədən qorumaq üçün onlarin məkrli tədbirlərini alt-üst edərək hər şeyi onun xeyirinə sona çatdırmışdır.Doğurdanda Allah tədbir görənlərin ən yaxşısıdır.

    Yəhuda adlı bir şəxs Həzrəti İsa(ə)-mın həvarilərindən idi.Üzdə özünü ona iman gətirdiyini  göstərsədə ikiüzlülük edərdi. Günlərin biri həvarilərdən kimsə İsa(ə)-la olmadığı zaman o rumlulara onun yerini deyir. Rumlular gecənin qaranlığından istifadə edərək İsa(ə)-mın məskunlaşdığı yerə gəlirl və Yəhudadan onu eşiyə çıxarmasını istəyirlər.Yəhuda evə daxil olduğu zaman Allah-Təala Öz sevimli peyğəmbərini onların əlindən niçat verir və Öz dərgahına qaldırır.Yəhudanı isə İsa(ə)-mın görünüşümə salır.Yəhudilər onun İsa(ə) olduğunu güman edib həbs edir sonra isə çarmıxa çəkirlər.Yəhuda fəryad çəkərək özünün İsa (ə) olmadığına israr etsədə kimsə onun sözlərinə qulaq asmır və beləcə  İsa(ə)-mın yerinə edam olunur.

Başqa bir ayədə buyururlur:

وَإِذْ يَمْكُرُ بِكَ الَّذِينَ كَفَرُواْ لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ وَيَمْكُرُونَ وَيَمْكُرُ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ

((Ya Rəsulum!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün (Darunnədvədə) sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!).(Ənfal/31).

   Tarixi mənbələrdən belə məlum olur ki, Qureyşin böyükləri Darun-nudvə adlanan yerdə bir yerdə toplanaraq Həzrəti Məhəmməd(s)-mın aradan götürülməsi ücün müxtəlif planlar cızırlar.Əbul Bəxtəri adlı bir şəxs Peyğəmbər(s)-mın evində həbs olunmasını,evini qapısını möhkəm bağlanmasını  və dünyasını dəyişənə qədər ona bacadan yemək-içmək verilməsini teklif edir. Nəcdli şeyx deyir: Sənin təklifini qəbul etmək olmaz, çunki, bəni Haşim onu bu vəziyyətdə qalmağa qoymaz və hökmən ona nicat verərlər. Hişam ibn Əmr adlı başqa bir şəxs deyir: Məhəmmədi bir dəvəyə bağlayıb səhraya buraxmaq lazımdı,beləcə o səhrada aclıqdan-susuzluqdan həlak olar  və bizimdə canımız  birdəfəlik ondan qurtarar. Nəcdli şeyx deyir: O Hökmən yolda bədəvi ərəb tayfalarından birinə rast gələcək və onları   fəsahətli və sehrli sözləri ilə özünə məftun  edəcək onlarda onu xilas edəcəklər. Nəticədə sizə qarşı əlbir olub üzərinizə qoşun yürüdəcəklər. Əbu Cəhl deyir: Mən isə belə bir fikirdəyəm ki, hər qəbilədən bir nəfər  muzdlu döyüşcü istəyib Məhəmmədin üzərinə göndərək.Onlarda onu qətlə yetirib bizi bu müsibətdən qurtarsınlar. Belə ki, bəni Haşim hər qəbilə ilə döyüşə bilməyib çarəsizlikdən qan bahasına razı olacaq.Qan bahası isə həmin  qəbilələr  arasında bölünəcək və kimsə onun qatili hesab olunmayacaqdır. Nəcdli şeyx deyir: Onun irəli sürdüyü təklif doğrudur,qəbul etmək lazımdır. Bəzi tarixçılərin qeyd  etdiklərinə görə bu təklif Nəcdli şeyxin öz təklifi olmuşdur. Əbu Cəhl hər qəbilədən bir nəfər  muzdlu döyüşcü çağırıb onlara Həzrəti Məhəmməd(s)-mın evini mühasirəyə almağı  və hamı bir nəfər kimi ona hücüm edərək qətlə yetirməyi əmr edir. Cəbrail dərhal Qureyşin məkrli niyyətindən xəbər tutub Peyğəmbər(s)-mı bu işdən agah edir və ona İlahı əmr olaraq gecənin qaranlığında Məkkəni tərk etməsini  əmr edir. Peyğəmbər (ə), Əli (ə)-mı öz yerinə yatırıb Sur dağına tərəf yola düşür. Qureyş vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün onun evinə bir casus göndərirlər. O da Peyğəmbər(s)-mın evdə olduğunu zənn edib bu barədə Qureyşə xəbər verir. Qureyş gecənin qaranlığından istifadə edərək Peyğəmbər(s)-mın evini mühasirəyə alır. Səhər açılar-açılmaz hamılıqla Peyğəmbər(s)-mın evinə soxulub qətlə yetirmək istəyirlər. Əli(ə) yerindən sıçrayıb onlardan nə istədiklərini  və nə üçün gəldiklərini soruşur. Qureyşin müzdlu döyüşcüləri Peyğəmbər(s)-mın harada olduğunu soruşurlar. Əli(ə) buyurur: Mən onun gözətçisi deyildim və onun harada olduğunu da bilmirəm. Qureyş Peyğəmbər(s)-mın evindən çıxıb ləpirçinin yanına adam göndərib onu öz yanlarına çağırırlar. Ləpirçi onları düz mağaranın ağzina qədər gətirir,lakin Allah-Təala hörümçəyə ilham edərək mağaranın ağzında yuva qurmağı əmr edir. Qureyş mağaraya yaxınlaşdıqda orada hörümçək torunu görüb deyir: Əgər Məhəmməd bura daxil  olsaydı gərək  hörümçək torunu yırtmış olaydı. Beləcə oradan geri qayıdıb axtarışı davam edirlər. Peyğəmbər(s) isə üç gün orada qaldıqdan sonra Mədinəyə tərəf hicrət edir.

    Deyilənlərdən belə məlum olur ki,müşriklərin gördükləri tədbirlər şeytani hiylə və məkrdən savayı bir şey olmamış, Allahın tədbiri isə Öz sevimli peyğəmbərini qorumaq məqsədilə haqq-ədaləti bərqərar etməkdən başqa bir şey olmamışdır.

                                   ************

                            لا جبر و لا تفويض بل امر بين الامرين

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əgər insanın boynunda həm cənabət və həmdə başqa qüsullar varsa necə qüsul ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Sual 47: Nisa surəsinin3-cü ayəsində buyurulur:
Sual 73: Ilahi pəhriz düzgündürmü? İlahi pəhriz ilə şeytani pəhriz arasında ...
Sual 71: Ağız ,burun və qulaq suyu insan orqanizmində yarandığı kimi göz ...
وَ یُطْعِمُونَ الطَّعامَ عَلى‏ حُبِّهِ ...
SUAL - CAVAB
Sual 23: Möcüzə, sehr və şöbədəbazlıq arasındaki fərqin nədən ibarət ...
Azan və iqamədə İmam Əliyə şəhadək verməyin hökmü
Sual: 31. Allah həqiqəti axtaran insanı həqiqətə çatdıracağına zamin ...

 
user comment