Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sual 8:Nəql olunan rəvayətlərdən belə məlum olur ki, ruhlar zər aləmində səadət və bətbəxtçiliyə düçar olurlar. Əgər bu məcburi olarsa onda onlara qarşı zülmə yol verilmiş olunar. İxtiyarı olduğu halda isə əgər şüurları olmuşsa bunu necə qəbul etmişlər? V

 

 

Cavab: Əllamə Məclisi  ,,Biharul-Ənvar”-ın 3-cü cildində Zər aləminin yaradılışı və insanlardan alınan əhd-peymanlar barədə bir neçə rəvayət nəql edir. Onların ümumi məzmunu belədir:  Allah-Təala qiyamət gününə qədər Həzrəti Adəmin  nəslini zərrəciklər halında xəlq etdi. Onlar qarışqadan da kiçik bir varlıqlar idilər. Sonra onlara ruh verdi. Bu halda onlar ağıl, şüur, ixtiyar və  iradəyə malik varlıqlar idilər. Sonra onlardan Özünün birliyinə, Həzrəti Məhəmməd (s)-mın peyğəmbərliyinə və məsum imamların həqqaniyyətinə dair əhd-peyman alaraq buyurdu: Mən sizin Rəbbiniz deyiləmmi? Sağ tərəf səhabələrindən bəziləri bunu təsdiqləyərək dedilər : Bəli, belədir! Sol tərəf əshabı isə kərahətlə ,,bəli” cavabını verdilər. Bundan sonra Allah-Təala onları imtahan etmək qərarına gəldi və onları oda daxil olmalarını əmr etdi. Sağ tərəf əshabi hamı bir nəfər kimi oda daxil oldu,sol tərəf əshabi isə  oda daxil olmaqdan imtina etdilər. Beləcə bu əmr üç dəfə təkrar olundu.

     Zər aləminin məna və yaradılışı habelə insandan əhd-peymanın alınması barədə  alimlər üç dəstəyə bölünmüşlər.

1-Nəql olunan hədislərə istinad edən əxbarilər  bu kimi  rəvayətlərin mütəşabih (mənası başa düşülməyən və təfsirə ehtiyac duyulan) rəvayətlərə aid olduğunu  və bizim onları dərk etməyə qadir olmadığımızı bildirirlər. Onların fikirncə biz onlara sadəcə iman gətirməli mənalarının izahını isə əhli-beytin öhdəsinə buraxmalıyıq.

2-Şeyx  Mufid, Seyyid Murtəza Şeyx Təbərsi  və onların yolunu davam edən  müfəssirlər  zər aləminin yaradılışını, insandan əhd-peymanın alınmasının məcazi məna daşıdığını qeyd etmişmişlər. Şeyx Müfid zər aləminin necəliyini şərh edərək yazır: Bu barədə nəql olunan mötəbər rəvayətlərdən belə məlum olur ki, Allah-Təala  Adəmin övladlarını onun belindən çixardı və onları zərrəciklər halında aləmdə hər yana yaydı. Sonra onları üç dəstəyə böldü.  Onlardan bəziləri zülmətsiz nur idi. Bu dəstəyə aid olanlar  bütün günahlardan pak və seçilmiş insanlar idilər. Bəziləri zülmətlə nurdan ibarəd idilər. Onlar həm günah edən, həmdə  Allaha itaət  edən möminlər idilər. Adəm övladlarının bu şəkildə çixarılmasından məqsəd ona övladlarının nəqədər çox olacağını, Allahın Öz qüdrət və səltənətini və xəlq etdiyi varlıqların müxtəlifliyini, habelə sonradan nələrin baş verəcəyini ona anlatmaq idi. Lakin Allahın məxluqata müraciət edərək ,,Mən sizin Rəbbiniz deyiləmmi?”-deməsi və onların da Allaha verdikləri cavab  barədə nəql olunan rəvayətlər bir o qədərdə etibar kəsb etmir  bunun üçündə onlar saxta hədislər sırasına daxildirlər.

    Sonra Şeyx Mufid misal olaraq Əfar surəsinin 172-ci ayəsinə işarə edir.

وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنفُسِهِمْ أَلَسْتَ بِرَبِّكُمْ قَالُواْ بَلَى شَهِدْنَا أَن تَقُولُواْ يَوْمَ الْقِيَامَةِ إِنَّا كُنَّا عَنْ هَذَا غَافِلِينَ

((Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”)

    Şeyx Mufid deyir: Adəm övladlarından belə bir əhd-peymanın alınmasından məqsəd  aləmləri yaradan Allahın rübubiyyətinə (yəni, hər şeyi idarə etməsinə) və Onun təkliyinə iqrar etmələridir. Onlar Allah-Təala ilə belə bir əhd-peyman bağlayıb dilləri  ilə Onun birliyinə şəhadət verdilər. Allahla bağlanılan ehd-peyman tək Adəm (ə)-mın zamanında deyil,bəlkə ondan sonrada davam etdirilmişdir.Yəni, Allahın vücudunda qərar verdiyi  Allahı axtarma və   Allahı  tanıma hissi daim onun vücudunda olmuş və hər zaman olmaqdadır. Dünyaya gəldiyi ilk gündən insanın daxilində qərar verilən bu istedad  həqiqəti dərk etmək üçün Allah tərəfindən bəxş olunmuşdur.         

