Cavab: Ayə özü-özlüyündə bir neçə məna ifadə edir.
1-Ayədən məqsəd Allah-Təalanın yenilməz qüdrətə malik olduğunu bəyan etməkdir. Yəni ,Allah istədiyi təqdirdə istədiyi bəndəni istər onun istəyi ilə olsun istərsədə yox haqqa hidayət edər və ya əksinə olaraq haqq yoldan uzaq salar. Lakin məcburi, hidayət daha dəqiq desək insanın öz ixtiyarından məhrum olması İlahi hikmətlə ziddiyətlik təşkil etdiyi üçün buna yol verilmir və hər bir insan öz istək və iradəsi ilə hidayət olur. Çünki, belə olduğu bir halda axirət dünyasında insanlara vədə olunan savab (mükafat) və cəzadan söz gedə bilməz. Deməli ,ayədə nəzərdə tutulan Allahın mütləq qüdrət və bacarığıdır.
2-Ayədən məqsəd heçdə hidayət yolunu göstərmək deyil. Çünki insanların haqq yola hidayət olmaları birbaşa peyğəmbərlərin və onların vəsilərinin (canişinlərinin) üzərinə düşür. Həmçinin hidayətdən məqsəd insanın qeyri ixtiyarı olaraq istəyinə çatması deyildir. Çünki, buda qiyamət günündə insanlara vədə olunan savab və cəza ilə ziddiyətlik təşkil edir. Deməli, qeyd olunan ayədə hidayət və zəlalətdən məqsəd Allahın Öz bəndələrinə tofiq verməsi (kömək etməsi) və ya onlardan köməyini əsirgəməsidir. Tofiq vermək deyildikdə isə Allahın Öz lütf və mərhəmətini bəndələrinə şamil etməsi və səadət yolunu onun üçün asanlaşdırması nəzərdə tutulur. Yəni, onu qəlbini xeyir və xeyirxahlığa yönəldir və səadətə qovuşmaq üçün lazım olan xarici vasitələri onun üçün dahada çoxaldır. Eyni zamanda günahdan çəkinmək üçün ehtiyac duyduğu şeyləri də ondan əsirgəmir. Belə bir hidayətin ən kamil dərəcəsi isə insanın itaətin şirinliyini və günahın acısını dadması ilə müəyyənnləşir. Və belə bir hidayət növünün insanın öz ixtiyarından məhrum olması ilə heç bir əlaqəsi yoxdur. Belə bir açiqlamanı nəzərə alaraq ayəni belə mənalandıra bilərik: (Allah istədiyi şəxsə səadət yolunun bütün vasitələrini bəxş edər, istədiyi şəxsləri isə Öz lütf və mərhəmətindən məhrum edər).Yəni ,onları öz başlarına buraxar və günaha israrlı olduqları üçün hidayət vasitələrindən məhrum edər. Bunu da qeyd etmək lazımdır ki, insanların hidayət olmaları və ya haqdan uzaq düşmələri hecdə səbəbsiz deyil və insanın buna layiq olub-olmaması əsas şərtdir. Hidayət yoluna layiq olanlar Allahın göndərdiyi peğəmbərlərin dəvətini qəbul edər və onların davamçılarına çevrilərlər. Muhəmməd surəsinin 17-ci ayəsində buyurulduğu kimi.
وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْواهُمْ
(Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının (möminliklərinin, Allahdan qorxub pis əməllərdən çəkinmələrinin) mükafatını verər!)
Hidayət və İlahi tofiqin verilməsi də müxtəlif dərəcələrdən ibarət olduğu üçün insan onlardan birini qəbul edıb şükr edərək bu yola qədəm qoyduqda Allah-Təala ona daha üstününü bəxş edir. Hidayət yolu beləcə qət olunduğu kimi insan zəlalət yolunu ixtiyarı olaraq seçir və mənən tədrici olaraq aşağı enər və bununlada özünü hidayət vasitələrindən məhrum edər.
Ayənin bir neçə başqa açıqlaması da vardır, lakin qeyd olunanları kifayət etdiyini heab edirik.
source : الشیعه