Cavab: Zaman və məkan nəzərə alınaraq hər hansı bir şəri məsələ qüvvədən düşdüyü kimi yaradılış aləmində də bir sira qanunlar dəyişdirilə bilir. Şəri termin olaraq şəriət qanunlarının birinin digərini qüvvədən salmasına ,,nəsx” deyildiyi kimi yaradılış aləmindəki bir sıra qanunların dəyişilməsinə də ,,bəda” deyilir. Əgər bəda barədə bir qədər ətraflı açıqlama vermək istəsək deməliyik ki, bəda, Allahın Öz bəndələrinin aqıbətlərini sədəqə və ya dua vasitəsilə dəyişməsindən ibarətdir. Bildiyimiz kimi ömürün uzanmasına səbəb olan əməllərdən biridə qohum- əqraba ilə sıx münasıbətdə olmaq və vaxt aşırı onların görüşünə getməkdir. Necəki Yunis (ə) peyğəmbərin qövmünə nazil olan bəla məhz dua vasitəsilə aradan qaldırılir.
,,Biharul-ənvarda’’ İmam Cəfər Sadiq (ə)-dan nəql olunan rəvayətdə deyilir: (Allah Peyğəmbəri (s) buyurur: Allah-Təala qohum-əqraba ilə yaxşı münasıbətdə olanları və onları vaxt aşırı yoluxanların ömürlərindən qalan son üç ili otuz il ilə, onlarla əlaqəni kəsənlərin ömürlərinin son otuz ilini isə üç il ilə əvəz edər.) Bunu dedikdən sonra bu ayəni tilavət etdi.
يَمْحُو اللّهُ مَا يَشَاءُ وَيُثْبِتُ وَعِندَهُ أُمُّ الْكِتَابِ
(Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.)(Rə’d/39)
,,Biharul-ənvar’’-ın 17-ci cildində İmam Əli (ə)-dan nəql olunan rəvayətdə deyilir: (Günah nəticəsində ölənlərin sayı əcəl ilə ölənlərin sayından,əməlisaleh işlər nəticəsində uzanan ömürlər əcəl ilə təyin olunan ömürlərdən daha çoxdur.) İnsanların aqibətlərinin onların gördükləri əməlisaleh işlərlə dəyişilməsi Allahın mütləq səltənətinin və idarəetəsinin ən mühüm hissəsi olduğu üçün məsum imamlar bu məsləyə xüsusi diqqət yetirmişlər. Misal olaraq İmam Baqir (ə)-dan nəql olunan rəvayətə işarə etmək olar. Orada deyilir: (Allaha ən böyük pərəstiş bədaya olan etiqaddır.) Başqa bir rəvayətdə deyilir: (Bədaya olan etiqad qədər Allah-Təala başqa bir əməl ilə uca tutulmamışdır.) Yenədə İmam Baqir (ə)-dan ,,Üsuli-kafi’’-də nəql olunan rəvayətdə deyilir: (Bu üç şeyə öhdəçilik almadan heç bir peyğəmbər bu İlahi məqama nail olmamışdir.1-Öz bəndəliyinə iqrar etməsi . 2) Allahın birliyinə iman gətirməsi .3) Bədaya etiqad bəsləməsi) (yəni Allahın istədiyi vaxt hər hansı bir hadisəni tezləşdirməsi və ya onu təxirə salmasına etiqad bəsləməsi). ,,Üsuli-kafi’’-də İmam Cəfər Sadiq (ə)-dan nəql olunan rəvayətdə deyilir: Əgər camaat bədəya etiqad bəsləməyin nəqədər əhəmiyyətli və fəzilətli olduğunu bilsəydi başqa şey barədə söz açmazdı.
Bəs bədaya belə bir ad nə üçün verilmişdir?
Bəda- hər hansı bir şeyin gizli olduqdan sonra üzə çixmasına deyilir.(Allah barədə isə bunu peşimançılıq kimi başa düşmək küfrə bərabərdir.) Yəni, Allah-Təala Öz bəndəsi barədə bəda etdikdə bu o deməkdir ki, o vaxta qədər səbəbləri məlum olmadığından onun üçün gizli qalan hər hansı bir şeyi üzə çıxarmış olur. İmam Cəfər Sadiq (ə)-dan nəql olunan rəvayətdə buyururlur:İsmayıl barədə baş verənlər bəda idi. Bununla İmam Cəfər Sadiq (ə) buyurduğu başqa bir hədisə işarə etmək istəyirdi.Orada deyilir. Oğlum İsmayıla iki dəfə ölmək yazılmışdı. Məndə Allah-Təaladan bəlanı ondan dəf etməsini istədim. Bundan sonra ölüm ondan dəf oldu.
************
source : الشیعه