    Elə bu səbəbdən bəşər övladı  təkallahlıq ruhiyəsinə malikdir. Allahın bəşər övladına verdiyi sual, onların da Ona verdikləri cavab  birdaha onların Allahla bağladıqları fitri əhd-peymandan xəbər verir ki, indinin özündə də hər bir bəşər övladı öz vücudunda onun nişanələrini müşahidə edir. Həttə son dövrlərdə aparılan psixoloji araşdırmalar belə göstərir ki, dini hissiyat insanın əsas psixoloji hissiyatlarından birini təşkil edir. Tarix boyu bəşər övladını Allah tanimaya sövq edən də məhz  həmin bu hiss olmuşdur. Belə ki, əgər hər bir düşəncəli  insan öz vicdanına müraciət edərsə onun yaradan, idarə və tərbiyə edən bir varlığın mövcudluğunu dərk etmiş olar. Və bunu da başa düşər ki, onun yaradan və idarə edən Rəbbi bütün kainatı yaratmış və onu idarə etməkdədir.

    Əgər üç-dörd yaşlı bir uşağın qarşısına bir şey qoyularsa uşaq onun nə olduğunu  başa düşməsədə dərhal onun gətirənə və qarşısına qoyana nəzər salar və bununlada başa düşər ki, hər bir varlığın bir gətirəni vardır.

3- İstər qədim, istərsədə müasir alimlərin bir çoxu zər aləminin yaradılışı və insandan alınan əhd-peymanı tamamilə doğru hesab edir.Və bu barədə deyilənlərin heç birinin istər dini əsaslarla olsun, istərsə əqli dəlillərlə heç bir ziddiyəti yoxdur.

    Əgər kimsə din tərəfindən təsdiq olunan bu kimi rəvayətlərin sadəcə xəbər olduğunu və zər aləmi barədə deyilənlərin məcburiyyət üzündən qəbul olunduğunu  söyləyərsə cavabında deməliyik ki,əvvəla hər bir şəxsin zər aləmi barədə qəbul etdiyi  tam ixtiyar üzündəndir  və burada heç bir məcburiyyətə yol verilmir. Necəki bir qədər əvvəl bu barədə açıqlama verildi. Bəziləri isə belə bir əqidədirlər ki, hər bir insanın zər aləmindəki şüur və dərrakəsi bu dünyadakından daha çoxdur. Nəql olunan rəvayətlərdən buda məlum olur ki, kim zər aləmində nəyi qəbul edərsə  heçdə onu olduğu kimi bu dünyada qəbul və əməl etməyə məcbur olmaz. Belə ki, o həmin şeyi bu dünyada dəyişədə bilər. İmam Əli (ə)-dan bu barədə nəql olunan rəvayətdə deyilir: (Allah-Təala bədanı (yaradılışdaki dəyişiylik) sol əməl sahibləri üçün şərt qoymuşdur.)Yəni, Əgər axirət dünyasında sol əməl sahiblərindən olan şəxslər bu dünyada tövbə edib peyğəmbərlərin gətridikləri şəriətə tabe olarlarsa Allah-Təala onların axirət dünyasındaki aqibətlərini dəyişər və onları sağ əməl  sahiblərindən qərar verər. Dəyişiylik mümkün olduğu üçün mübarək Ramazan ayında oxunan duada deyilir: İlahi əgər axirət dünyasında zərər çəkən sol əməl sahiblərindən olaramsa məni səadət əhlindən olan sağ əməl sahiblərindən qərar ver. Çünki Sən özün kitabında bu barədə  buyurusan:

يَمْحُو اللّهُ مَا يَشَاءُ وَيُثْبِتُ وَعِندَهُ أُمُّ الْكِتَابِ

(Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.)(Rəd/39)

Soruşula bilər ki, düşüncə sahibləri olduqları halda öz ziyanalrına olan hər hansı bir işi necə görə bilərlər? Cavabında deyirik: Bu heçdə təəccüblü hal deil. Çünki ağıl və düşüncə sahibləri bir çox hallarda gördükləri işin onlara ziyanı olduğunu bilə-bilə yerinə yetirir sonra isə peşimançılıq hissi keçirərlər. Şeytan da Allahın varlığını şüurlu şəkildə dərk edə-edə Onun əmrinə qarşı çixmiş və Adəmə səcdə etməkdən imtina etmişdir.

                                     ************ 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment